Oğuzda erməni vəhşiliklərinin
izləri
Rusiyada baş vermiş bolşevik çevrilişindən
sonra Cənubi Qafqazın müxtəlif yerlərində
müsəlman əhaliyə qarşı törədilən
erməni vəhşiliklərinin əks-sədası Nuxaya da
gəlib çatır, burada onsuz da mürəkkəb olan vəziyyəti
daha da gərginləşdirirdi. 1918-ci ilin fevralında
"Şəki erməni batalyonu" adlı cəza dəstəsinin
bölgəyə gəlməsi isə vəziyyəti daha da
ağırlaşdırmışdı.
Bu yazıda erməni quldurlarının yerli azərbaycanlılara
qarşı törətdikləri vəhşilikləri qəzanın
Vartaşen (indiki Oğuz) nahiyəsi üzrə
araşdırmağa çalışmışıq.
Erməni alayının qəzaya gəlməsi
Vartaşenin də yerli ermənilərini xeyli
ruhlandırmış, onların azərbaycanlılara
münasibəti açıq-aşkar fitnəkar xarakter
almağa başlamışdı (AMEA-nın Tarix İnstitutu,
Elmi əsərlər-2016, cild 60, səh:96-114).
Vartaşen ərazisində hay quldur dəstələrinin
cəmləşdiyi əsas yerlər isə Calud, Vartaşen,
Söyüdlü, Xoşkaşen, Qozlu, Axpiləkənd,
Covlan, Cucamış, Otmanlı və Yaqublu kəndləri idi.
Bu kəndlərdə yuva salmış erməni silahlı dəstələri
də Qayabaşı kəndində yerləşən
"Şəki erməni batalyonu"nun törətdiyi cinayətlərə
dəstək verirdilər. AXC-nin yaratdığı Fövqəladə
Təhqiqat Komissiyasının (FTK-nın) üzvü
Ç.B.Klossovskinin ermənilərin vəhşilikləri
haqqında məruzəsindən bəlli olur ki, indiki Qəbələnin
Kürd kəndində türk qoşunlarının Azərbaycana
gəlişindən təqribən 20 gün əvvəl
törədilmiş cinayətdə - çoxu qadın və
uşaq olan 68 kənd sakininin ağlasığmaz vəhşiliklə
qətlə yetirilməsində erməni əsgərləri və
digər kəndlərin erməni sakinləri ilə
yanaşı, rayonun Xoşkaşen və Böyük
Söyüdlü kəndlərinin silahlı erməniləri
də iştirak etmişdilər.
Həqiqət naminə onu da qeyd edək ki, bu hadisələrdə
xristianlığın qriqorian təriqətini qəbul
etmiş və erməniləşmiş udilər də
iştirak edirdilər (Nədənsə çox zaman biz bunu
qeyd etməyə çəkinirik, halbuki bu, faktdır. Ermənilərin
milli qəhrəmanına çevrilmiş udi əsilli
M.Silikovu (Silikyanı) xatırlayın!). Udulər "Şəki
erməni batalyonu"nun gəlişini də sevinclə,
duz-çörəklə qarşılamışdılar
(AMEA-nın Tarix İnstitutu, Elmi əsərlər-2016, cild 60,
səh:98).
FTK-nın digər üzvü N.Mixaylov isə öz məruzəsində
göstərirdi ki, Qayabaşıdakı qərargahın
Vartaşen kəndində bütöv bir qarnizonu (II alayı)
olub. 1918-ci ilin fevral ayında həmin qarnizonun zabitlərindən
Ter Qriqoryants (o, 1918-ci ilin mart-iyul aylarında həm də
Vartaşen qarnizonunun rəisi vəzifəsini tutmuşdu)
adlı bir daşnak baş qaldırmışdı. Bu quldur
ermənilər yaşayan Vartaşen, Calud, Yaqublu,
Söyüdlü, Xoşkaşen, yaxınlıqda -
Qutqaşın (indiki Qəbələ) rayonundakı Nic və
başqa kəndləri gəzərək onları
silahlanmağa və alaylar təşkil etməyə
çağırırdı. Onun təşkil etdiyi dəstələr
müsəlman kəndlərinin əhalisinə hücum
çəkir, qətl və qarətlər törədirdi.
