Azərbaycan
dilinə möhtac olan hibrid erməni dili
Dünya dillərinin sırasına erməni dili adlı
hibrid (melez) bir dil də daxildir. O öz varlığı
üçün türk dillərinə, o cümlədən
Azərbaycan dilinə borcludur. Çünki dünya dilləri
arasında serb-xorvat dillərindən sonra türkmənşəli
sözlərin ən çox yer aldığı ikinci dildir.
Hələ 1902-ci ildə
H.Açaryan adlı erməni dilçi "Türk
dilindən erməni dilinə keçən kəlmələr
Konstantipolun, Vanın, Qarabağın və Yeni
Naxçıvanın dialektləri ilə müqayisədə"
kitabında erməni dilində 4262 türk sözü müəyyən
etmişdi. Təsadüfi deyildir ki, müasir erməni ədəbiyyatının
banisi, yazıçı, pedaqoq X.Abovyan "Ermənistanın
yaraları" kitabında (Yerevan-1939, səh: 80-81)
yazırdı: "Bizim dil ən azı 50 faiz türk sözlərindən
ibarətdir..." Elə bunlara görə də erməni
müəllifi, ədəbiyyat tarixçisi M.Abekyan məcburiyyət
qarşısında qalaraq deyirdi ki, "Erməni dili hibrid
(calaq-melez) dildir. O biri yandan erməni qəbiləsi də
hibriddir, ...başqa qonşuları assimilyasiya
etmişdir".
Türk dillərinin erməni dilinə təsirinin
tarixi çox qədimlərə gedib çıxır. Bu barədə
ilk tədqiqatın müəllifi, XIX əsrdə
yaşamış alman alimi, doktor Mordman yazırdı ki,
"Məlumdur ki, ermənilər hind-Avropa mənşəli
xalqdır. Lakin onların dili Turan dillərinin güclü təsirinə
məruz qalmışdır. Bu ifadə ilə mən heç
də çoxəsrlik əlaqə nəticəsində
alınmış sözləri yox, eramızın IV-VII əsrlərində
erməni dilində işlənən Turan sözlərini nəzərdə
tuturam". Sonra Mordman V-VI əsr erməni yazılı mənbələrindən
topladığı 28 türk sözünü misal gətirir. (M.Məmmədov: "Dillərin
qarşılıqlı əlaqəsi". İrəvan-1986,
səh: 5)
Sonrakı əsrlərdə də "qədim erməni
dili" həmişə Azərbaycan və digər türk
dillərinə möhtac olmuşdur. Akademik T.Hacıyev erməni
tarixçisi G.Qanzaketsiyə istinadən XIII əsrdə də
erməni dilində türk sözlərinin fəal işləndiyini
söyləyir və xeyli nümunə göstərir.
XIV əsrin sonunda Quzey Qafqazda olan xalqları sadalayan
bir xristian yepiskop da qeyd edir ki, bunların hamısı tatarca
(azərbaycanca) danışırdı. (F.Ağasıoğlu:
"Doqquz bitik. Azərbaycan türklərinin islamaqədər
tarixi", I bitik, Bakı-2014, "Ağrıdağ", səh:11).
H.Açaryanın müəyyən etdiyi 4262 söz isə
XV-XIX əsrlərdəki erməni yazılı mənbələrindən
aşkarlanıb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru
Q.Çaxmaqlı (Mehdiyev) özünün "Erməni-Türk
dil ilişkiləri" məqaləsində göstərir
ki, XIX-XX əsrlər erməni yazılarının dilində türk dilinin işlənmə nisbəti
40 faizdən yuxarı olub.
Tədqiqatçılar göstərirlər ki, Azərbaycan
dilindən erməni dilinə keçmiş sözlərin
çoxunu etnoqrafik və onomastik vahidlər təşkil edir.
Etnoqrafik sözlərə yemək adlarından arişta (əriştə),
xingal (xəngəl), lavaş, xaşıl (xəşil),
piti, hadik (hədik) və s.; əlamət
və keyfiyyət anlayışları bildirən sözlərdən
laq (lax), xarib (qərib), hınayı (xınayı rəng),
xart (qart), allam-qallam (həlləm-qəlləm) və s.;
musiqi alətləri və oyun havalarının adlarından:
zırna (zurna), tutak (tütək), tumbuq (dümbək), saz;
"Qaytaqi", "Qazağı", "Koçari",
"Karami" və s.; peşə-sənət, qohumluq
anlayışı bildirən sözlərdən: dudukçi,
nalbənd, qotanci (kotançı), tamurçi (dəmirçi),
komurçi, xanum, xadjı (hacı), baci, dada (dədə) və
s.; heyvan, quş, balıq adlarından: ceyran, porsiq (porsuq),
tavar (davar), yabu (yabı), dzazan (sazan), ğaz (qaz) və s.; əşya
adlarından qaranti (kərənti), çalma, kafkir (kəfkir),
tas (ləyən) və s. sözləri nümunə göstərmək
mümkündür.
