“Əli və Nino” əsəri
Ukrayna dilində çap edilib
Görkəmli Azərbaycan yazıçısı
Qurban Səidin Avropanın və ABŞ-ın
tanınmış ədəbi tənqidçiləri tərəfindən
XX əsrin ən yaxşı romanlarından biri kimi qiymətləndirilən
“Əli və Nino” əsəri Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi (BBMM) tərəfindən Ukrayna
dilində çap olunub. Mərkəzin nəşr etdiyi kitaba
Azərbaycan Ukrayna Konqresi İctimai Birliyinin müraciəti əsasında
Ukraynanın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən
tərcümə dəstəyi göstərilib.
BBMM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib
ki, kitab Azərbaycan-Ukrayna Konqresi İctimai Birliyinin müraciəti
əsasında Ukraynanın ölkəmizdəki səfirliyinin
dəstəyi ilə nəşr edilib.
Qeyd edək ki, Mərkəz yarandığı
gündən Azərbaycanda yaşayan xalqların mədəniyyətinin,
dilinin və adət-ənənəsinin qorunması istiqamətində
müxtəlif layihələr həyata keçirir. Bu layihələrdən
biri də “Əli və Nino” əsərinin Azərbaycanda
yaşayan müxtəlif xalqların dillərinə tərcümə
edilərək çap olunmasını həyata keçirməkdir.
Layihənin ideya müəllifi BBMM-in Himayəçilik
Şurasının sədri akademik Kamal Abdullayev, layihəyə
məsul şəxs isə Mərkəzin icraçı
direktoru Rəvan Həsənovdur.
Ukrayna dilində çap olunan “Əli və Nino” əsəri
sayca beşincidir. Belə ki, əsər bu günədək Mərkəz
tərəfindən udi, talış, tat və ləzgi dillərinə
də tərcümə olunaraq nəşr edilib.
525-ci qəzet .- 2025.- 27 fevral(№37).- S.9.