Vartaşen nahiyəsinin Vardanlı (indiki Kərimli) kəndinin
1898-ci il təvəllüdlü sakini Qurban kişi söyləyirdi
ki, Calud kəndində ermənilərin müsəlman əhaliyə
ağılasığmaz işgəncələr verdiyinin
canlı şahidi olmuşdur. O, deyirdi ki, ermənilər
körpə uşaqları diri-diri çəpərlərin
payasına keçirmiş, hamilə qadınların
qarnını yarıb, körpələri çıxarıb
məhv etmişlər. Əliyalın əhali silahlı kafirlərin
qarşısında dayana bilməyib dağlara çəkilmişlər
(https://anl.az/el/y/Azf-265975.pdf).
1918-ci ildə Batum müqaviləsinə əsasən,
köməyə gəlmiş türk hərbi qüvvələri
yerli qüvvələrlə birlikdə (yerli qüvvələrə
Miralay Süleymanov komandanlıq edirdi) iki gün müddətində
Qayabaşıdakı terror yuvasına çevrilmiş erməni
qərargahını ləğv edərək, 1918-ci ilin iyul
ayının altısında oradan "8 vers"
şimal-şərqdə yerləşən Yaqublu kəndini də
erməni daşnaklarından təmizləmişdi.
Yaqubludakı (eləcə də Qayabaşıdakı)
silahlı ermənilər Söyüdlü kəndinə geri
çəkilmiş, oradan isə ayrı-ayrı kiçik dəstələrə
bölünərək müxtəlif erməni kəndlərində,
eləcə də qaçqın adı ilə Vartaşendə,
Calutda və qonşu rayondakı Nic kəndində gizlənmişdilər.
Ermənilərlə, onların rəhbərləri ilə
aparılan söhbətlər, qaçqınların yerləşdirilməsi
və kəndlərin qarşılıqlı dəyişdirilməsi
barədə edilmiş təkliflər, köməkliklər,
güzəştlər və xəbərdarlıqlar da
heç bir nəticə vermirdi.
Sonralar özünü Nuxa və Ərəş qəzalarının
komissarı elan etmiş Ter Qriqoryants da erməni vəhşiliklərininin
davam etməsini dana bilmir, məcburiyyət
qarşısında qalıb, ermənilər tərəfindən
müsəlmanlara qarşı müxtəlif quldurluq hərəkətlərinin
baş verdiyini təsdiq edirdi
(https://anl.az/el/kitab2022/06/cd/Azf-322964.pdf).
Onu da qeyd edək ki, ermənilər ancaq azərbaycanlılara
qarşı deyil, həm də rayon ərazisində yaşayan
provoslav udilərə, yəhudilərə və ləzgilərə
qarşı da qətl və qarət törədirdilər.
Ona görə də həmin dövrdə rayon ərazisində
yaşayan provaslav udilərin və yəhudilərin çoxu
Gəncəyə, Tiflisə və Bakıya köç
etmişdilər. Ermənilər indiki Qəbələnin
Savalan kəndi yaxınlığında 7 nəfər ləzgini
vəhşicəsinə qətlə yetirmişdilər. Bu
cinayətdə yenə də Söyüdlü və
Xöşkaşen erməniləri də iştirak etmişdilər.
1918-ci ilin iyun ayının əvvəllərində
Nuxa-Ərəş qəzasının Vartaşen (Oğuz)
nahiyəsinin Tərkəş, Dəymədağlı,
Mollalı, Sincan, Xaçmazqışlaq və digər kəndlərinin
quldur erməni silahlı dəstələrinin (Böyük
Söyüdlü, Yaqublu, Calud, Vartaşen, Nic kəndlərindəki
erməni silahlıları dəstələrinin)
hücumlarına məruz qalmış dinc sakinləri Məmməd
Kərim meşəsinə və Sincan çayının
yatağı boyunca quzeyə doğru yol gedərək 10-15 km.
aralıdakı Xaçmaz meşələrinə
sığınmışdılar. Onların köməyinə
Qafqaz İslam Ordusu çatmışdır
(https://modern.az/medeniyyet/450450/
oghuz-rayonunda-muqeddes-turk-shehidliyi/).
