Paytaxtın təhsil mühiti: hədəflər
və nəticələr
2024-2025-ci tədris ilində ümumi təhsil sahəsində
müəyyənləşdirilmiş prioritet fəaliyyət
istiqamətlərinə uyğun olaraq Bakı Şəhəri
üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən
təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə
səmərəli fəaliyyət istiqaməti seçilib.
Təhsil müəssisələrinin fəaliyyətinin
müasir tələblər səviyyəsinə yüksəldilməsi
və tədris ocaqlarının maddi-texniki bazasının
gücləndirilməsi istiqamətində səmərəli
işlər görülüb. Təhsildə keyfiyyətin
dayanıqlılığını təmin etmək, həmçinin,
ümumi təhsil sahəsində müasir dövrün
çağırışlarına əsaslanmaqla
inkişafı şərtləndirən dəyişikliklərə
nail olmaq məqsədilə bütün potensial imkanlar səfərbər
edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata
görə, "Azərbaycan Respublikasının
2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf
Strategiyası"nda təhsil sisteminin inkişafını
şərtləndirən mühüm istiqamətlər
üzrə hədəflərə çatmaq yönündə
ciddi addımlar atılıb. Məktəbəqədər təhsilin
əhatə dairəsinin genişləndirilməsi, ümumi təhsilin
keyfiyyətinin yüksəldilməsi, təhsilin əhatəliliyi,
bərabər imkanlar, rəqəmsal səriştələrin
artırılması, məktəb-icma münasibətlərinin
genişləndirilməsi və digər istiqamətlər
2024-2025-ci tədris ilinin əsas keyfiyyət göstəriciləridir.
Məlumata görə, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin tabeliyində 696 təhsil
müəssisəsi fəaliyyət göstərir.
BŞTİ-nin tabeliyindəki məktəblərdə 513923
şagirdin təlim-tərbiyəsi ilə 30169 müəllim məşğul
olub. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin
I siniflərini 38206, IX siniflərini 46406, XI siniflərini 33517,
XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və
qiyabi sinifləri) 138 nəfər bitirib. 2024-2025-ci tədris
ilində BŞTİ-nin tabeliyindəki 342 məktəbəqədər
təhsil müəssisəsinə 36280 uşaq cəlb olunub.
Məktəbəqədər təhsilin əhatə dairəsinin
genişləndirilməsi məqsədilə müvafiq işlər
görülüb. Belə ki, www.bq.edu.az elektron sisteminə
daxil olan vətəndaş müraciətləri, həmçinin
növbə sayı çox olan məktəbəqədər
təhsil müəssisələrində yeni qrupların fəaliyyətə
başlaması üçün mövcud şərait təhlil
olunub. Nəticədə paytaxtdakı ümumilikdə 12 məktəbəqədər
təhsil müəssisəsində 17 yeni qrup
açılıb.
Həmçinin tədris ilində paytaxt üzrə
yeni tikilmiş və əsaslı təmir olunmuş 7 məktəbəqədər
təhsil müəssisəsi istifadəyə verilib. Belə
ki, 5 məktəbəqədər təhsil müəssisəsi
(99, 116, 257, 286 və Alim Məmmədov adına körpələr
evi-uşaq bağçası) əsaslı təmirdən
sonra istifadəyə verilib. Həmçinin 2 yeni məktəbəqədər
təhsil müəssisəsi (348 və 349) fəaliyyətə
başlayıb. Eyni zamanda 1 uşaq bağçasında (101)
təmir-bərpa işləri yekunlaşıb. BŞTİ-nin
tabeliyindəki 287 ümumi təhsil müəssisəsində
1048 məktəbəhazırlıq qrupu fəaliyyət
göstərir. Məktəbəhazırlıq qruplarına
22781 uşaq cəlb olunub. Tədris ili ərzində
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri
üzrə 43777 şagirdin elektron sistem (sy.edu.az) vasitəsilə
bir məktəbdən digərinə yerdəyişməsi
aparılıb.
Elektron sistem vasitəsilə şagird yerdəyişməsi
valideynlərin rahatlığına, prosesin daha şəffaf və
operativ həyata keçirilməsinə, əlavə vaxt
itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə
subyektiv amillərin aradan qaldırılmasına imkan verir.
Respublika fənn olimpiadalarının final mərhələsinin
nəticələrinə əsasən 72 paytaxt məktəblisi
qalib olub. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil
müəssisələrində təhsil alan şagirdlərdən
13 nəfər qızıl, 23 nəfər gümüş, 36
nəfər bürünc medal qazanıb. Azərbaycan
Respublikası Təhsil İnstitutu tərəfindən
keçirilən Lütfi Zadə adına Məktəblilərarası
Məntiq Olimpiadasının final mərhələsində 12
paytaxt məktəblisi qalib olub. Onlardan 5 nəfər
qızıl, 3 nəfər gümüş, 4 nəfər isə
bürünc medalın sahibi olub. BŞTİ-nin tabeliyindəki
197 təhsil müəssisəsində təşkil edilən
848 təmayül sinifdə 17768 şagird təhsil alıb.
