“Nəsildən-nəslə
teatr” layihəsinin növbəti qonağı Nicat Kazımov
olub
Mədəniyyət Nazirliyinin Mədəniyyət
üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin
“Nəsildən-nəslə teatr” layihəsi uğurla davam
edir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan
Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə
teatrın kiçik səhnəsində layihə çərçivəsində
keçirilmiş tematik seminarın “Teatr pedaqogikası: istedad
yoxsa elm?..” adlı paneli keçirilib. Panelin qonağı Azərbaycan
Respublikasının Əməkdar artisti, rejissor, aktyor Nicat
Kazımov olub.
Seminarı Mərkəzin direktoru vəzifəsini icra
edən Vüqar Hümbətov açaraq layihənin nəsillər
arasında fikir və təcrübə platforması yaratmaqla
Azərbaycanda teatr prosesinin inkişafına töhfə vermək,
gənclərlə mütəxəssislər arasında sənət
müzakirələrinin təşkili, bu sahəyə diqqətin
artırılması, gənclərin iştirakı ilə
aktiv yaradıcı mühitin formalaşdırılması məqsədini
daşıdığını bildirib.
Nicat Kazımov teatr pedaqogikasının nəzəri-praktiki
əsasları, teatr təhsilində ənənə və
müasirlik, müxtəliflik, yeni yaradıcı tendensiyalar
kimi mövzulardan söhbət açaraq auditoriya ilə fikir
mübadiləsi aparıb.
Mərkəzin əməkdaşı, teatrşünas
Dağlar Yusifin moderatorluğu ilə keçirilən
seminarın sonunda auditoriyanı maraqlandıran suallar
cavablandırılıb.
525-ci qəzet .- 2025.- 2 may(¹75).- S.9.