Oğuz bölgəsində bu ordunun bölməsinə
Abdulla Paşa rəhbərlik edirdi. O, öz toplarını
Yaqublu kəndinin cənubundakı (Sarıca) təpələrin
üstündə quraraq, Oğuz nahiyəsinin Tərkəş,
Dəymədağlı, Mollalı, Sincan,
Xaçmazdışlaq və başqa kəndlərin ətrafındakı
erməni mövqelərini atəşə tutmağa
başlamışdı. Burada erməniləri susdurandan sonra
o, Oğuzun Vardanlı və Padar kəndlərinə gəlmiş,
bir müddət Padar kəndində Qərib
Yüzbaşının evində qalmışdı.
Qafqaz İslam Ordusunun alayının bir
bölüyü də (Əli Osman əfəndi və Tahir əfəndinin əsgər-zabit
heyəti) Oğuz nahiyəsinin Sincan və Xaçmaz kəndlərində
yerləşmişdi. Onların qərargahları məscid həyətlərində
(Sincan kəndində Cümə məscidində və
Xaçmaz kəndindəki Səməd bəy məscidində),
düşərgələri isə kəndlərin ətrafında
yerləşirdi. Sincan-Xaçmaz cəbhə xəttində
gedən döyüşlərdə ağır yaralanan və
vəfat edən Tahir əfəndi vəsiyyətinə görə,
Sincan kəndinin orta məhəlləsindən keçən
yolun üstündəki köhnə qəbiristanlıqda
torpağa tapşırılıb.
Qafqaz İslam Ordusunun və yerli dəstələrin
sayəsində nahiyənin Tərkəş,
Dəymədağlı, Mollalı, Sincan, Xaçmazqışlaq
və digər kəndlərinin sakinləri erməni
soyqırımından xilas ola bilmişdilər.
Erməni silahlı dəstələri Qafqaz İslam
Ordusuna yardım edən hər kəsi ağır cəzalandırır
və ya öldürürdülər. Hələ də Padar
kəndinin sakinlərinin dilində dolaşan bir rəvayətdə
deyilir ki, Azərbaycan Cümhuriyyəti Məclisi-məbusanının
(parlamentinin) üzvü, görkəmli ictimai xadim, Qərib
yüzbaşıya Bakıdan parlamentdən xəbər gəlir
ki, türk əsgərlərini qarşılayıb yerləşdirsin.
Yüzbaşı tapşırığa əməl edir,
türk əsgərlərini qarşılayıb onları
özünün tikdirdiyi məsciddə yerləşdirir. Hər
birini yatacaqla, yeməklə təmin edir. Əsgərlər
Padarın və qonşu kəndlərin əhalisini erməni
silahlılarından qoruyurdular. Türk əsgərlərinə
göstərdiyi diqqət və qayğıya görə qəzəblənən
ermənilər Qərib yüzbaşını oğurlamaq
üçün tələ qurur və gecə onun
yaşadığı evə basqın edirlər. Türk əsgərlər
və yerli müdafiə dəstəsinin üzvləri ilə
basqın edən silahlı ermənilər arasında qanlı
savaş olur. Hazırda kəndin "Erməni çökəyi"
adlanan yerində türk əsgərləri ermənilərin
hamısını məhv edirlər. Hadisə yerinə gələn
Qərib yüzbaşı əsgərlərə
tapşırır ki, ermənilərin üstünü
torpaqla örtüb dəfn etsinlər (Y.Rzayev: "Oğuz və
Qəbələ folkloru", Bakı-2023, səh:67).
1921-ci ildə Azərbaycan kənd təsərrüfatı
siyahıyaalma materiallarında həmin dövrdə erməni
fitnə-fəsadları nəticəsində Vartaşen nahiyəsinin
ərazisində olan 9 kəndin - Axpilakənd, Salabəyli,
Cucamış, Məclis, Qozlu, Zərrab, Top, Yenikənd, o
cümlədən Yaqublunun dağıdılıb viran
qoyulduğu qeyd edilmişdi.
