Tatar şairinin
kitabı Bakıda işıq üzü görüb
Tatarıstanın tanınmış şairi, publisisti
və filoloq-alimi Lenar Şeyxin “İsti ürək, buzlu yol…”
adlı yeni poetik toplusu Bakıda çap olunub.
Kitab Dünya Gənc Türk Yazarlar Birliyi (DGTYB) ilə
“Regional Hüquqi və İqtisadi Maarifləndirmə”
İctimai Birliyinin (RHİMİB) birgə layihəsi əsasında
nəşr olunub.
Bu nəşr Lenar Şeyxin Azərbaycanda
çıxan ilk kitabıdır və çağdaş tatar
poeziyasının ruhunu, lirizmini, milli yaddaşını
oxuculara təqdim edir.
Bu barədə MANERA.AZ-a kitabın layihə rəhbəri,
redaktoru və “Ön söz” müəllifi Əkbər
Qoşalı məlumat verib.
Bildirib ki, kitabda sevgi, gənclik duyğuları, vətəndaş
səsi, həmçinin Türk dünyasının ortaq
ağrıları və ümidləri poetik dillə ifadə
olunur.
Layihənin məsləhətçiləri İsmət
Orucəliyev və Arzu Bağırova, rəyçisi
İntiqam Yaşar, koordinatoru Nilufər Lətif Abbasdır.
Şeirləri dilimizə tatarca və ruscadan Afaq
Şıxlı və Əhməd Şəfəqli
uyğunlaşdırıb, illüstrasiyaları isə tatar rəssamı
Rüstəm Həbibullin çəkib.
Topludakı şeirlər içində “Dan
qızına”, “Bir isti söz…”, “Oyan, tatar!..”, “Ey Krım!”, “Təkər”,
“Göy yasəmən”, “Qara yorğa at verin…”, “Payız” kimi
örnəklər özəlliklə diqqət çəkir.
Kitab həm gənclik romantizmini, həm milli özünüdərk
çağırışlarını, həm də insan
ruhunun incəliklərini poetik şəkildə birləşdirir.
Nəşr həm Azərbaycan–Tatarıstan ədəbi
bağlarına, həm də ümumtürk mədəni
inteqrasiyasına daha bir uğurlu töhfədir.
525-ci qəzet .- 2025.- 22 noyabr (¹ 213). - S.13.