Erməni dilində olan onomastik sözlərin də
böyük bir qismini türk soyadları təşkil edir. Erməni
tədqiqatçısı T.M.Avetisyanın iddiasına görə,
"Erməni soyadlarının yalnız 26,3 faizi orijinal erməni
dilində yaranmış, digərləri isə başqa dillərdən,
o cümlədən türk (Azərbaycan) dillərindən keçmişdir
(T.M.Avetisyan: "Erməni soyadları",Yerevan-1986, səh:
112-114, rusca). Əlbəttə, düz demir, bunların
sayı daha çoxdur. Elə təkcə Ə.Ələkbərli
və E.Qaraqoyunlunun "Türkmənşəli erməni
soyadları" əsərində türk (Azərbaycan) mənşəli
1001 erməni soyadının elmi şərhi verilib. Professor
A.Bayramov da özünün "Azərbaycan dilindən erməni
dilinə keçmiş
etnoqrafik və onomastik leksik vahidlər" adlı məqaləsində
göstərir ki, "Azərbaycan antroponomikasında
olduğu kimi, erməni onomastikasında işlənən
şəxs adları və soyadların əksəriyyəti
türkmənşəlidir". Alim erməni dilinə
keçmiş türk mənşəli onomastik vahidləri
belə qruplaşdırır: qədim türk-Azərbaycan
tayfa adları əsasında formalaşan və erməni dilində
işlənən soyadlar (məsələn: Xalacyan, Avdalyan,
Afşaryan, Tataryan və s); peşə, sənət bildirən
tayfa adları əsasında formalaşan və erməni dilində
işlənən soyadlar (məsələn:
Dolmaçıyan, Dulgəryan, Xarratyan, Dəlləkyan; şəxs
adları əsasında formalaşan və erməni dilində
işlənən soyadlar (məsələn: Abasyan, Adilyan,
Şaxmuradyan, Allaxverdiyan və s.) titul bildirən sözlər
əsasında formalaşan və erməni dilində işlənən
soyadlar (məsələn:
Ağayan, Paşayan, Atabekyan, Xanoyan, Bekzadyan və s.) ümumi
apelyativlər əsasında işlənən familiyalar (məsələn:
Altunyan, Cavanyan, İgityan, Çobanyan və s.); tərkibində
baba, ata, dədə, ana və s. qohumluq bildirən sözlər
əsasında formalaşan və erməni dilində işlənən
soyadlar (məsələn: Ulubabyan, Atayan, Ananyan, Babacanyan və
s.).
Erməni dillərinə keçmiş sözlərin
bir hissəsi də şəxs adlarıdır. Bunlar əsasən
mülki və hərbi titul (məsələn: Sardar, Beqlar,
Yuzbaşı Orduxan və s.); zoonim və fitonimlər (Ceyran,
Sona, Şahbaz, Güli, Qulnaz, Qonça, Maral və s.); qiymətli
daş-qaş adları (məsələn: qohar (gövhər),
zumrud, almas, sadaf (sədəf) və s.) və qohumluq
münasibətləri, arzu və istək mənalı
sözlər (məsələn: Arzu, Ayvaz, Arzuman, Badal, Murad və
s.) əsasında yaranıb erməni dilinə keçən
şəxs adlarıdır.
Onu da qeyd edək ki, təxmini hesablamalara görə,
Ermənistanın toponomik Fondunun da 30-35 faizi türk mənşəlidir.
Ermənilər nəinki sözlərimizi, eləcə
də atalar sözü və zərb-məsəllərimizi,
yaxud idiomatik ifadələrimizi də tərcümə etmədən
işlədirlər. Onlar bunu bilə-bilə edir, bu yolla Azərbaycan
türkcəsindən aldıqları sözlərlə erməni
dilini zənginləşdirir, onun poetik imkanlarını
artırır, yaradıcılıq işi zamanı
rastlaşdıqları boşluqları doldururdular.
