Fətəli
xan Xoyskinin 150 illik yubileyi münasibətilə elektron məlumat
bazası yaradılıb
Respublika Gənclər Kitabxanasında görkəmli
siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin
banilərindən biri və ilk Baş naziri Fətəli xan
Xoyskinin 150 illiyi münasibətilə elektron məlumat
bazası hazırlanıb.
Bu barədə kitabxanadan
məlumat verilib. Bildirilib ki, “İstiqlaliyyət fədaisi Fətəli
xan Xoyski - 150” adlı elektron məlumat bazasında görkəmli
şəxsiyyətin həyat və fəaliyyətindən bəhs
edilir.
Elektron bazanın “Rəsmi sənədlər” bölməsində
Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi
haqqında Prezident İlham Əliyevin Sərəncamının
tam mətni təqdim edilib. Həmçinin bazada filologiya elmləri
doktoru professor Asif Rüstəmlinin “Dövlətçiliyimizin
və demokratiyamızın ilk müəllimi” adlı məqaləsinin
tam mətni, “Fətəli xan Xoyskinin Cümhuriyyət dönəmində
ictimai-siyasi fəaliyyəti”, “Azərbaycan Xalq Cümhuriyyəti
– 100. Fətəli Xan Xoyski” başlıqları altında
görkəmli ictimai xadimin çətin, keşməkeşli,
lakin şərəfli, mübarizələrlə zəngin
ömür yolu, ictimai-siyasi fəaliyyəti haqqında
geniş məlumat verilib.
Elektron bazada Fətəli xan Xoyskiyə həsr edilən
kitab və məqalələrin siyahısı, xatirəsinin əbədiləşdirilməsi
haqqında məlumat, “Virtual sərgi”, ”Foto və videoqalereya”
kimi bölmələr də yer alıb.
525-ci qəzet .- 2025.- 26 noyabr (¹215).- S.9.