Təqaüdlərin
artırılması: elm və təhsildə uğurlar
üçün mühüm stimul
Prezident İlham Əliyevin imzaladığı
müvafiq fərman və sərəncama əsasən
doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili
müəssisələrində təhsil alan tələbələrə
verilən təqaüdlərin məbləği
artırıldı. Qeyd edək ki, bundan əvvəl ali təhsil
müəssisələrinin tələbələri
üçün Prezident təqaüdünün məbləği
275 manat təşkil edib. Yeni artımla həmin məbləğ
sentyabrın 1-dən 350 manat müəyyən edilib. Belə
ki, doktorantura səviyyəsi üzrə - elmlər doktoru
hazırlığı üzrə doktorantlara - 450 manat, fəlsəfə
doktoru hazırlığı üzrə doktorantlara - 300 manat,
ali təhsil müəssisələrində: magistratura səviyyəsi
üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə
- 240 manat, akademik göstəriciləri 71-100 bal olan tələbələrə
- 180 manat,akademik göstəriciləri 51-100 bal olan tələbələrə
- 120 manat təyin olunub.
Bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi
üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə
- 200 manat,akademik göstəriciləri 71-100 bal olan tələbələrə
- 160 manat,akademik göstəriciləri 51-100 bal olan tələbələrə
- 110 manat, orta ixtisas təhsili müəssisələrində
akademik göstəriciləri 91-100 bal olan tələbələrə
- 110 manat,akademik göstəriciləri 71-100 bal olan tələbələrə
- 90 manat, akademik göstəriciləri 51-100 bal olan tələbələrə
- 70 manat,eşə təhsili müəssisələrində
akademik göstəriciləri "5" (yüksək texniki
peşə təhsili səviyyəsində 91-100 bal) olan tələbələrə
- 110 manat, akademik göstəriciləri "4" və
"5" (yüksək texniki peşə təhsili səviyyəsində
71-100 bal) olan tələbələrə - 90 manat, akademik
göstəriciləri "3"-"5" (yüksək
texniki peşə təhsili səviyyəsində 51-100 bal)
olan tələbələrə - 70 manat müəyyən
edilib.
Əməkdar müəllim Sona Əliyeva bildirib ki,
Prezident İlham Əliyevin tələbələrin təqaüdlərinin
artırılması ilə bağlı imzaladığı sərəncam
təkcə maddi dəstək deyil - gənclərə verilən
bir mesajdır: "Biz sizin yanınızdayıq".
Bugünkü dövrdə təhsil almaq yalnız oxumaqla məhdudlaşmır.
Gənclər eyni zamanda yaşayış xərclərini
qarşılamaq, nəqliyyat, qida, hətta tədris
üçün lazım olan resurslara da pul xərcləməlidirlər.
Belə bir qərar tələbələrin yükünü
azaldır, onları əlavə işlərə deyil, dərslərinə
fokuslanmağa təşviq edir. Düşünürəm ki,
bu qərar həm motivasiya baxımından, həm də sosial
bərabərlik baxımından çox önəmlidir.
