Gəncədə Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib

 

“Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli Sərəncamının müddəaların cəmiyyətimiz qarşısında qoyduğu vəzifələrə uyğun olaraq, Gəncə şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən "Əkinçi”dən sosial mediaya: Azərbaycan mətbuatinin inkişaf yolu" mövzusunda  dəyirmi masa keçirilib. 

525.az xəbər verir ki, tədbirə Gəncədə fəaliyyət göstərən elm ocaqlarını təmsil edən alim və tədqiqatçılar qatılıblar.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib və Vətən torpaqlarının bütövlüyü uğrunda canlarından keçmiş  şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masa müzakirələrini giriş sözü ilə AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, bu elm ocağında nəşr olunan  “Xəbərlər Məcmuəsi: Təbiət və texnika elmləri” jurnalının redaktoru, akademik Fuad Əlyev açaraq, iştirakçıları salamlayıb.

O, “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2025-ci il tarixli Sərəncamının işığında təşkil olunmuş bu görüşün həmin sənəddə öz əksini tapmış prinsiplərə, o cümlədən dövlət maraqlarımızın hər şeydən uca tutulması, ölkəmizin müasir dünyadakı yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində ziyalıların fəalliğının artırılmasına xidmət edəcəyinə inandığını bildirib.

Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Sənubər Qocayeva çıxışında şəhərimizin alimlərinin milli inkişafımızla bağlı əlamətdar tarixlərə həsr olunan tədbirlərdə nümayiş etdirdikləri yüksək mövqeyi təqdirəlayiq hal kimi dəyərləndirib.

O, toplantı iştirakçılarına Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun təbrik və uğur arzularını çatdırıb.

Sonra dəyirmi masanın məruzələi dinlənilib. AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, Bölmənin “Nizamişünaslıq” jurnalının redaktoru Əlimuxtar Muxtarov  “44 Günlük Vətən müharibəsi və Azərbaycan mətbuatı”, AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun direktoru Mahirə Şərifova “Həsən bəy Zərdabinin yaradıcılığında təbiət və ətraf mühit məsələlərinə baxış”, AMEA-nın Gəncə Bölməsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri      Simuzər Qafarlı “Rəqəmsal media və inteqrasiya təhlükəsizliyi: çağırışlar və həllər”, AMEA-nın  Gəncə Bölməsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zakir Muradov “Həsən bəy Zərdabinin məsləkdaşı - Əsgər ağa Gorani”,  AR ETN Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova “Həsən bəy Zərdabinin aqrar problemlərə elmi yanaşması”,  AR ETN Nəbatat Bağının (Gəncə)  direktoru Nizami Nağıyev “Ekologiyanın qorunmasında mətbuatın rolu”, AMEA-nın Gəncə Bölməsinin YAP Ərazi Partiya Təşkilatının sədri Vüsal Eminbəyli “Müstəqil Azərbaycan mətbuatının Heydər Əliyev dövründə intibahı” və AR ETN Bioresurslar İnstitutunun (Gəncə) direktor müavini Günel Tomuyeva “Azərbaycan Mətbuatı: 150 illik sözün gücü” mövzuları üzər çıxış ediblər.

 

525-ci qəzet .- 2025.- 22 iyul(¹126).-S.7.