Adil Kərimli
gürcüstanlı həmkarı ilə
görüşdü
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli
Gürcüstanın mədəniyyət naziri xanım Tinatin
Ruxadze ilə görüşüb.
Nazirlikdən Publika.az-a verilən məlumata görə,
görüşdə Adil Kərimli Azərbaycan ilə
Gürcüstan arasında münasibətlərin yüksək
səviyyədə olduğunu deyib.
Bildirib ki, dövlət və hökumət
başçılarının mütəmadi xarakter alan
qarşılıqlı səfərləri, imzalanan sənədlər,
eləcə də iki ölkənin birgə həyata
keçirdiyi önəmli layihələr
xalqlarımızı daha da yaxınlaşdırır. Ölkələrimiz
arasında mədəniyyət sahəsi üzrə də əlaqələr
dinamik şəkildə inkişaf edir. Mədəni əməkdaşlıqda
yeni səhifələrin açılması üçün
münbit şərait mövcuddur.
Qeyd olunub ki, Azərbaycan tərəfi
Gürcüstanla yaradıcı sənayelər, muzey, kitabxana,
film istehsalı və digər sahələrdə daha intensiv əməkdaşlıqda
maraqlıdır.
Xanım Tinatin Ruxadze Azərbaycanla mədəni əməkdaşlığa
önəm verdiklərini deyib. Gürcü nazir beynəlxalq mədəniyyət
layihələrində birgə iştirak və yaradıcı
kollektivlərin qarşılıqlı qastrol səfərlərinin
bu sahədə əlaqələrin inkişafına töhfə
verəcəyindən əminliyini bildirib.
Söhbət zamanı qarşılıqlı maraq
doğuran digər məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
525-ci qəzet .- 2025.- 27 may(№91).- S.9.