Mədəniyyət
Nazirliyinin nümayəndələri Arif
Babayevi ziyarət ediblər
Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin nümayəndələri fevralın 20-də Xalq
artisti, xanəndəlik məktəbimizin görkəmli
nümayəndəsi Arif Babayevi ad günü münasibətilə
evində ziyarət ediblər.
Nazir müavini Murad Hüseynov Arif Babayevi ad
günü münasibətilə təbrik edib, xoş
arzularını çatdırıb. Azərbaycan muğam sənətinin
inkişafına mühüm töhfələr verən
görkəmli muğam ustadının yeni xanəndələr
nəslinin yetişdirilməsində müstəsna xidmətlər
göstərdiyi vurğulanıb. Sonra sənətkara “Heydər
Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib.
Arif Babayev fəaliyyətinə verilən yüksək
qiymətə görə Prezident İlham Əliyevə dərin
minnətdarlığını bildirib.
525-ci qəzet .- 2025.- 22 fevral(№34).- S.15.