UNEC ilə
Malaziyanın INTI Beynəlxalq Universiteti arasında əməkdaşlıq
memorandumu imzalanıb
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
rektoru, professor Ədalət Muradovun rəhbərlik etdiyi
nümayəndə heyəti Malayziyada işgüzar səfərdədir.
525.az xəbər verir ki, səfərin ilk
günündə UNEC nümayəndə heyəti
Malayziyanın aparıcı ali təhsil müəssisələrindən
biri olan INTI Beynəlxalq Universitetində olub.
INTI Beynəlxalq Universitetinin direktoru AP TS Dr. Choo Won Onn
ilə görüşdə UNEC nümayəndələrinə
universitetin fəaliyyəti, idarəetmə modeli, təhsil
strategiyası, texnoloji təminatı və beynəlxalq tərəfdaşlıq
təcrübəsi barədə ətraflı məlumat
verilib. UNEC ilə əməkdaşlığın hər iki
tərəf üçün perspektivli olduğunu
vurğulanıb.
Rektor Ədalət Muradov UNEC-in beynəlxalq əməkdaşlıq
strategiyasından danışaraq, Malayziya universiteti ilə
qurulacaq əlaqələrin tələbə və müəllim
mübadiləsi, elmi-tədqiqat layihələri sahəsində
qarşılıqlı faydalı nəticələr verəcəyini
vurğulayıb.
Tərəflər görüş zamanı ikili diplom
proqramları, birgə tədqiqat layihələri, tələbə-müəllim
mübadiləsi, idarəetmə və akademik inkişaf sahələrində
əməkdaşlıq imkanlarını ətraflı
müzakirə ediblər.
Görüşün sonunda UNEC və INTI Beynəlxalq
Universiteti arasında qarşılıqlı Anlaşma
Memorandumu imzalanıb. Sənəddə iki universitet
arasında akademik tərəfdaşlığın və beynəlxalq
təcrübə mübadiləsinin genişləndirilməsi,
eləcə də yeni layihələrin
reallaşdırılması nəzərdə tutulub.
UNEC nümayəndələri universitetin müasir
infrastrukturu, sosial mühiti, tədris və texniki imkanları,
eləcə də kitabxana və laboratoriya kompleksləri ilə
də tanış olublar.
Sevinc Qarayeva
525-ci qəzet .- 2025.- 25 noyabr(№214).-S.11.