Azərbaycan və türk dillərinin erməni dilinə
təsiri təkcə leksik alınmalardan ibarət deyil, erməni
dilinin fonetikası da bu dillərin güclü təsirinə
məruz qalıb. Türk, o cümlədən Azərbaycan
dilinin təsiri erməni dilinin morfoloji və sintaksis
quruluşunu belə dəyişdirib. Akademik Qraça
Açaryan deyirdi: "...türk (Azərbaycan) dilinin təsiri
altında erməni dilinin hətta qrammatik qanunauyğunluğu
və qaydaları da dəyişib" ("Yeni erməni ədəbiyyatı
tarixi", Vağarşabat, 1906, ermənicə).
Dillər arasında qarşılıqlı əlaqə
ta qədim zamanlardan bu günə qədər olmuş, olmaqdadır,
yəqin ki, gələcəkdə də olacaq. Əlbəttə,
qohum olmayan dillərdə türkmənşəli dil vahidlərinin
yer almasında coğrafi areal və qonşuluq prinsipləri
mühüm rol oynayır. Lakin qohum olmayan dillərin birindən
digərinə keçmiş sözlərin həddindən
artıq çox olmasını nə qonşuluq, nə
iqtisadi, nə də digər səbəblərlə əlaqəndirmək
mümkündür. F.Ağasıoğlunun da qeyd etdiyi kimi,
iki dilin birləşib qarışıq dilə çevrilməsi
mümkün deyil, ona görə də, burada ancaq həmin
dillərdən birinin üstünlüyü ilə yeniləşmiş
digər dildən söhbət gedə bilər. E.Əhmədova
özünün "Türk kökənli sözlərin
dünya dillərində təzahürü" adlı məqaləsində
məsələnin mahiyyətini belə izah edir: "Erməni
dilində türk sözlərinin kəmiyyət
çoxluğu onunla əlaqədardır ki, bu gün erməni
kimi tanıdığımız xalqın etnik tərkibinin əsasını
qıpçaq türklərindən olan ərmənlər təşkil
edir... və eramızın XIII-XVII yüzilliklərində
Qara dənizin şimal ərazilərində yaşayan
qıpçaq ərmənlərin dili məhz türk dili
idi" (SDU-nun "Elmi xəbərləri"-2020, ¹2, səh:
14-15).
Araşdırmaşı İ.Sadıq isə bu barədə
deyir ki, "...erməni dili" anlayışı XIX əsrdən
sonra yaranıb. Qrabar, aşxarabar və erməni sözlərinin
bir-birinə uyğunsuzluğu isə ondan irəli gəlir ki,
sonuncu bu gün özünü erməni adlandıranların
yox, qədim türk tayfası olan ərmənlərin
adıdır" ("Xalq cəbhəsi" qəzeti, 14
aprel 2012-ci il, səh:14).
Türk düşməni olan bu məxluqlar başa
düşmək istəmirlər ki, onların əsl adı
hay (Hayasa şəhər-vilayətinin adı ilə hay, yəni
Hayasa qulu) olub. Hayların Cənubi Qafqaza kütləvi
axını isə 1431-ci ildən - erməni kilsəsi
üçün indiki Eçmiədzin ərazisinin pulla
satın alımasından və 1441-ci ildə erməni dini
kafedrasının Kilikiyanın Sis şəhərindən bura
köçürülməsindən başlayır. Yerli, yəni
bizim din ayrı türk əsilli qardaşlarımızın
(alban-oğuz, xüsusən türk əsilli və türk
dilli xristan qıpçaqların-ərmənlərin)
haylaşdırilması da elə bu vaxtlardan başlayıb. Bu
proses XIX əsrin sonlarında başa
çatmışdır. Ona görə XX əsr ermənişünası
Q.Kapansyan deyirdi ki, "...haylaşma prosesi başa
çatdığı üçün biz artıq yunanca
formalaşmış yeni armen-oi, Armen-ia, həm də
mümkün qədər hay dili dominantı ilə armen
adı altında yeni etnik keyfiyyət düşünməliyik".
Lakin "mümkün qədər hay dili dominantı
ilə" dil yarada bilmədilər. Çünki Qafqazda daha
qədim, zəngin, gözəlliyi, emosional-poetik xüsusiyyətləri,
axıcılığı, söz sırasının poetik
durumu ilə könüllər oxşayan və əsas işlək dil (linqva franka)
olan Azərbaycan dili vardı. O Azərbaycan dili ki, vaxtilə
Y.Lermontov dostu Rayevskiyə bu dil barədə belə
yazmışdı: "Avropada fransız dilini bilmək nə
qədər vacibdirsə, Qafqazda, ümumən Asiyada Azərbaycan
dilini bilmək bir o qədər əhəmiyyətlidir".