Əgər bir tələbə maddi səbəblər
üzündən təhsildən uzaq düşürsə,
bu, təkcə onun üçün yox, bütövlükdə
cəmiyyət üçün itkidir. Ona görə də bu
tip dəstək gənclərin gələcək həyatına
sərmayə kimi baxılmalıdır. Ümid edirəm ki,
bu siyasət davamlı olar və daha çox gəncin həyatına
müsbət təsir edər. Təhsil alan bir gəncin
arxasında onu anlayan və dəstəkləyən dövlətin
olması böyük gücdür".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov
deyir ki, elmi savadı, biliyi ilə seçilən tələbələrə
təqaüdlərin verilməsi ölkə
başçısının elmə, təhsilə və gənclərə
göstərdiyi növbəti diqqət və
qayğının bariz nümunəsidir. Onun fikrincə, bu təqaüdlərin
artırılması ölkədə elm və təhsilin
inkişafı naminə mühüm addımdır. Prezident tərəfindən
ölkədə elmlə təhsilin inteqrasiyasının təmin
edilməsi, gənclərin təhsilə, elmə, intellektual fəaliyyətə
cəlb edilməsi, tələbələrin maddi vəziyyətlərinin,
sosial rifahının yaxşılaşdırılması, gənc
alimlərin elmi fəaliyyətinin stimullaşdırılması
istiqamətində mühüm qərarlar verilir. Qəbul edilən
qərarlar ölkə ictimaiyyəti tərəfindən
yüksək qiymətləndirilir və gənc nəsildə
elmə, tədqiqat işləri ilə məşğul
olmağa marağın yaranmasında əhəmiyyətli rol
oynayır: "Prezidentin az öncə imzaladığı sərəncamlar
100 mindən çox gənci sevindirdi. Əminəm ki, tələbələrin
akademik göstəricilərinə əsaslanan diferensial təqaüdlərin
müəyyən edilməsi onların motivasiyasının
artırılmasına, təhsilə məsuliyyətli
yanaşmalarına və uğurlu nəticələr əldə
etmələrinə ciddi təsir göstərəcək. Həmçinin
akademik göstəricilər əsasında təqaüdün
verilməsi tələbələrin daha məsuliyyətli və
planlı şəkildə oxumasına şərait yaradacaq. Gələcəyimiz
sayılan gənclərimiz bu stimullaşdırıcı tədbirlərdən
ruhlanaraq ölkəmiz üçün layiqli kadrlar kimi
yetişəcək, eyni zamanda elm arxasınca gedənlərin
sayı daha da artacaq".
Millət vəkili Mehriban Vəliyeva qeyd edib ki, təqaüd
məbləğinin artırılması onların təhsildə
daha yüksək nəticələr əldə etməsi
üçün əlavə stimul yaradır. Bu addım eyni
zamanda tələbələrin sosial rifahını
yaxşılaşdıraraq gündəlik xərclərinin
qarşılanmasında mühüm rol oynayır. Təhsildə
yuxarı nəticə göstərən tələbələrin
təqaüd alması sosial ədalət və inklüzivlik
prinsipini daha da möhkəmləndirir. Maddi dəstəyin
gücləndirilməsi aztəminatlı ailələrdən
olan gənclərin təhsildə
davamlılığını təmin edərək təhsilə
çıxış imkanlarını bərabərləşdirir.
Millət vəkilinin sözlərinə görə,
doktorant təqaüdlərinin məbləğinin
artırıllması elmi araşdırmaların
inkişafına, gənc alimlərin stimullaşdırılmasına
mühüm töhfə verir. Bu artım gənc tədqiqatçıların
əlavə gəlir mənbələrinə ehtiyac duymadan
elmi fəaliyyətə tam fokuslanmasına şərait
yaradır, elm tutumlu iqtisadiyyatın inkişafını təşviq
edir və elm sahəsində kadr axınının
qarşısını almaqda mühüm rol oynayır.
Təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, tələbə
təqaüdlərinin artırılması rifaha və tərəqqiyə
xidmət edən mühüm addımdır. Nəticə
etibarilə, biz nəzərə alsaq ki, tələbələrin
əksəriyyəti Bakı şəhərində olan
universitetlərdə təhsil alır, onların böyük
bir hissəsi rayondan gələn tələbələrdir.
Onların müvafiq olaraq Bakıda yerləşməsi və
təhsil almaları kirayə mənzil tutmaları ilə nəticələnir.
Kirayə mənzil tutmaq da tələbələrin maddi
imkanını daha da çətinləşdirir:
"Hal-hazırda olan artım onların ümumi rifahına
öz təsirini göstərmiş olacaq".
Bu sərəncamı iki aspektdən çox önəmli
hesab edilə bilər: "Birincisi, insanların sosial
qayğılarının qarşılanması
baxımından növbəti bir sosial sənəd kimi, digər
tərəfdən isə tələbələr, daha
yaxşı oxumağa motivasiya edən bir sənəd kimi.