Qafqaz İslam Ordusunun və yerli milli qüvvələrin
sayəsində ermənilərin hərbi qərargahları və
silahlı dəstələri məhv edilsə də,
onların soyqırım törətməklərinin
qarşısı alınsa da, ermənilər rayon ərazisində
yaşamağa davam etmişlər.
Lakin onlar heç vaxt müsəlmanlara qarşı
kin-küdurətlərindən əl çəkməmişlər.
Heç yadımdan çıxmaz. 1986-cı il sentyabr
ayının (dəqiq günü yadımda qalmayıb)
sonları idi. Rayonun Calud kəndində yaşayan,
bütün rayonda Kolya kimi tanınan bir erməni bizi evinə
qonaq çağırmışdı. Başqa bir yoldaşla
onlara getdik. Təzəcə stol ətrafında əyləşmişdik
ki, içəri çox yaşlı, əlində əsa
olan qoca bir kişi girdi. O, salamsız-kəlamsız
üzünü Kolyaya tutaraq ermənicə bir neçə
cümlə deyib, otağı tərk etdi. Geri qayıdanda
yanımdakı yoldaş soruşdu ki, sən qocanın nə
dediyini başa düşdün? (Sən demə, o,
azdan-çoxdan ermənicə bilirmiş). Qoca Kolyaya
deyirmiş ki, bir də bu türkləri bizə gətirmə,
onları görmək istəmirəm. Onların kin-küdurətlərindən
o qədər çəkmişik ki, saymaqla bitməz.
1920-1988-ci illərə kimi rayonda yüksək vəzifə
tutan ermənilər də az olmayıb. Amma onlar həmişə
burada yaşayan öz soydaşlarının mənafeyini daha
üstün tutmuşlar. Məsələn, rayonun hərbi
komissarı olan Osipov soyadlı biri hər vasitə ilə hərbi
məktəblərə erməni gənclərinin (azərbaycanlıların
rus dilini yaxşı bilmədiklərini bəhanə gətirməklə)
göndərilməsinə cəhd edirdi. "Ovçular
mağazası" deyilən mağazada işləyən Jora
adlı bir başqa daşnak ovçu silah-sursatlarını
müxtəlif bəhanələrlə azərbaycanlılara
yox, ermənilərə satırdı. Mən hələ
rayonun keçmiş "milis" şöbəsində
"pasportstol" olan erməni Atakişiyevin udi soyadlarına
-yan artıraraq onları erməniləşdirməsindən,
rayon xəstəxanasında mamaça işləyən erməni
axçiklərinin yeni doğulan müsəlman körpələri
qəsdən virusa yoluxdurmalarından danışmıram.
Rayon Maliyyə İdarəsinin müdiri Rita, tədarük
kontorunun müdiri Xaçanyan, kommunal müəssisələri
idarəsinin müdiri Xanadyan və digərləri də belə
əməllərin sahibi idilər.
Vartaşen (Oğuz) rayonunda yaşayan ermənilər
XX əsrin 90-cı illərin sonunda və baş vermiş
Qarabağ müharibəsi zamanı rayonda yenə millətçi
çıxışlar etməyə, kin-küdurətlərini
açıq-aşkar nümayiş etdirməyə
başlamışdılar. Hətta gizli şəkildə erməni
terror təşkilatları üçün maliyyə vəsaiti
toplamaları da söylənilir. Lakin bu dəfə əhalinin
sərt mövqeyi ilə rastlaşdıqları
üçün onların əksəriyyəti, Azərbaycanın
digər bölgələrində olduğu kimi, Oğuz
rayonundan da cəhənnəm olub getmişlər.
Özləri haqda yaratdıqları aforizmdə dedikləri
kimi, "Varteğ hay, aynteğ vay" - "Harda erməni
varsa, orda vay var!"
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 3 iyul(№113).-S.14.