Gənclər kitabxanasında Milli Dirçəliş
Gününə töhfələr
Milli Dirçəliş Günü
ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika
Gənclər Kitabxanasında “Milli Dirçəlişdən
müstəqilliyə” adlı daycest hazırlanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə
kitabxanadan məlumat verilib.
Məlumata əsasən, materialın
hazırlanmasında əsas məqsəd xalqımızın
tarixi yaddaşına əbədi həkk olunan Milli Dirçəliş
Günü ilə əlaqədar materialları yeniyetmə və
gənclərin diqqətinə çatdırmaqdan ibarətdir.
Kitabxana əməkdaşları tərəfindən
hazırlanan daycestdə görkəmli şəxslərin dəyərli
fikirləri, bu günün şanlı tarixi ilə
bağlı “Ən böyük nailiyyətimiz əbədi
dirçəlişimiz, müstəqilliyimizdir” adlı məqalənin
tam mətni yer alır. Daycestə 2015-2025-ci illərdə
dövrü mətbuatda dərc edilən məqalələrin
biblioqrafik təsviri, qısa məzmunu və linkləri də
istifadəçilərə təqdim olunur.
“Milli Dirçəlişdən müstəqilliyə”
adlı daycest kitabxananın rəsmi saytında yerləşdirilib.Bundan
əlavə, kitabxanada 40-a yaxın kitab və dövrü mətbuat
nümunələrini cəmləyən “17 Noyabr – Milli
Dirçəliş Günü” adlı kitab sərgisi də
açılıb.
525-ci qəzet .- 2025.- 18 noyabr (¹209).- S.9.