Gəncə Dövlət Universitetində Qəşəm
Nəcəfzadə ilə görüş keçirilib
Gəncə Dövlət
Universitetinin beşinci tədris korpusunda Əməkdar mədəniyyət
işçisi, “Azərbaycan” Yazıçılar Birliyinin
İdarə Heyətinin üzvü, Uşaq ədəbiyyatı
şöbəsinin rəhbəri, şair Qəşəm Nəcəfzadə
ilə müəllim və tələbələrin
görüşü keçirilib. Tədbirdə əvvəlcə
şairin həyat və fəaliyyətini əks etdirən sənədli
film nümayiş etdirilib.
Tədbirdə
Universitetin Humanitar məsələlər üzrə prorektoru
Gülsüm Fətəliyeva çıxış edərək
qonaqları salamlayıb, şair Qəşəm Nəcəfzadənin
ədəbiyyata verdiyi töhfələrdən
danışıb, onun əsərlərinin Azərbaycan ədəbiyyatında
xüsusi yer tutduğunu vurğulayıb. Prorektor qeyd edib ki,
tanınmış şair Qəşəm
Nəcəfzadə Gəncə Dövlət Universitetinin
filologiya fakültəsini bitirib. Şair elə tələbəlik,
gənclik illərində də gözəl şerlərini
yazıb.
Millət vəkili,
Elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə
çıxışında Qəşəm Nəcəfzadənin
yaradıcılığından danışarkən onun
oxucuya özünü müəllif kimi hiss etdirməyi
bacarmasından, Azərbaycan poeziyasında özünəməxsus
yerə malik olmasından, eləcə də əsərlərindəki
səmimiyyətin insan qəlbinə yol tapmasından bəhs
edib.
Şairin qələm
dostları da çıxış edərək onun Azərbaycan
ədəbiyyatının poetik nəfəsi ilə seçilən
ən parlaq nümayəndələrindən biri, son dərəcə
təbii və özünəməxsus təbiətli, cəmiyyətə,
ümumbəşəri dəyərlərə nüfuz edən
istedadlı şair olduğunu diqqətə
çatdırıblar. Ona həyatında və gələcək
yaradıcılığında uğurlar arzuladılar.
Tədbirdə Qəşəm
Nəcəfzadə bu görüşün keçirilməsi
üçün Gəncə Dövlət Universitetinin rəhbərliyinə
minnətdarlığını bildirib. Oxucularına təşəkkür
edərək, onların dəstəyi və marağı sayəsində
yaradıcılığını daha da inkişaf etdirdiyini
bildirib.
Sonda tələbələr
Qəşəm Nəcəfzadənin şeirlərini səsləndirdilər,
eləcə də şairə suallar ünvanladılar.
Sualları cavablandıran Qəşəm Nəcəfzadə
tələbələrə yeni çapdan çıxan
“Unutmaq haqqında sevgi dərsləri” və “ Bir gözəl
qadın ölür” adlı kitablarını hədiyyə
etdi.
525-ci qəzet .- 2025- 23 may(¹89).- S.12.