Gənclər
Kitabxanasının Zəfər Günü ilə əlaqədar
sərgi və təqdimatları
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanası Azərbaycanın müstəqilliyinin,
gücünün və qüdrətinin rəmzi, milli
qürur və şərəf tariximiz olan Zəfər
Günü ilə əlaqədar “Zəfər tariximiz
haqqında ədəbiyyatın kitabxanalarda təbliği”
adlı metodik vəsait, “Zəfər əbədidir!” adlı
virtual kitab sərgisi, “Şuşa Zəfəri əbədi
qürur mənbəyimizdir!” adlı biblioqrafik icmal və “8
Noyabr – Zəfər Günü” adlı ənənəvi kitab
sərgisini oxuculara təqdim edib.
Kitabxanadan bildirilib ki, "Zəfər tariximiz
haqqında ədəbiyyatın kitabxanalarda təbliği"
adlı metodik vəsait oxuculara Vətən müharibəsində
qazanılmış tarixi Qələbənin mahiyyətini daha
dərindən anlatmaq, bu mövzuda yazılmış ədəbi,
publisistik və elmi materialların kitabxana mühitində daha
səmərəli şəkildə təqdim olunmasını
təmin etmək məqsədilə hazırlanıb.
Kitabxananın saytında yerləşdirilən vəsaitdə
bir sıra rəsmi sənədlərin tam mətni, Ali Baş
Komandan İlham Əliyevin Vətən müharibəsi dönəmində
xalqa olan müraciətləri, işğaldan azad olunmuş
şəhər, qəsəbə və kəndlərimizin
siyahısı, müharibə
iştirakçılarının təltif edildiyi orden və
medallar, Vətən müharibəsi memorial kompleksi, Zəfər
Muzeyi, Zəfər tağı, Hərbi Qənimətlər
parkı haqqında məlumat, kitabxanalarda şanlı Zəfər
tarixinə həsr edilən tədbirlərin keçirilməsinə
dair tövsiyələr təqdim edilir.
“Şuşa zəfəri əbədi qürur mənbəyimizdir!”
adlı biblioqrafik icmalda Azərbaycan Respublikasının
işğaldan azad edilmiş əraziləri üzrə şəhər
günlərinin təsis edilməsi haqqında və
Şuşa şəhəri ilə bağlı Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarının
tam mətni yer alır. Materialda “Şuşa mədəniyyət
paytaxtı”, “Dünyanı heyrətləndirən Şuşa
döyüşü”, “Əziz Şuşa, sən azadsan!” kimi
bölmələrlə yanaşı, Azərbaycan, türk,
ingilis və rus dillərində nəşr edilən 20-dən
çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası
və 5 il müddətində dövrü mətbuatda dərc
edilən məqalələrin siyahısı təqdim edilir.
İstifadəçilər rəsmi saytın müvafiq
keçidi https://www.ryl.az/funds/biblioqrafik-icmal vasitəsilə
biblioqrafik icmaldan yararlana bilərlər.
“Zəfər əbədidir!” adlı virtual kitab sərgisində
rəsmi sənədlərlə yanaşı “Qarabağ Zəfəri.
44 günün pərdəarxası”, “Zəfər yolu”, “Azərbaycan
tarixinin Zəfər salnaməsi”, “Zəfəri qanınla
yazdın qəhrəman”, “Sən azadsan”, “Yeni Qarabağnamə”,
“Zəfər dastanı” kimi 30-a qədər kitabın və
“Şuşa-Zəfər yürüşünün zirvəsi”,
“Şuşa, sən əbədi bizimsən!”, “Böyük Zəfərin
44 anı” kimi məqalələrin də tam mətni təqdim
edilir. Material kitabxananın saytında yerləşdirilib.
“8 Noyabr – Zəfər Günü” adlı ənənəvi
kitab sərgisində kitabxananın fondundan 50-yə yaxın nəşr
sərgilənir.