“Küllərindən dirçəldilən şəhərin
bayramı”
Gənclər Kitabxanası Ağdama həsr edilmiş
məlumat bülleteni təqdim edib
Prezident İlham Əliyevin
2023-cü il iyulun 31-də imzaladığı Sərəncama
əsasən, Ağdam şəhərinin işğaldan azad
edildiyi noyabrın 20-si Ağdam Şəhəri Günü
kimi qeyd olunur. Bu tarixi gün münasibətilə Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
“Küllərindən dirçəldilən şəhərin
bayramı” adlı məlumat bülleteni hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan materialda
bir sıra rəsmi sənədlərin tam mətni təqdim
edilir. Məlumat bülletenində Ağdam rayonunun qədim
tarixi, gözəl təbiəti, tarixi memarlıq abidələri,
müharibə dövründə maddi-mənəvi irsinin, təbii
sərvətlərinin məhv edilməsi haqqında məlumat
verilir. Materialda professor Habil Qurbanovun “Ağdamın Zəfər
bayramı” və Əməkdar jurnalist Bəxtiyar Sadıqovun
“Xarabalıqlardan dirçəldilən Ağdam” adlı məqalələrinin
tam mətni, Ağdam ərazisində aparılan bərpa-quruculuq
işləri, rayonun iqtisadi, mədəni, sosial dirçəlişi,
yeni infrastrukturun qurulması, yaşayış məhəllələrinin
salınması, sənaye parkları, aqroparkların
yaradılması haqqında məlumat təqdim edilir. Məlumat
bülletenində “Heydər Əliyevin Ağdamın dinamik
inkişaf konsepsiyası”, “Vətənin cəsur
döyüşçüləri”, “Əsrə bərabər
20 il”, “Xoş gördük, Qarabağ, salam qələbə!”
kimi 30-dan çox kitabın biblioqrafik təsviri, qısa
annotasiyası və 2008-2025-ci illərdə dövri mətbuatda
dərc edilən məqalələrin siyahısı yer
alır.
20 Noyabr – Ağdam Şəhəri Günü ilə əlaqədar
hazırlanan məlumat bülleteni kitabxananın rəsmi saytda
yerləşdirilib.
525-ci qəzet .- 2025.- 21 noyabr (¹212).- S.9.