Xankəndidən
dünyaya sülh, əmin-amanlıq, təhlükəsizlik
mesajları
Elman Nəsirov: “Prezidentin forumdakı
çıxışı öz məzmunu və xarakteri
etibarilə strateji əhəmiyyət kəsb edir”
Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə
keçirilən III Şuşa Qlobal Media Forumunda həm
ölkəmiz, həm region, həm beynəlxalq əhəmiyyət
kəsb edən mövzularla bağlı öz fikirlərini səsləndirdi.
Dövlət başçısının
çıxışı artıq neçə gündür
ki, gündəmin əsas müzakirə olunan
mövzularından birinə çevrilib. ABŞ lideri Donald
Tramp da Azərbaycan Prezidentinin Qlobal Media Forumundakı
çıxışını özünün rəsmi Truth
Social hesabında paylaşıb. Həmin paylaşımda
Prezident İlham Əliyevin Donald Tramp haqqında fikirləri əks
olunmuş görüntü yer alıb. Qeyd etdiyimiz kimi,
dövət başçısı ABŞ-la münasibətlər
daxil olmaqla, iqlim məsələsi, Ermənistanla sülh
prosesi, Zəngəzur dəhlizi, Çinlə əlaqələr,
enerji təhlükəsizliyi kimi bir çox aktual mövzulara
toxunub.
Milli Məclisin deputatı Elman Nəsirov “525”ə
şərhində deyib ki, Azərbaycan Prezidenti cənab
İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı
çıxışında səsləndirdiyi fikirlər
öz forma, məzmun və mahiyyəti etibarilə qlobal əhəmiyyət
kəsb edir. Bu fikirlər həm birbaşa Azərbaycanla
bağlıdır, həm də ölkəmizin
hüdudlarından kənar proseslərlə, yəni qlobal
gündəliyin məsələləri ilə birbaşa əlaqəlidir:
“Cənab Prezident xüsusilə vurğuladı ki, Azərbaycanda
COP29-un keçirilməsi həll edilə biləcək vəzifələrin
qloballığını özündə əks etdirir. Azərbaycan
bu tədbirə ev sahibliyi etməklə əslində qlobal Cənubla
qlobal Şimal arasında bir körpü rolunu oynadı. Nəzərə
alsaq ki, bu gün inkişaf etmiş dövlətlərlə
inkişaf etməkdə olan dövlətlər arasında bir
etimadsızlıq mühüti hökm sürür və bu
reallıqda Azərbaycanın atdığı addımlar
heç şübhəsiz ki, qeyd edilən problemlərin
aradan qaldırılmasına xidmət göstərir. Prezident
qeyd etdi ki, bu tədbirə dünyanın 197 ölkəsindən
77 min iştirakçı qatılmışdı, 70 dövlət
və hökumət başçısı COP29-da iştirak
edirdi. Burada əldə edimiş ən mühüm nəticələrdən
bir o oldu ki, karbon bazarlarının fəaliyyəti ilə
bağlı 6-cı maddə üzrə razılaşma əldə
edildi. Son 10 ildə bu məsələ müzakirə edilsə
də, heç bir razılaşma yox idi. Bu, doğrudan da Azərbaycanın
tarixi nailiyyətidir. Eyni zamanda, ən mühüm nailiyyətlərdən
biri də o oldu ki, iqlim dəyişikliyi problemlərinin həlli
ilə bağlı vəsaitin həcmi üç dəfə
artırıldı - 100 milyard dollardan 300 milyard dollara
qaldırıldı. Bu, əlbəttə ki, yüksək nəticədir, COP30, COP31, COP32 və digər
mühüm sonrakı tədbirlər çərçivəsində
bu rəqəmdə dəyişikliklər baş verərsə,
sözün həqiqi mənasında iqlim dəyişikliyi
problemlərinin həllinə çox böyük töhfə
olar. Azərbaycan COP29 tədbiri çərçivəsində
öz üzərinə götürdüyü öhdəliyi
ləyaqətlə yerinə yetirə bildi və həm də
bir nümunə ortaya qoydu. Azərbaycanın 10-dan artıq təşəbbüsü
qəbl edildi. Bütün bunlar həm də onu göstərir
ki, Azərbaycan elə böyük dövlət olmasa da belə,
sözünün mənası və çəkisi
böyükdür. Dünyada gedən proseslərə
çox ciddi təsir etmək imkanına və potensialına
malikdir.
