Türk musiqi irsi Astanada keçirilən
festivalda ölkələri birləşdirib
Astanada Şəhər Administrasiyası və Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən
təşkil edilən Beynəlxalq İncəsənət
Festivalı başa çatıb.
AZƏRTAC Astana Şəhər
Administrasiyasının mətbuat xidmətinə istinadən xəbər
verir ki, festivalda dövlət və ictimai xadimlər, elmi-tədqiqat
institutlarının rəhbərləri, magistrantlar və
doktorantlar, aparıcı mütəxəssislər, tədqiqatçılar
və incəsənət ustaları iştirak ediblər.
Qonaqlar arasında Azərbaycan,
Qırğızıstan, Türkiyə, Özbəkistan və
Macarıstandan nümayəndələr, eləcə də
türk dövlətlərindən 60-dan çox sənətçi,
tədqiqatçı, musiqişünas və ənənəvi
alətlərdə ifaçılıq ustaları var idi.
Festival çərçivəsində “Mənşəyi
və səslənməsi: türk alətlərinin
hazırlanması ənənələri və müasir həllər”
mövzusunda beynəlxalq simpoziumun birinci plenar iclası
keçirilib. Milli musiqi alətlərinin tarixi inkişafı,
regional xüsusiyyətlər və müasir dövrdə ənənəvi
texnologiyaların istifadəsi məsələləri
müzakirə olunub.
Aparıcı alimlər və ustalar məruzələrlə
çıxış ediblər, türkdilli xalqların milli
musiqi alətlərinə həsr olunmuş yeni tədqiqat
işi təqdim edilib. Festivalın elmi hissəsi peşəkar
fikir mübadiləsi və beynəlxalq əməkdaşlığın
genişləndirilməsi üçün platformaya
çevrilib.
Festival “Jastar” sarayında qala-konsertlə başa
çatıb. Qala-konsertdə Türkiyə,
Qırğızıstan, Macarıstan və digər ölkələrdən
tanınmış ifaçılar və kollektivlər
iştirak ediblər. Festival proqramında türk
xalqlarının ortaq musiqi irsi müasir səhnə
formatında, eləcə də etnomodernist üslubda yeni əsərlər
təqdim olunub.
525-ci qəzet .- 2025.- 27 noyabr (¹216).- S.10.