Milli Kitabxanada
“Professor Elməddin Əlibəyzadə - 100” adlı sərgi
açılıb
Milli Kitabxanada görkəmli türkoloq-alim,
dilçi, ədəbiyyatşünas, professor Elməddin
Əlibəyzadənin 100 illiyi münasibətilə ənənəvi
kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin həyat
yolu və elmi yaradıcılığı haqqında ədəbiyyatlar
nümayiş olunub.
Həmçinin alimin Azərbaycan-Şumer mədəniyyəti,
Şumer-Babil mədəniyyəti, Azərbaycan yazı mədəniyyətinin
yaranması və inkişafı, Yenisey abidələri, dünya
dinlərinin mənşəyi və təsir dairələri,
ilk dini ədəbi abidə olan “Avesta”, “Bilqamıs” və “Dədə
Qorqud” dastanları və digər məsələləri əhatə
edən tədqiqat əsərləri yer alıb.
Elməddin Əlibəyzadə İslamaqədərki
Azərbaycan mədəniyyəti (şumer mədəniyyəti),
Azərbaycan-Şumer mədəniyyətinin ümumi mənşəyi
problemi, dünya və əsasən Azərbaycan yazı mədəniyyətinin
yaranması və inkişafı, Yenisey abidələrinin tərtibi
prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycan-türk
bədii təfəkkürünün xüsusiyyətləri,
dünya dinlərinin mənşəyi və təsir dairələri,
ilk dini-ədəbi abidə olan “Avesta”, onun tarixi kökləri
məsələlərinin tədqiqi ilə ömrünün
sonunadək məşğul olub.
Alim 300-dən çox elmi əsər, çoxlu sayda
qiymətli elmi, tarixi, nəzəri kitablar yazıb.
525-ci qəzet .- 2025.- 5 noyabr (¹202).-S.11.