"Erməni dili" adı ilə meydana çıxan dil də
Azərbaycan dilinə möhtac idi.
Bəzi erməni alimləri hələ
abırsızcasına soruşurlar ki, "Erməni dilinin
quruluşundakı dəyişiklik nədən törəyib?
Niyə erməni dili quruluşuna görə öz əhatəsində
olan - latıncaya, yunancaya, fransızcaya, ərəbcəyə,
aysoricəyə və hətta kürdcənin quruluşuna
uyğun ola-ola birdən-birə bunlardan uzaqlaşır,
türk dilinin strukturuna uyğunlaşır? Bu
oxşayış nədən irəli gəlir? Bu, bir təsadüfdürmi?
Erməni dilinin quruluşunun dəyişməsinə səbəb
nədir?" Bu gün onlar həm də təəccüb
edirlər ki, nə üçün qədim erməni-hay dili
olan qrabardan fərqli olaraq çağdaş - XIX əsr erməni-hay
dili olan aşxarabar bu qədər Azərbaycan-türk dilinə
yaxındır. Erməni ədəbi dilinin (aşxarabar) banisi
Xaçatur Abovyan da təəccübünü gizlətməyərək
yazırdı ki, "dünyada iki elə dil tapmaq
mümkün deyildir ki, onlar arasında qədim erməni (kilsə)
dili (qrabar) ilə yeni erməni (xalq) dili (aşxarabar)
arasındakı fərq qədər fərq olsun. Qədim erməni
dili ("qrabar") Avropa dillərinə oxşayır, yeni
erməni dili ("aşxarabar") isə türk (Azərbaycan)
dilinə oxşayır".
Təəccüblənməyə heç bir əsas
yoxdur. Səbəb çox sadədir. Səbəb odur ki, erməni
dilinin formalaşmasında türk dilləri xüsusi rol
oynayıb. Ən çox da ermənilərin xalq dili
sayılan aşxarabarın formalaşmasında. Yerli xaçpərəst
ərmən türklərinin (türk ərmənilərin), həm
də müsəlman türklərin dili yeni erməni dilinin
formalaşmasında həlledici olub. Türkoloq, professor
F.Ağasıoğlu da bunu təsdiq edərək yazır ki,
digər dillərə nisbətən türk dillərinin hay
dilinə təsiri daha qüvvətli olub, bu təsirin
altında hayların dili hətta hindavropa dilləri
üçün xarakterik olan bir sıra əlamətlərini
də itirib.
Yeni erməni dili türk dil sistemi və türk dili
leksikası əsasında formalaşıb. Buna görə də
başqa bir erməni yazıçısı Q.Ağayan
deyirdi: "Erməni dilinin qrammatikası türk (Azərbaycan)
dili ilə çox oxşardır. Erməni xalqı,
aşıqlar onu öyrənəndə, sonra hətta türk
(Azərbaycan) dilində danışanda çətinlik
çəkmədilər. Hətta indinin özündə bir
çox yazıçılar vardır ki, uzaqda olmalarına
baxmayaraq, türk (Azərbaycan) dilində əla
danışırlar....bu dil (Azərbaycan dili) ermənilər
üçün doğma kimidir... Məhz buna görə də
biz azərbaycanca oxuyuruq" (Q.Ağayan. "Əsərləri",
III cild, İrəvan-1940, səh. 331, ermənicə). Görünür, buna görə
fransız tarixçisi J.Ş.Deserbye qeyd edib ki, "Erməni
danışıq dili türk, tatar dilinin bir
dialektidir".
Bir sözlə, Azərbaycan dilinin erməni dilinə
təsiri gün kimi aydındır. "Qədim erməni
dili" öz varlığı üçün türk dillərinin,
xüsusən Azərbaycan dilinin qarçısında baş əyməlidir.
XX əsrin tanınmış ermənişünası
Q.A.Kapansyanın da yazdığı kimi, əgər "Erməni
dilindəki... başqa dillərdən alınma sözləri...
çıxsaq, erməni dilinin əsasını, özəyini
təşkil edən 5 minə qədər söz, 30-a qədər
sözdüzəldici və sözdəyişdirici şəkilçi
ya qalar, ya qalmaz".
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.- 6 mart(¹42).- S.12.