Moskvada “İRS – Naslediye”
jurnalının növbəti nömrəsi çapdan
çıxıb
“İRS – Naslediye” jurnalının növbəti
nömrəsi nəşr olunub. Jurnalın bu nömrəsi
baş redaktor Musa Mərcanlının “Daşlar
toplanacaqmı?” adlı yazısı ilə başlanır.
Müəllif qeyd edir ki, Azərbaycanın və Cənubi
Qafqazın tarixində son üç onillik Qarabağ kimi
tanınan münaqişə ilə yadda qalıb və bu
münaqişə faktiki olaraq Ermənistanın qondarma
“miatsum” adı altında hərbi təcavüz olub.
AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın
ərazi bütövlüyünün bərpasının
başa çatması və builki hadisələrin Azərbaycan
ilə Ermənistan arasında sülh sazişinin
bağlanmasına ümid etmək üçün real əsaslar
yaratdığı vurğulanıb. Müəllifin fikrincə,
“daşları toplamaq vaxtıdır” - iki tərəfin illər
ərzində bir-birinə atdığı düşmənçilik
daşlarını toplamağın və iki xalq arasında
normal münasibətlərə qayıtmağın vaxtı gəlib
çatıb.
Məqalədə regionda gərginliyin
formalaşmasının tarixi konteksti nəzərdən
keçirilir. M.Mərcanlı qeyd edir ki, 200 il əvvəl
İrəvan xanlığının ərazisi də daxil
olmaqla Cənubi Qafqaz əhalisinin böyük əksəriyyətini
müsəlman azərbaycanlılar təşkil edirdi. Lakin
sonradan qonşu ölkələrdən olan ermənilərin
kütləvi şəkildə, çox vaxt yerli əhalidən
müsadirə edilən torpaqlarda məskunlaşdırılması
gələcək millətlərarası münaqişələrin
əsasını qoydu.
Nəşrin bu nömrəsində, həmçinin
jurnalın Azərbaycan tarixinin, mədəniyyətinin və
mənəvi irsinin müxtəlif aspektlərinə həsr
olunmuş ənənəvi bölmələri təqdim
olunub.
525-ci qəzet .- 2025.- 27 noyabr (¹216).- S.10.