Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatına üzv ölkələrin Elmlər
Akademiyaları prezidentlərinin toplantısında AMEA-nın
80 illiyi qeyd edilib
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
Parlament Assambleyası (QDİƏT) tərəfindən təşkil
edilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına
üzv ölkələrin Elmlər Akademiyaları prezidentlərinin
İkinci toplantısında iştirak edib.
İstanbul Universitetinin rektorluq binasında keçirilən
görüşdə üzv ölkələrdən Türkiyə,
Azərbaycan, Bolqarıstan, Gürcüstan, Yunanıstan,
Moldova, Rumıniya və Ukraynadan Elmlər
Akademiyalarının prezidentləri, vitse-prezidentləri,
akademikləri və nümayəndələri iştirak ediblər.
“Qara dəniz bölgəsində elm və təhsilin əməkdaşlığı
və inkişafı” mövzusunda tədbirdə QDİƏT-ə
üzv dövlətlərin elmi qurumları və universitetləri
arasında əlaqələrin möhkəmləndirilməsinə
töhfə vermək və təkcə Qara Dəniz regionunu
deyil, bütün dünyaya təsir edən müxtəlif
çağırışların ümumi həlli
yollarını təklif etmək məqsədi ilə həyata
keçirilib.
İstanbul Universitetinin rektoru professor Osman Bülent
Zülfikar və QDİƏT-in Parlament Məclisinin Baş
katibi akademik Asəf Hacıyev aşılış nitqi ilə
çıxış ediblər. Çıxışlarda beynəlxalq
tədbirin əhəmiyyətindən danışılıb,
beynəlxalq təşkilata üzv ölkələrin akademik
qurumları arasında elmi əlaqələrin gücləndirilməsinin
vacibliyindən bəhs edilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli
“Avrasiya coğrafiyasının problemləri və Elmlər
Akademiyalarının vəzifələri” mövzusunda məruzə
ilə şıxış edib. Tədbirdə bölgə
akademiyalarının iştirakının təmin edilməsinin,
ortaq müzakirələrin aparılmasının bir sıra
elmi istiqamətlər üzrə yeni tədqiqatlara yol
açacağını vurğulayan akademik İsa Həbibbəyli
toplantının akademiyalar arasında əməkdaşlıq
əlaqələrinin daha da genişləndiriləcəyinə
töhfə verəcəyinə əminliyini bildirib. AMEA ilə
Türkiyə, Gürcüstan, Bolqarıstan, Rumıniya və
başqa ölkələrin Elmlər Akademiyaları
arasında yaradılmış elmi əməkdaşlığın
müxtəlif elmi isiqamətlər üzrə birgə tədqiqatlarla
uğurla davam etdirildiyini diqqətə çatdırıb.
AMEA-nın ortaq elmi layihələrə böyük əhəmiyyət
verdiyini, belə görüşlərin əməkdaşlığın
genişləndirilməsi və əlaqələrin yeni mərhələyə
çatdırılması baxımından dəyərli
olduğunu vurğulayan akademik İsa Həbibbəyli həmin
sahədə qarşıda duran vəzifələrdən
danışıb və təkliflərini bildirib. Həmçinin
o, beynəlxalq təşkilata üzv ölkələri
humanitar və ictimai elmər, o cümlədən seysmologiya
sahələrində süni intellekt, rəqəmsal məsələlər
kimi istiqamətlər üzrə ortaq dəyərlərə
və qarşılıqlı hörmətə əsaslanaraq
birlikdə fəaliyyət göstərməyə dəvət
edib.
Gürcüstan EA-nın prezidenti akademik Roin Metreveli,
Bolqarıstan EA-nın sabiq prezidenti akademik Yulian Revalski,
Yunanıstan Afina Akademiyasının üzvü, professor
Antoniya Trixopulu, Moldova EA-nın sabiq prezidenti akademik Georgi Duka,
Rumıniya EA-nın vitse-prezidenti akademik Nikolas-Viktor Zamfir, Türkiyə EA-nın prezidenti
akademik Müzəffər Şəkər, Ukrayna MEA-nın
vitse-prezidenti professor Sergiy Pirojkov, Beynəlxalq Türk
Akademiyasının prezidenti akademik Şahin Mustafayev, Qara Dəniz
Universitetləri şəbəkəsinin baş katibi professor
Eden Mamut, İstanbul Universiteti rektorunun müşaviri professor
Fahri Ovalı və başqaları çıxış edərək
tədbirin əhəmiyyətindən, birgə əməkdaşlıq
imkanlarının yaradılmasından danışaraq mövzu
üzrə fikir və təkliflərini səsləndiriblər.
Tədbirin AMEA-nın 80 illiyinə hərs olunmuş
hissəsində akademik Asəf Hacıyev Azərbaycan Milli Elmlər
Akademiyasının şərəfli tarixi yoluna həsr
olunmuş təqdimatla çıxış edib. Təqdimatda
Akademiyanın 80 illik fəaliyyətinə qısa ekskurs
edilib, əlamətdar tarix münasibətilə AMEA rəhbərliyini
və kollektivini təbrik edib.
İstanbul Universitetinin rektoru, akademik Osman Bülent
Zülfikar, Moldova EA-nın sabiq prezidenti akademik Georgi Duka, eləcə
də digər Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatına üzv ölkələrin Elmlər
Akademiyalarının prezidentləri və nümayəndə
heyətləri AMEA-nın 80 illiyi ilə əlaqədar təbriklərini
çatdırıblar.
Sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli
çıxış edərək rəhbərlik etdiyi qurumun
elmi tədqiqat istiqamətləri barədə
danışıb.
525-ci qəzet .- 2025.- 2 iyul(¹112).-S.10.