Cənab Prezident vurğuladı ki, Azərbaycan
dövlətinin COP29 tədbirini keçirməsi təsadüfi
deyildi. Azərbaycan yaşıl enerji straregiyasını həyata
keçirir, yaşıl zonalar elan edir, məsələn
Qarabağ və Şərqi Zəngəzur, Naxçıvan
belə zonalardır. Dövlət başçısı
vurğuladı ki, yaşıl gündəliyimiz çox
genişdir. 2030-cu ilə qədər artıq imzalanmış
investisiya müqavilələri əsasında biz ən azı
6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş,
külək və su elektrik enerjisini istehsal edəcəyik.
Artıq Qarabağ və Şərqi Zəngəzurda 30
kiçik su elektrik stansiyası istismara verilib ki, onların da
istehsal potensialı 280 meqavat gücündədir. Yəni Azərbaycan
yaşıl enerji istehsalı sahəsindəki siyasətini həm
bəyan edib, həm də bu istiqamətdə real addımlar
atır və bunu dünya görür. Amma bu o demək
deyildir ki, yanacaq enerjisindən imtina olunur, xeyr, hələ
yaxın gələcək üçün də bu enerji
mühüm rol oynayacaq. Dünya iqtisadiyyatının
inkişafında yanacaq enerjisinin rolu kifayət qədər
böyük olacaq. Amma strateji xətt yaşıl enerji istiqamətidir
və Azərbaycan onun
istehsalı və ixracında da əsas tərəfdaşlardan
birinə çevrilmək hədəfini müəyyən
edib”.
Deputat bildirib ki, yanacaq enerjisi sahəsində Azərbaycan
Avropanın əsas tərəfdaşlarından biridir. 2021-ci
ildə Azərbaycandan Avropa ölklərinə 8 milyard kubmetr
qaz ixrac edilirdisə, indi artıq onun həcmi 13 milyard kubmetrə
çatıb, 2027-ci ildə bu rəqəmin 20 milyard kub metr
olması hədəflənib. Azərbaycan ötən il 50,3
milyard kubmetr qaz hasil edib ki, bunun da yarısı, yəni 25,2
milyard kubmetri ixrac üçün nəzərdə tutulub və
12 dövlətə ixrac olunub. Həmin dövlətin 10-nu
Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqının
üzvləridir, ikisi qardaş Türkiyə və qonşu Gürcüstandır.
Azərbaycan enerji təhlükəsizliyi istiqamətində də
öz səylərini davam etdirir və bu sahədə
çox ciddi uğurlara imza atıb”.
Deputat deyib ki, Prezident eyni zamanda, qlobal təhlükəsizlik
məsələlərinə diqqəti cəlb etdi. Zəngəzur
dəhlizi ilə bağlı məqamlar diqqətdə
saxlanıldı, xüsusi olaraq vurğulandı ki, Zəngəzur
dəhlizinin potensialı ilkin mərhələdə 15 milyon
ton yük səviyyəsində qiymətləndirilir. O ki
qaldı Ələt Beynəlxalq Ticarət Limanı vasitəsilə
yükdaşımalara, onun yükdaşıma potensialı 25
milyon tona çatdırılıb, bu da bizim əsas
uğurlarımızdan biridir və daha geniş imkanlar var.
E.Nəsirov söyləyib ki, Azərbaycan lideri
dünyanın aparıcı dövlətləri ilə
münasibətləri də diqqətdə saxladı: “İlk
növbədə Çinin adını qeyd etmək istəyərdim.
