Professor İbrahim
Yıldırımın xatirəsi anıldı
Noyabrın 20-də Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı
ilə “Yeni Klinika”da dünya şöhrətli cərrah, dəyərli
alim, milli məfkurəli ziyalı,
əslən Qazax rayonundan olan İstanbul Universitetinin
sabiq professoru İbrahim Yıldırımın əziz və
işıqlı xatirəsinə həsr olunmuş anım tədbiri
keçirilib.
Anım tədbirində Milli Məclisin Səhiyyə
Komitəsinin sədri Əhliman Əmiraslanov, TƏBİB-in
İcraçı direktoru Vüqar Qurbanov, AMEA, Riyaziyyat və
Mexanika İnstitutunun direktoru Misir Mərdanov,
İstanbuldakı Fulya Kardiologiya və Ürək-Damar Cərrahiyyə
Akademiyasının baş həkimi, professor Bingür
Sönmez, Azərbaycan Tibb
Universitetinin Patoloji fiziologiya kafedrasının müdiri,
professor Sabir Əliyev, Bakı Avrasiya Universitetinin professoru
Ədalət Tahirzadə, “Ədəbiyyat qəzeti”nin baş
redaktoru Azər Turan, Kastamonu Universitetinin sabiq rektoru Seyit
Aydın, Azərbaycan Tibb Universitetinin professoru Vaqif Qələndər,
Qarabağ Universitetinin Klinikasının baş direktoru Samir
Babayev, Mərkəzi Klinikanın baş həkimi, professor Kamran
Musayev İbrahim Yıldırımın keçdiyi şərəfli
və mənalı həyat yolundan, bir sıra xarici ölkələrdəki
çoxşaxəli elmi-ictimai fəaliyyətindən söhbət
açaraq, onun müdriklik, yüksək ziyalılıq
keyfiyyətlərini vurğuladılar. Peşəkar cərrah,
tələbkar elm təşkilatçısı olaraq, zəngin
mənəviyyatı, geniş dünyagörüşü ilə
ad-san qazanan İbrahim Yıldırımın
respublikamızın elmi-mədəni həyatında
yaxından iştirak etdiyini qeyd edərək, onun elmi, ictimai fəaliyyəti
ilə bağlı xatirələrini bölüşdülər.
Azərbaycanın tarixi, ədəbiyyatı, folkloru, tarixi
şəxsiyyətləri ilə bağlı İbrahim
Yıldırımın araşdırmalarının, müəllifi
olduğu kitabların əhəmiyyətindən
danışdılar.
Çıxışlarda professor İbrahim
Yıldırımın ötən əsrin sonlarında Bakıya gəlişi ilə Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan
Tibb Universiteti ilə sıx qarşılıqlı faydalı
əməkdaşlıq etməsi,
Azərbaycandan müxtəlif ixtisaslar üzrə tələbələr
seçərək, onların Türkiyədə müvafiq
fakültələrdə təhsillərini davam etdirmələri,
təqaüd almaları, yataqxanada yerləşmələrinin
təmin olunmaları, həmin tələbələrin
hazırda xalqımıza xidmət etmələri haqqında
geniş söhbət açılıb. Professor İbrahim bəyin
şəfalı əlləri ilə 1-ci Qarabağ
savaşında yaralanmış əsgərlərimizin üzərində
yüzlərcə estetik cərrahiyyə əməliyyatı
apararaq, onlara şəfa bəxş etməsi, Ümummilli
liderimiz Heydər Əliyevin şəfalı əllərini Azərbaycandan
əsirgəməyin türk həkimlərininin tərkibində
professor İbrahim Yıldırımı da qəbul edərək,
onlara minnətdarlığını bildirməsi xüsusilə
vurğulanıb.
Anım tədbirinin sonunda professor İbrahim
Yıldırımın həyat yoldaşı - Molla Vəli
Vidadinin və Molla Pənah Vaqifin nəticəsi olan Semra
Füqen Orkun Yıldırım tədbirin təşkilatçılarına
və iştirakçılarına öz minnətdarlığını
bildirib. 60 illik ömür gün yoldaşı ilə
bağlı xatirələrini bölüşərək,
bildirib ki, İbrahim Yıldırım görkəmli alim
olmaqla yanaşı, gözəl insan, əsl dost, sevən və
sevilən ailə başçısı idi. Semra Füqen
Orkun Yıldırım
ömür-gün yoldaşı İbrahim
Yıldırımın ömrünün qürub çağlarında
onu tək qoymayan azərbaycanlı dostlarının,
xüsusilə Əməkdar həkim, istefada olan polkovnik Bəhruz
Səfərəliyevin qayğısını dəyərləndirərək,
minnətdarlığını bildirib.
Anım tədbirində İbrahim
Yıldırımın ömür yolundan dəhs edən
video çarxlar nümayiş olunub.
Hikmət Xudiyev (Cəmilzadə)
525-ci qəzet .- 2025.- 21 noyabr (¹212).- S.9.