Yaşıl gələcək naminə
meşələrin qorunması
Meşələr yer üzərindəki ən qiymətli
təbii sərvətlərdən biridir. Onlar təkcə
ağac və bitkilərdən ibarət olan yaşıl ərazilər
deyil, həm də biosferin əsas qoruyucuları, iqlim tənzimləyiciləri
və canlılar üçün yaşayış
mühitidir. Meşələrin qorunması insan həyatının
davamlılığı üçün həyati vacibdir.
Meşələr, xüsusilə də tropik meşələr,
atmosferə böyük miqdarda oksigen buraxaraq insanların və
digər canlıların nəfəs alması
üçün lazım olan havanı təmin edir. Fotosintez
prosesi nəticəsində ağaclar karbon qazını udur,
oksigeni isə azad edir. Buna görə də meşələrə
tez-tez "planetin ağciyərləri" deyilir. Meşələr
havada olan karbon qazını udaraq qlobal istiləşmənin və
iqlim dəyişikliyinin qarşısını alırlar. Eyni
zamanda bu yaşıl örtük torpağın temperaturunu
sabit saxlamağa kömək edir və ekstremal hava hadisələrinin
- quraqlıq, daşqın, fırtına
qarşısını alır.
Meşələr yeraltı su ehtiyatlarını
qoruyur və yağış sularının torpağa
hopmasını təmin edir. Ağaçların kökləri
torpağı bərkidir, eroziyanın qarşısını
alır və çayların təmizliyini təmin edir.
Meşələrin olmadığı yerlərdə torpaq tez
sıradan çıxır və məhsuldarlıq azalır.
Meşələr minlərlə heyvan, quş, həşərat
və bitki növü üçün yaşayış və
qida mənbəyidir. Bioloji müxtəlifliyin ən zəngin
olduğu yerlərdən biri də meşələrdir.
Onların məhvi ilə bir çox növ məhv olur və
təbii tarazlıq pozulur. Meşələrdən tikinti
materialları, dərman bitkiləri, qida məhsulları,
kağız və s. əldə olunur. Eyni zamanda onlar insanlar
üçün istirahət məkanı, turizm obyektləri və
mədəni dəyər daşıyan yerlərdir. Bir
çox xalqın həyat tərzi meşələrlə
bağlıdır.
Meşələr planetin torpaq səthinin üçdə
bir hissəsini təşkil edir.
Azərbaycanda isə meşələrin ümumi sahəsi
1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini əhatə
edir. Meşə ilə örtülü sahələr isə
1021 min hektardır ki, bu da ölkə ərazisinin 11,8 faizi deməkdir.
Ölkənin ümumi meşə ərazilərinin 49
faizi Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15
faizi Talış dağlarının, 2 faizi isə aran
zonasının payına düşür. Ekoloji mühitin əsas
tərkib hissələrindən hesab olunan meşələr
qlobal ekoloji problemlərdən hesab olunan iqlim dəyişmələrinin,
səhralaşma proseslərinin genişlənməsinin, bioloji
müxtəlifliyinin azalmasının, atmosferdə qaz
balansının pozulmasının qarşısının
alınmasında əvəzsiz əhəmiyyət kəsb
edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
Meşələrin İnkişafı Departamentdən bildirilib
ki, ərazilərin dəyişkən və mürəkkəb
relyefli olması, meşə ağac və kol bitkilərinin dəniz
səviyyəsindən 2000-2200 metr yüksəkliklərə qədər
çatması ilə yanaşı, həm də zəngin və
rəngarəng növ müxtəlifliyinin əmələ gəlməsinə
səbəb olub. Azərbaycan öz füsunkar gözəlliyi,
zəngin təbii sərvətləri, al-əlvan florası və
faunası ilə bütün dünyada şöhrət
qazanıb. Burada 125 fəsiləyə və 930 cinsə daxil
olan ali bitkilərin 4500 növü yayılıb. Bunlardan 48 fəsiləyə,
135 cinsə mənsub olan 450 növ ağac və kollar ölkənin
meşələrində bitir. Bu isə ölkə
florasındakı bitki növlərinin 11-ni təşkil edir.
Azərbaycan dendroflorasının tərkibində 70 regional
endemik növə təsadüf edilir. Bu da ümumi ağac və
kol bitki növlərinin 16 faizi deməkdir.
