Mədəniyyət
naziri Adil Kərimli Xızı şəhərində vətəndaşları
qəbul edib
Azərbaycan Respublikasının mədəniyyət
naziri Adil Kərimli oktyabrın 31-də Xızı şəhərində
vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir və Xızı Rayon
İcra Hakimiyyətinin başçısı Xəzər
Aslanov Ümummilli Lider Heydər Əliyevin Xızı şəhərində
ucaldılmış abidəsi önünə çiçək
dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.
Xızı rayon Heydər Əliyev Mərkəzində
keçirilən qəbulda nazir Sumqayıt şəhəri,
Xızı, Abşeron, Qubadlı və Zəngilan
rayonlarından olan vətəndaşların müraciətlərini
dinləyib.
Vətəndaşlar, əsasən, iş yerinin dəyişdirilməsi,
mədəniyyət sahəsi ilə bağlı layihə və
təşəbbüslər, məşğulluq və digər
məsələlərlə bağlı müraciətlərini
diqqətə çatdırıblar.
Mədəniyyət naziri vətəndaşların
xahiş və təkliflərini dinləyərək
vurğulanan hər bir məsələnin operativ
araşdırılması, qanunvericiliyə uyğun həlli
ilə bağlı addımlar atılacağını qeyd
edib.
Qəbulda iştirak edən şəhid ailələri
və qazilər tərəfindən qaldırılan məsələlərə
xüsusi diqqətlə yanaşılması və obyektiv
baxılması ilə bağlı tapşırıqlar
verilib.
525-ci qəzet .- 2025.- 1 noyabr(№200).- S.13.