Ümumi təhsildə keyfiyyətin artırılmasına
xidmət edən təmayül siniflərə şagirdlərin
marağı ilbəil artmaqdadır.
BŞTİ-nin tabeliyindəki 27 ümumi təhsil məktəbində
"İcma əsaslı məktəbəqədər təhsil"
layihəsi həyata keçirilir.
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil
İnstitutu tərəfindən həyata keçirilən
layihənin tətbiq olunduğu paytaxt məktəblərindəki
icma əsaslı məktəbəqədər təhsil
qruplarına 839 uşaq cəlb olunub. Həmçinin icma
qruplarının real vəziyyətinin öyrənilməsi və
nəticələrin təhlil olunması məqsədilə
ümumi təhsil müəssisələrində fəaliyyət
göstərən 37 qrupda monitorinq həyata keçirilib.
Bakı şəhəri üzrə ümumilikdə 220
şagird inklüziv təhsilə cəlb edilib.
Həmçinin "2018-2024-cü illərdə Azərbaycan
Respublikasında sağlamlıq imkanları məhdud şəxslər
üçün inklüziv təhsilin inkişafı üzrə
Dövlət Proqramı"na əsasən 2024-2025-ci tədris
ilindən etibarən inklüziv sinif təşkil edilən
ümumi təhsil müəssisələrinin şəbəkəsinə
12 məktəb (10, 127, 185, 194, 204, 231, 262, 283, 307, 308, 309 və
315) əlavə olunub.
Ümumilikdə BŞTİ-nin tabeyindəki inkluziv
sinif təşkil edilən məktəblərin sayı 30-a
çatdırılıb. 2024-2025-ci tədris ilində
inklüziv siniflərə 57 sağlamlıq imkanları məhdud
şagird cəlb olunub.
Qeyd edək ki, inklüziv təhsil sağlamlıq
imkanları qismən məhdud uşaqlarla sağlam
uşaqların eyni sinifdə təhsil almasına imkan
yaradır. Layihə həmin uşaqların cəmiyyətə
daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə
xidmət edir.
BŞTİ-nin tabeliyindəki 184 təhsil müəssisəsində
603 şagird fərdi təhsilə cəlb olunub. Fərdi təhsil
müxtəlif səbəblərdən uzun müddət təhsildən
kənarda qalmış şəxslərin fərdi qaydada təhsil
almalarına şərait yaradır.
2024-2025-ci tədris ili üçün müəllimlərin
işə qəbulu və yerdəyişməsi müsabiqəsinə
BŞTİ tərəfindən 2609 vakansiya təqdim olunub.
Müsabiqələr nəticəsində tədris ili ərzində
1925 nəfər işə qəbul edilib.
1046 nəfər müddətsiz müqavilə ilə
işə qəbul üzrə elektron yerləşdirmə nəticəsində;
879 nəfər müddətli müqavilə ilə işə
qəbul üzrə elektron yerləşdirmə nəticəsində.
Həmçinin tədris ili ərzində ümumi təhsil
müəssisələrinə işə qəbul müsabiqəsi
nəticəsində tutulmayan yerlər üzrə dərs
saatlarının tədris edilməsi üçün digər
məktəblərdən əvəzçilik qaydasında 617
ixtisaslı kadr dəvət edilib. 156 nəfər isə
müddətsiz müqavilə ilə işləyən müəllimlərin
iş yerini dəyişməsi nəticəsində işə
qəbul olunub.
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə
işə qəbul üzrə əvvəlki illərdə
keçirilmiş müvafiq imtahan və müsahibələrdə
uğur qazanan 34 nəfər təlim-tərbiyə işləri
üzrə direktor müavini, 10 nəfər uşaqlarla məktəbdənkənar
və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı,
4 nəfər psixoloq, 45 nəfər laborant, 11 nəfər
kitabxana müdiri/kitabxanaçı, 7 nəfər uşaq
birliyi təşkilatı rəhbəri, 7 nəfər
çağırışaqədərki hazırlıq rəhbəri
və 15 nəfər təsərrüfat işləri üzrə
direktor müavini 2024-2025-ci il ərzində işə təyin
edilib.
Məktəbəqədər təhsil müəssisələrinə
müdir və tərbiyəçi müəllim, ümumi təhsil
müəssisələrinə psixoloq vəzifəsinə
işə qəbul üzrə müsabiqələr
keçirilib. Müsabiqələrin müsahibə mərhələlərində
uğur qazanmış 18 nəfər müdir, 61 nəfər
tərbiyəçi müəllim, həmçinin 64 nəfər
psixoloq vəzifəsinə işə qəbul hüququ
qazanıb.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində
kitabxana müdiri/kitabxanaçı,
çağırışaqədərki hazırlıq rəhbəri,
həmçinin məktəbəqədər təhsil müəssisələrində
təsərrüfat müdiri vəzifələrinə işə
qəbul üzrə müsabiqənin test imtahanında
iştirak edən namizədlərdən 388 nəfəri
müsahibə mərhələsinə vəsiqə qazanıb.
BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində
çevik inspeksiyalar keçirilib. İnspeksiyaların məqsədi
ümumi təhsil müəssisələrində təlim-tərbiyə
prosesinin təşkilinin, tədris-pedaqoji və metodiki sənədlərlə
işin, əmək və təhsil qanunvericiliyinin tələblərinin,
əmək və icra intizamının, sənədləşmə
işlərinin, təchizatın və təsərrüfat fəaliyyətinin
real vəziyyətinin öyrənilməsi,
məlumatların toplanması, təhlil edilməsi, ümumiləşdirilməsi
və qanunvericilikdə nəzərdə tutulmuş qaydada zəruri
tədbirlərin görülməsindən ibarətdir. PISA
2025 qiymətləndirməsində iştirak edən
BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində
müvafiq hazırlıq və nəzarət tədbirləri
həyata keçirilib.
Fəaliyyətlər şagirdlərin qiymətləndirmə
prosesinə hazır olma səviyyəsinin, təlim mühitinin
və texniki infrastrukturun vəziyyətinin, tədris
proqramlarının tətbiqində beynəlxalq qiymətləndirmə
tələblərinə uyğunluğun, məktəb rəhbərliyi
və pedaqoji heyətin məlumatlılıq səviyyəsinin
öyrənilməsi, məlumatların toplanması, təhlil
edilməsi, ümumiləşdirilməsi və müvafiq
istiqamətlər üzrə zəruri dəstək tədbirlərinin
görülməsi məqsədinə xidmət edib.
Tədris ili ərzində vətəndaşlardan daxil
olan müraciətlər əsasında BŞTİ-nin
tabeliyindəki ümumi təhsil müəssisələrində
məktəbdaxili araşdırmalar aparılıb.
Araşdırmalar müəllim və valideyn şikayətlərinin,
təlim-tərbiyə prosesində müşahidə olunan
nöqsanların, əmək münasibətləri və
iş rejimi ilə bağlı uyğunsuzluqların, pedaqoji
heyət arasında yaranan münaqişələrin
araşdırılması, faktların yerində yoxlanılması,
aidiyyəti sənədlərin təhlil olunması və nəticələr
üzrə qanunvericiliyə uyğun tədbirlərin
görülməsi məqsədlərinə xidmət edib.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin
13 şagirdi buraxılış imtahanlarında (XI sinif üzrə)
maksimum nəticə göstərib.
Belə ki, BŞTİ-nin tabeliyindəki 91 nömrəli
tam orta məktəbin şagirdi Şəhanə Abbasova,
"Zəngi" liseyinin şagirdi Nuray Bayramova, 192 nömrəli
tam orta məktəbin şagirdi Ülkər Ələkbərova,
68 nömrəli tam orta məktəbin şagirdi Rəhim Fərəczadə,
37 nömrəli tam orta məktəbin şagirdi Mədinə
İsmayılzadə, 54 nömrəli tam orta məktəbin
şagirdi Gülay Mürvətova, 272 nömrəli tam orta məktəbin
şagirdi Sona Nurməmmədli, 295 nömrəli tam orta məktəbin
şagirdi Tovuz Seyidova, 313 nömrəli tam orta məktəbin
şagirdi Fərid Mehdiyev, 263 nömrəli tam orta məktəbin
şagirdi Fatimə Abbaslı, 138 nömrəli tam orta məktəbin
şagirdi Nuray Sadıqzadə, 204 nömrəli tam orta məktəbin
şagirdi Müzəffər Qoşqarov, 89 nömrəli tam
orta məktəbin şagirdi Aişə Bağırova 300 bal
toplayıblar.
Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkilatçılığı
ilə BŞTİ-nin tabeliyindəki 55 ümumi təhsil
müəssisəsində monitorinqlər aparılıb.
"Təhsil müəssisələrində sağlamlıq
və təhlükəsizlik" istiqamətində
aparılan monitorinqlər zamanı şagirdlərin
nizam-intizamı, davamiyyət və punktuallığı, məktəb
binasının təhlükəsizliyi, sanitar-gigiyenik vəziyyət
və məktəblərdə həyata keçirilən təhlükəsizlik
tədbirləri yoxlanılıb.
Paytaxtdakı ümumi təhsil müəssisələrinin
IV və VI sinifləri üzrə keçirilən monitorinqlərdə
100 minə yaxın şagird iştirak edib.
Monitorinqin keçirilməsində əsas məqsəd
şagird nailiyyətlərinin
yaxşılaşdırılmasına nail olmaq, müvafiq
standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə
formalaşdığını müəyyən etmək və
tədrisin keyfiyyətinin artırılması istiqamətində
tədbirlər həyata keçirməkdən ibarətdir.
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 25 iyun(№109).-S.15.