Azərbaycan dendroflorasının belə zəngin tərkibə
malik olmasına baxmayaraq, əsas meşə əmələ gətirən
növlər azdır. Departamentdən qeyd olunub ki, Azərbaycan
meşələri əsasən enliyarpaqlı cinslərdən
ibarətdir. İynəyarpaqlı meşələrdə əsas
Qarmaqvari şam Kiçik Qafqazda, Göy-Göldə, Tovuz
rayonu ərazisində Şamlıq və Böyük
Qışlaq kəndləri ətrafı meşələrdə,
Böyük Qafqazda isə Qusar rayonu meşələrində
təsadüf edilir. İynəyarpaqlı meşələrdən
Eldar oyuğu adlanan 400 ha-a yaxın sahədə kserofit şəraitdə
Eldar şamı, rütubətli fıstıq meşələrində
Qaraçöhrədən ibarət enliyarpaqlı cinslərə
qarışıq halda və ya kiçik meşəliklər
şəklində təsadüf edilir. Belə meşəliklərə
Böyük Qafqazda - Qəbələ rayonunda Həmzəli qəbiristanlığında,
Pirqulu və Oğuz rayonu meşələrində,
Xızı, Dahardibi adlanan meşələrdə, Kiçik
Qafqazda - Göy-Göl, Gədəbəy meşələrində,
Talış dağlarında - Lerik rayonu Hamazat kəndi ətrafı
meşələrdə rast gəlinir.
İynəyarpaqlı cinslərdən ən geniş ərazidə
yayılan ardıc meşələridir. Azərbaycan meşələrində
- Qazax ardıcı, Uzunsov ardıc, Cırtdan ardıc,
Alçaqboy ardıc, Qırmızı ardıc və s.
növləri bitir. Ardıc meşələrinin ən
geniş sahəsi Bozdağda, Naxçıvan meşələrindədir.
Ardıcın çox da geniş olmayan sahələrdə
seyrək meşələri də var. Meşələrin
yaş siniflərinə görə də paylanması müxtəlifdir.
Belə ki, cavan meşələr meşə ilə
örtülü sahənin 11,2 faizini, orta yaşlı
ağaclar 63,3 faizini, yetişməkdə olan ağaclar 13,4
faizini, yetişmiş və yaşı ötmüş
meşələr 12,1 faizini təşkil edir. Azərbaycanın
əksər meşələri yüksək dağ
yamaclarında yerləşməklə torpaqqoruyucu,
susaxlayıcı və iqlim təmizləyici, sanitar estetik və
s. əhəmiyyətə malikdir. Qalan faiz düzən meşələrin
payına düşür.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
verilən məlumata əsasən, Azərbaycan təbii
coğrafi xüsusiyyətləri çox müxtəlifdir. Təbii
şəraitdən və insanların tarixən
apardığı təsərrüfat fəaliyyətindən
asılı olaraq ölkənin ayrı-ayrı regionlarında
müxtəlif tip meşələrə rast gəlinir. Bu
baxımdan istər dağ rayonlarında, istərsə də
Kür-Araz ovalığında bitən meşələr
bir-birindən çox fərqlənirlər. Əgər aran
zonasında bir palıd növünə rast gəlinirsə,
dağ zonasında onun 6-7 növünə təsadüf
olunur. Ona görə də dağ bölgələrində
meşəlik ümumi ərazinin 20-60 faizini, aran zonalarında
isə bu göstərici 0,5-2,0 faiz təşkil edir. Ölkədə
hər adam başına 0,14 hektar meşə sahəsi və
17 kubmetr oduncaq düşür. Azərbaycan meşələrinin
yüksəkliklərə görə paylanmasının da
özünəməxsus qanunauyğunluqları vardır. Belə
ki, əksərən şimal istiqamətli dağ
yamaclarında palıd-vələs meşələri
üstünlük təşkil edir. Aşağı dağ
qurşağında az məhsuldar palıd, qarağac, dəmirağac
meşələri, orta dağ qurşağında nisbətən
məhsuldar palıd-vələs meşələri, yuxarı
dağ meşə qurşağında isə daha yüksək
məhsuldar palıd-vələs meşələri
mövcuddur. Onun sözlərinə görə, ölkədə
meşə siyasəti Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, onun müvafiq qurumu - Meşələrin
İnkişafı Departamenti vasitəsilə həyata
keçirilir. Hər il
departament tərəfindən meşəbərpa və
meşə ilə örtülü ərazilərin
artırılması üzrə işlər həyata
keçirilir.
Ölkənin iqlim, torpaq şəraiti üzvi əkinçiliyə
əsaslanan yeni meşə bağlarının
salınması və orada zeytun, qozmeyvəli və digər
ağacların becərilməsi üçün olduqca əlverişlidir.
Nazirlik tərəfindən bu istiqamətdə də
mühüm işlər görülür. Prezident İlham
Əliyevin verdiyi tapşırıq və tövsiyələrə
uyğun olaraq nazirlik ağacəkmə aksiyaları
keçirir, yeni yaşıllıqların salınmasından əlavə,
quruyan və təhlükə törədən ağaclar
yeniləri ilə əvəzlənir.