Çünki orta ixtisas və peşə təhsili müəssisələrində,
həmçinin ali təhsil müəssisələrinin
bakalavriat və magistratura pillələrində, eyni zamanda
doktoranturanın hər iki səviyyəsində fəlsəfə
doktoru və elmlər doktoru pillələrində təhsil
alan insanlara ünvanlanmış bu sənəddə akademik
göstəricilərə müvafiq olaraq diferensial yanaşma
tətbiq olunub.
Ekspertin fikrincə, bu diferensial yanaşma isə tələbələri
daha yaxşı oxumağa təşviq edir, onları daha məsuliyyətli
olmağa vadar edir və bilik-bacarıqlarına müvafiq
olaraq təqaüdlərlə stimullaşdırır:
"Hesab edirəm ki, bu, həqiqətən də
yaxşı nümunə sayıla biləcək bir sənəddir.
Biz əvvəlki sərəncamlarda da akademik göstəricilər
əsas götürülməklə tələbələrə
təqaüdlərin ödənilməsi prinsipini
görmüşük. Burada isə maraqlı məqam ondan
ibarətdir ki, akademik göstəriciləri yüksək olan
tələbələr, istər dövlət sifarişi ilə,
istərsə də ödənişli əsaslarla təhsil
alsınlar, Prezident sərəncamı ilə nəzərdə
tutulmuş tələbə təqaüdlərindən
yararlana biləcəklər. Bütün bunlar təkcə
sosial paket olaraq deyil, eyni zamanda təhsilə verilən dəyərin,
yaxşı oxumağa verilən önəmin və gənclərin
daha çox bilik və bacarıq əldə etməsinə
yönəlmiş təşviqedici siyasətin göstəricisidir".
Təhsil eksperti Etibar Əliyev Prezidentin tələbə
təqaüdlərinin artırılması ilə
bağlı sərəncamını yüksək qiymətləndirib:
"Tələbə təqaüdlərinin artımı
onların yaşayış səviyyəsinin
yaxşılaşmasına, eyni zamanda tədris ləvazimatlarının
tələbələr tərəfindən əldə
olunmasına köməklik göstərən bir sərəncamdır.
Biz bilirik ki, universitetlərin böyük əksəriyyətinin
yataqxanaları yoxdur və tələbələr kirayə evlərdə
yaşayırlar. İndi kirayə evlər də çox
bahadır. Düşünürəm ki, yaxın gələcəkdə
tələbələrin təqaüdlərinə yenə də
artımların olması onların keyfiyyətli tədrisinə
də köməklik göstərəcək. Bununla tələbə
maddi vəsaitinin bir hissəsini kirayə
yaşadığı mənzil sahibinə ödəyə bilər.
Bu, həm də müəyyən tələbələr
arasında tədrisdəki uğurlarına görə rəqabət
mühiti və bir çox tələbələrdə
motivasiya yarada bilər".
Millət vəkili Hikmət Babaoğlunun sözlərinə
əsasən, hazırda dünya yeni, 4-cü sənaye
inqilabı ərəfəsindədir və xalqların
intellektual müstəvidə mübarizəsi keyfiyyətcə
yeni və daha amansız bir mərhələyə qədəm
qoyur. Gələcəkdə dünyada söz sahibinə
çevriləcək xalqlar da elə bu mübarizənin qalibi
olan xalqlar olacaq. Ona görə də bu mühüm tarixi
prosesdə geridə qalmamaq üçün Azərbaycan gəncliyi
öz intellektual potensialını daima səfərbər etməli,
milli inkişafımızın gələcəyini təmin
etməlidir. Bu mənada təqaüdlərin
artırılması ölkəmizdə elmin
inkişafını motivasiya etməklə Azərbaycan elminin
inkişafında yeni üfüqlər açacaq.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025. -29 iyul(№131).- S.15.