İnkişaf edən Azərbaycan-Şimali
Makedoniya münasibətləri
Azərbaycan Avropada yerləşən ölkələrlə
bərabərhüquqlu, qarşılıqlı maraqlara əsaslanan
əlaqələrə sahibdir. Bu əlaqələrin daha da
möhkəmlənməsində dövlət və hökumət
başçılarının, ayrı-ayrı rəsmi şəxslərin
qarşılıqlı səfərləri mühüm rol
oynayır. Azərbaycan hazırda beynəlxalq aləmdə
etibarlı tərəfdaşlığını daha da
möhkəmlətmək üçün ayr-ayrı dövlətlərlə
münasibətlərin dinamik inkişafına xüsusi əhəmiyyət
verir. Prezident cənab İlham Əliyevin təkcə son
vaxtlarda bir sıra ölkələrin rəsmi şəxslərini
respublikamıza səfərləri çərçivəsində
qəbul edərkən səsləndirilən fikirlər, eləcə
də dövlətimizin başçısına ünvanlanan
təbrik məktublarında, telefon zənglərində ifadə
olunan münasibətlər yuxarıda qeyd olunanları bir daha
təsdiqləyir. Bu, əslində, Prezident cənab İlham
Əliyevin haqq-ədalət uğrunda mübarizəsinin təntənəsi,
yürütdüyü müstəqil siyasətin məntiqi nəticəsi
kimi diqqət çəkir.
Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir
ki, bu gün aparıcı mövqeyə malik olan
dünyanın nüfuzlu dövlətlərinin, eləcə də
beynəlxalq və regional təşkilatların bir çoxu
beynəlxalq münasibətlər sistemində
respublikamızın tərəfdaşı kimi
çıxış edir. Həmin qurumlar sırasında
dünyanın siyasi və iqtisadi həyatında, habelə
beynəlxalq münasibətlər sistemində xüsusi diqqət
çəkən Şimali Makedoniya da mühüm yer tutur.
Respublikamız ilə Şimali Makedoniya arasında
diplomatik əlaqələr 1995-ci ilin iyununda qurulub. Azərbaycan
digər Balkan dövlətləri kimi Şimali Makedoniya ilə
münasibətlərin inkişafına ciddi önəm verir.
Eyni zamanda ölkələrimiz arasında əməkdaşlıq
siyasi, iqtisadi və humanitar sahələrdə uğurla
inkişaf edir. Azərbaycan – Şimali Makedoniya parlamentlərarası
əlaqələr üzrə işçi qrupu fəaliyyət
göstərir ki, bu da əməkdaşlığın dərinləşməsi
üçün olduqca səmərəlidir.
Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, ikitərəfli
münasibətlərin inkişafı üçün fəal
iş aparılır və ölkələrimiz arasında
siyasi dialoq dinamik xarakter alır. Xanım Prezidentin ölkəmizə
ikinci səfəri bunun parlaq ifadəsidir. Bununla paralel olaraq dövlətimizin
başçısının vurğuladığı kimi,
siyasi əlaqələrin inkişafı üçün əlavə
tədbirlər görülməli, müvafiq dövlət
qurumları isə təbii olaraq sıx təmasda
olmalıdırlar. Xalqlarımızın humanitar sahədə
əməkdaşlığına da böyük ehtiyac var.
Ölkəmizin rəhbəri ali qonağın XII Qlobal
Bakı Forumunda iştirak edəcəyini də yüksək
qiymətləndirib.
Azərbaycan lideri vacib bir məqama toxunaraq qeyd etdi ki,
iki ölkə energetika sahəsində əməkdaşlığa
başlayıb. Keçən ilin sonlarından etibarən Azərbaycan
qazı artıq Şimali Makedoniyanın bazarına
çatdırılıb. Bu il artıq müntəzəm
olaraq Azərbaycan Şimali Makedoniya bazarını təbii
qazla təmin edəcək və gələcəkdə
ölkəmiz lazım olan həcmdə qaz təchizatını
artıra bilər. Azərbaycan artıq 12 ölkəyə təbii
qaz ixrac edir və bunların 10-u Avropa ölkəsidir.
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana
Silyanovska-Davkovanın Azərbaycana səfəri mühüm məqamlarla
yadda qaldı. Bu səfər bir daha təsdiq etdi ki, Azərbaycan
həm iqtisadi imkanlarına, həm də beynəlxalq düzəndə
yürütdüyü siyasətə görə etibarlı
ölkədir. Bu etimadı dövlətimiz Prezident cənab
İlham Əliyevin bütün məsələlərdə
beynəlxalq hüquqa və sülhə yönəlik dəyişməz
siyasəti ilə qazanıb.
Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli
münasibətlərin inkişafı son illər ərzində
xeyli sürətlənib. Əməkdaşlıqda siyasi dialoq
dinamik xarakter alıb, siyasi əlaqələrin inkişafı
üçün əlavə tədbirlər
görülüb. Eyni zamanda, iqtisadi sektorda, sərmayə
qoyuluşu sahəsində imkanlar araşdırılaraq
müvafiq qərarlar qəbul edilib. Əlamətdar haldır
ki, iki ölkə tərəfindən energetika sahəsində
səmərəli əməkdaşlığa
başlanılıb.
Azərbaycan qazı artıq Şimali Makedoniyanın
bazarına çatdırılıb. Gələcəkdə
respublikamızın dost ölkəyə lazım olan həcmdə
qaz təchizatını artırması nəzərdə
tutulub.
Prezident Qordana Silyanovska-Davkovanın qeyd etdiyi kimi, Azərbaycan
həm geosiyasi səhnədə səmərəli fəaliyyəti
ilə seçilərək diqqət çəkir, həm də
Şimali Makedoniya kimi kiçik ölkələrin ehtiyac
duyduğu təbii qaz, bərpaolunan enerji baxımından son dərəcə
maraqlı tərəfdaşa çevrilir.
Bütün bunlar isə deməyə əsas verir ki,
Azərbaycan dünən olduğu kimi, bu gün də beynəlxalq
aləmdə etibarlı tərəfdaşlığını
daha da möhkəmlətmək üçün
ayrı-ayrı dövlətlərlə münasibətlərin
dinamik inkişafına xüsusi əhəmiyyət verir.
Prezident cənab İlham Əliyevin təkcə son vaxtlarda bir
sıra ölkələrin rəsmi şəxslərini
respublikamıza səfərləri çərçivəsində
qəbul edərkən səsləndirilən fikirlər, eləcə
də dövlətimizin başçısına ünvanlanan
təbrik məktublarında, telefon zənglərində ifadə
olunan münasibətlər yuxarıda qeyd olunanları bir daha
təsdiqləyir.
Bu, əslində, dövlətimizin
başçısının haqq-ədalət uğrunda
mübarizəsinin təntənəsi, yürütdüyü
müstəqil siyasətin məntiqi sonluğu kimi diqqət
çəkir.
Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir
ki, bu gün aparıcı mövqeyə malik olan
dünyanın nüfuzlu dövlətlərinin, eləcə də
beynəlxalq və regional təşkilatların bir çoxu
beynəlxalq münasibətlər sistemində
respublikamızın tərəfdaşı kimi
çıxış edir.
Cavid ABASZADƏ
525-ci qəzet .- 2025.- 13 mart(№47).- S.7.