Meşələrin qorunması, daha səmərəli
idarə edilməsi və meşə sektorunun inkişaf
etdirilməsi Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin əsas prioritetlərindən biridir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən
meşələrin qırılması, ağacların qanunsuz
kəsilməsinin qarşısını almaq
üçün sərt tədbirlər görülür:
"Meşələrin qanunsuz kəsilməsinin
qarşısının alınması, meşələrə
və yaşıllıqlara qəddar münasibət,
yanğın təhlükəsizliyi tələblərinə
riayət olunması üçün daim müvafiq tədbirlər
həyata keçirilir. Meşələrə amansız
münasibət göstərərək qırıntılara
yol verən şəxslərə qarşı nazirlik tərəfindən
qəti tədbirlər görülür. Ciddi ictimai nəzarətin
həyata keçirilməsi üçün aidiyyəti şəxslərə
və qurumlara tövsiyələr verilir. Biznes məqsədilə
meşələrdə ağacların qanunsuz kəsilməsi
və oğurlanması hallarının
qarşısının tam şəkildə alınması
üçün ictimai nəzarət və ictimai mühafizə
təşkil olunur. Hazırda qanunsuz ağac kəsmə
faktı ilə bağlı başlanmış cinayət
işi üzrə təqsirkar şəxslərin dairəsinin
tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə
cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat
tədbirləri davam etdirilir. Bütün fiziki və
hüquqi şəxslərə qanunsuz ağac kəsilməsi
hallarına yol verməmələri tövsiyə edilir və
bu kimi hallara yol verən şəxslər barəsində
qanunla nəzərdə tutulmuş qaydada ən ciddi cəza tədbirləri
görüləcək".
Azərbaycanda meşələrin ümumi sahəsi
1213,7 min hektar olmaqla ümumi ərazinin 14 faizini əhatə
edir. Meşə ilə örtülü sahələr isə
1021 min hektardır ki, bu da ölkə ərazisinin 11,8 faizi deməkdir.
Ölkənin ümumi meşə ərazilərinin 49 faizi
Böyük Qafqazın, 34 faizi Kiçik Qafqazın, 15 faizi
Talış dağlarının, 2 faizi isə aran
zonasının payına düşür. Ekoloji mühitin əsas
tərkib hissələrindən hesab olunan meşələr
qlobal ekoloji problemlərdən hesab olunan iqlim dəyişmələrinin,
səhralaşma proseslərinin genişlənməsinin, bioloji
müxtəlifliyinin azalmasının, atmosferdə qaz
balansının pozulmasının qarşısının
alınmasında əvəzsiz əhəmiyyət kəsb
edir.
Ərazilərin dəyişkən və mürəkkəb
relyefli olması, meşə ağac və kol bitkilərinin dəniz
səviyyəsindən 2000-2200 metr yüksəkliklərə qədər
çatması ilə yanaşı, həm də zəngin və
rəngarəng növ müxtəlifliyinin əmələ gəlməsinə
səbəb olub. Azərbaycan öz füsunkar gözəlliyi,
zəngin təbii sərvətləri, al-əlvan florası və
faunası ilə bütün dünyada şöhrət
qazanıb. Burada 125 fəsiləyə və 930 cinsə daxil
olan ali bitkilərin 4500 növü yayılıb. Bunlardan 48 fəsiləyə,
135 cinsə mənsub olan 450 növ ağac və kollar ölkənin
meşələrində bitir. Bu isə ölkə
florasındakı bitki növlərinin 11-ni təşkil edir.
Azərbaycan dendroflorasının tərkibində 70 regional endemik
növə təsadüf edilir. Bu da ümumi ağac və kol
bitki növlərinin 16 faizi deməkdir. Azərbaycan
dendroflorasının belə zəngin tərkibə malik
olmasına baxmayaraq, əsas meşə əmələ gətirən
növlər azdır.
Azərbaycanda meşələrin mühafizəsi və
dayanıqlı inkişafına dair Milli Meşə
Proqramı hazırlanıb: "Azmeşəli ölkə
kimi meşələrin artırılması və mühafizəsi
prioritet istiqamətlərimizdən biridir. Bu baxımdan ölkəmizdə
meşələrin bərpasına, yeni meşə
zolaqlarının salınmasına çox böyük önəm
verilir. Meşə fondunun əkinəyararlı açıq
sahələrində aqrobağlar salınır. Həmçinin,
tezböyüyən ağac cinslərindən ibarət
plantasiyalar yaradılır. Belə meşə
zolaqlarının salınması qida və ağac emalı sənayesinin
inkişafı üçün də əhəmiyyətlidir.
Milli Meşə Proqramının hazırlanmasının məqsədi
ölkədə meşələrin səmərəli idarə
edilməsi sahəsində siyasi, institusional və qanunvericilik
üzrə təkmilləşdirmə işlərinin
aparılmasıdır. Milli Meşə Proqramı 2020-2030-cu
illəri əhatə edən 10 illik müddət
üçün işlənib hazırlanıb. Bu proqram
ölkədə meşəçiliyin inkişaf
strategiyasını əks etdirən əsas sənəddir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 2 iyul(№112).-S.15.