Azad edilmiş ərazilərdə
tarixi abidələrin bərpasına başlanılıb
Azad edilmiş ərazilərdə tarixi abidələrin
inventarlaşması artıq başa çatıb və
onların bərpasına başlanılıb.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə
açıqlamasında mədəniyyət naziri Adil Kərimli
deyib.
O bildirib ki, Böyük Qayıdış Proqramı
çərçivəsində tarixi abidələrin bərpası
istiqamətində ciddi addımlar həyata keçirilir,
çoxsaylı layihələr icra olunur: "
Eyni zamanda bütövlükdə mədəniyyət
infrastrukturunun bərpası istiqamətində də ciddi
işlər həyata keçirilir. Tarixi abidələrin
inventarlaşdırılması həyata keçirilib və
artıq bərpasına başlanılıb.
Qarabağda və Şərqi Zəngəzurda bir
çox tarixi abidələr bərpa olunmaqdadır. Sonuncu dəfə
bərpa etdiyimiz layihə dövlət
başçısının açılışını
etdiyi Ağdam İmarət Kompleksi olub. Hazırda da tarixi abidələrimizin
bərpası istiqamətdə işlər davam etdirilir".
525-ci qəzet .- 2025.- 27 fevral(№37).- S.9.