Sənətşünas Rafiq Sadıqov dünyasını dəyişib

   

 

Bakı Xoreoqrafiya Akademiyası Sənətşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Rafiq Sadıqov 22 fevral 2025-ci il tarixində, ömrünün 77-ci ilində vəfat edib.

Rafiq Sadıov 1978-ci ildən indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dekan vəzifələrində çalışıb. 1996-cı ildən universitetin tədris və tərbiyə işləri üzrə prorektoru kimi fəaliyyət göstərib. Sənətşünas-alim 2019-cu ildən Bakı Xoreoqrafiya Akademiyasının Sənətşünaslıq kafedrasında işləyib, kafedranın müdiri olub. Teatrşünaslıq və mədəniyyətşünaslığın müxtəlif problemlərinə həsr olunmuş çoxsaylı məqalələrin müəllifidir.

2013-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən alim 2018-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin.

 

525-ci qəzet .- 2025.- 25 fevral(¹35).- S.16.