Milli Kitabxanada Cavanşir Quliyevin
anadan olmasının 75 illiyi münasibətilə sərgi
açılıb
Milli Kitabxanada milli musiqimizdə mahnı
janrının inkişafında dərin iz qoymuş görkəmli
bəstəkar, Əməkdar incəsənət xadimi
Cavanşir Quliyevin anadan olmasının 75 illiyi münasibətilə
“Əməkdar incəsənət xadimi Cavanşir Quliyev – 75”
adlı ənənəvi kitab sərgisi istifadəçilərə
təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə bəstəkar
Cavanşir Quliyevin musiqi əsərləri, tərtibçi və
redaktor olduğu, rəy verdiyi musiqi və incəsənət
məktəbləri üçün dərsliklər,
monoqrafiyalar, həyat və yaradıcılığı
haqqında ədəbiyyatlar, əsərlərinin əsasında
aparılmış elmi tədqiqatlar və s. dövri mətbuat
materialları nümayiş olunur.
Cavanşir Quliyev müasir Azərbaycanın ilk hərbi
marşının müəllifidir. O, Azərbaycanın
müstəqilliyini, azadlıq və hərbi ruhunu ifadə edən
sözlərə zövqlü musiqilər bəstələyib.
Bəstəkar Cavanşir Quliyev iki operettanın,
dörd simfoniyanın, 1000-ə yaxın mahnının,
müxtəlif həcmdə kamera-instrumental və xor musiqisinin
müəllifidir. 300-ə yaxın teatr və televiziya
tamaşalarına, 8 bədii və 25 sənədli filmə
musiqilər yazıb.
525-ci qəzet .- 2025.- 22 noyabr (№ 213). - S.13.