Gənclər Kitabxanasında “Dahi bəstəkar
Üzeyir Hacıbəyli 140” adlı elektron baza
yaradılıb
Respublika Gənclər Kitabxanasında “Dahi bəstəkar
Üzeyir Hacıbəyli 140” adlı elektron baza
yaradılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron bazada bəstəkarın
həyat və fəaliyyəti haqqında məlumat, bir
sıra görkəmli şəxslərin onun haqqında
söylədiyi dəyərli fikirlər, rəsmi sənədlərin
tam mətni yer alıb.
Həmçinin dahi bəstəkarın layiq
görüldüyü orden, mükafat və fəxri adlarla
yanaşı, müəllifi olduğu operaların, musiqili
komediyaların, romansların, vokal əsərlərin və
mahnıların siyahısı təqdim edilib. Bazada “Üzeyir
Hacıbəylinin Azərbaycanda musiqi təhsilinin
inkişafında rolu”, “Bir millətin ruhunu nota
danışdıran adam”, “Sənətkar ömrü” kimi məqalələrin
tam mətni ilə yanaşı, müəllifi olduğu,
redaktə etdiyi, “Ön söz” yazdığı və onun
haqqında qələmə alınan Azərbaycan, türk,
ingilis, fransız və rus dillərində nəşr edilən
kitab və məqalələrin siyahısı da
nümayiş olunub.
Kitabxana əməkdaşlarının
hazırladığı elektron bazada “Dissertasiya və
avtoreferatlar”, “İzomateriallar”, “Tələbələr”, “Xatirəsinin
əbədiləşdirilməsi”, “Elektron resurslar”, “Səsyazmalar”,
“Audio materiallar”, “Filmoqrafiya”, “Foto və video qalereya” kimi
bölmələr də sərgilənib.
Elektron baza ilə kitabxananın rəsmi saytından
tanış olmaq mümkündür.
525-ci qəzet .- 2025.- 4 noyabr (¹201).- S.10.