Milli Kitabxanada “Fətəli xan Xoyski
– 150” adlı geniş kitab sərgisi istifadəçilərə
təqdim olunub
Azərbaycanın görkəmli dövlət və
siyasi xadimlərindən, müstəqil Azərbaycan dövlətinin
yaradıcılarından biri və onun ilk Baş naziri Fətəli
xan Xoyski 1875-ci il noyabrın 25-də Şəki şəhərində
anadan olub.
Fətəli xan Xoyski XX əsrin əvvəllərindən
milli-mədəni intibahını yaşayan Azərbaycan
xalqının azadlığı və istiqlaliyyəti naminə
hərəkatda üzərinə götürdüyü
çətin vəzifəni şərəflə yerinə
yetirmiş fədakar ziyalılar nəslinin parlaq nümayəndəsidir.
Geniş dünyagörüşlü, cəsarətli, vətənpərvər
şəxsiyyət və böyük siyasi xadim kimi o, daim Azərbaycanın
müstəqilliyi uğrunda mübarizənin ön cərgələrində
mövqe tutmuş, tarixi İstiqlal Bəyannaməsini
imzalayanlardan biri olmuşdur.
Milli Kitabxanada “Fətəli xan Xoyskinin 150 illik
yubileyinin keçirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 17 sentyabr 2025-cil il tarixli sərəncamına
əsasən “Fətəli xan
Xoyski – 150” adlı geniş kitab sərgisi istifadəçilərə
təqdim olunub.
Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin
dövlət quruculuğu, xarici siyasəti, ordu quruculuğu və
başqa sahələrdə gördüyü işlər,
qanunvericilik fəaliyyəti sənədlər toplusu, Fətəli
xan Xoyskinin həyat və fəaliyyəti, Azərbaycan Xalq
Cümhuriyyətinin xarici işlər naziri və Nazirlər
Şurasının sədri kimi apardığı diplomatik
danışıqlar, parlament çıxışları və
dövlət quruculuğu sahəsindəki təşəbbüsləri və s. mövzularda ədəbiyyatlar
Azərbaycan və müxtəlif dillərdə nümayiş
olunur.
525-ci qəzet .- 2025.- 26 noyabr (¹215).- S.9.