Dövlət başçısı vurğuladı ki,
Çin Xalq Respublikası ilə bizim münasibətlərimiz
strateji tərəfdaşlıq səviyyəsindədir.
İmzalanmış iki mühüm sənəd - həm
strateji tərəfdaşlıq, həm də hərətəfli
strateji tərfdaşlıqla bağlı sənədlər
Bakı-Pekin münasibətlərinin inkişafının yol
xəritəsidir. Fundamental məsələlərdə bizim
mövqelərimiz üst-üstə düşür, cənab
Prezident İlham Əliyevlə Çin Xalq
Respublikasının Sədri Si Cinpin arasında əlaqələr
dostluq səviyyəsindədir. Bu da ikitərəfli əlaqələrin
inkişafı üçün geniş imkanlar açır.
Çindən gələn yüklərin Xəzər dənizi
vasitəsilə Azərbaycandan keçməklə Avropaya
çatdırılması prosesi geniş miqyas almaqdadır.
Bu baxımdan Orta Dəhlizin əhəmiyyəti kifayət qədər
böyükdür.
Forumda Birləşmiş Ştatlarla da münasibətlər
diqqət mərkəzində saxlanıldı. Qeyd olundu ki,
Bayden administrasiyası dövründə münasibtlərdə
xeyli ziddiyyətlər və gərginliklər var idi, lakin
Tramp praqmatik siyasətçidir, onun həm birinci hakimiyyəti
dövründə, həm də indi Azərbaycan-ABŞ
münasibətləri dinamik inkişaf tempinə malik olub,
fundamental məsələlərdə, ilk növbədə
enerji təhlükəsizliyi, beynəlxal terrorçuluğa
qarşı mübarizə, iqlim dəyişikliyi və digər
parametrlər üzrə məsələlərdə
mövqelərimiz tamamilə üst-üstə
düşüb. Cənab Prezident həm də onu
vurğuladı ki, Tramp administrasiyasının klassik, ənənəvi
dəyərlərə verdiyi qiymət Azərbaycanda yüksək
qiymətləndirilir. Trampın ailə dəyərləri ilə
bağlı mövqeyi Azərbaycan xalqının ailə dəyərləri
ilə bağlı mövqeyi ilə tamamilə üst-üstə
düşür. Onu da qeyd edim ki, cənab Prezidentin bu fikirləri
Prezident Trampın özünə məxsus sosial şəbəkə
hesabında paylaşılıb. Bu da təsadüfi deyil.
Bakı-Vaşinqton münasibətlərinin yüksək
inkişaf tempindən xəbər verir”.
Deputat söyləyib ki, Xankəndidə, Şuşada
keçirlən beynəlxalq əhəmiyyətli tədbirlər
həm də işğaldan azad olunmuş ərazilərdən
dünyaya sülh, əmin-amanlıq, təhlükəsizlik
mesajları ötürür: “Media Forumda Azərbaycanla Ermənistan
arasında real vəziyyət və sülh müqaviləsinin
imzalanmasının perspektivləri də müzakirə olundu.
Qeyd edildi ki, Azərbaycan hər zaman sülh prosesinə
sadiqdir, çox istəyirik ki, tezliklə regiona uzunmüddətli
və dayanıqılı süh gəlsin, həllini gözləyən
məsələlər ətrafında Ermənistanda qətiyyətli
mövqe ortaya qoyulsun, İrəvan vədlərini yerinə
yetirsin, nəhayət ki, bölgəmizdə əmin-amanlıq
olsun, uzunmüddətli təhlükəsizlik mühiti
formalaşsın. Beləliklə, cənab Prezidentin forumda
çıxışı öz məzmunu və xarakteri
etibarilə strateji əhəmiyyət kəsb edir və burada
demək olar ki, dünyamızın gündəliyini müəyyən
edən əsas məsələlərlə bağlı
çox aydın, açıq mövqelər ortaya qoyuldu”.
Pərvanə
525-ci qəzet .- 2025.-
23 iyul(¹127).- S.4.