Elçin Hüseynbəylinin hekayələr kitabı növbəti dəfə İranda nəşr olunub

 

 

Tanınmış yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylinin "Nar" adlı hekayələr kitabı Güney Azərbaycanın (İranın) Ərdəbil şəhərində çap olunub.

On səkkiz hekayənin daxil edildiyi kitabın tərtibçisi Elyar Polad, naşiri Səid Muğanlıdır.

Qeyd edək ki, bu hekayələr toplusu ötən il Tehranda "Babam, nənəm və kommunizm" adı altında işıq üzü görmüşdü.

Hər iki kitabın adı Elçin Hüseynbəylinin hekayələrinin adından götürülüb.

 

525-ci qəzet .- 2025.- 26 noyabr (№215).- S.9.