Milli Kitabxana Mikayıl
Rzaquluzadəni yad edir
Milli Kitabxanada yazıçı, şair, tərcüməçi,
pedaqoq, uşaq ədəbiyyatımızın görkəmli
müəlliflərindən biri Mikayıl Rzaquluzadənin
(1905–1984) anadan olmasının 120 illiyi münasibətilə sərgi
açılıb.
Kitabxanadan bildirilib ki, “Mikayıl Rzaquluzadə – 120”
adlı sərgidə yazıçının əsərləri,
dünya ədəbiyyatından tərcümələri, tərtibçi,
ön söz müəllifi, redaktoru olduğu kitablar, həyat
yolu, fəaliyyəti və yaradıcılığını
əks etdirən Azərbaycan və rus dillərdə ədəbiyyatlar
nümayiş olunur.
Mikayıl Rzaquluzadə ədəbi fəaliyyətə
1923-cü ildə "Abdulla Şaiq" kitabçasında
çıxan "Müəllim" şeiri ilə
başlayıb. İlk məqaləsi isə 1926-cı ildə
“Maarif işçisi” jurnalında “Çocuq ədəbiyyatında
üsul məsələsi” adı ilə dərc olunub.
Müxtəlif mövzularda yazıb-yaratsa da, 1945-ci ildən
başlayaraq bütün kitablarını uşaq və gənclər
üçün nəzərdə tutub. Onun “Qaranquş
yuvası” (1945), “Ağ dana” (1945), “El gücü” (1948), “Qu
gölü” (1955) və s. kitabları uşaq və gənclərin
sevərək mütaliə etdiyi əsərlərdir.
Mikayıl Rzaquluzadə təkcə gözəl şair, nasir,
publisist deyil, həm də dünyanın müxtəlif
ölkələrində yaşayan yazıçıların əsərlərini
dilimizə çevirən bir söz ustadı kimi şöhrət
qazanıb.
525-ci qəzet .- 2025.- 14 mart(¹48).- S.15.