Qəbələdə Azərbaycan
və Ermənistan arasında sərhədlərin
delimitasiyası və təhlükəsizliyi müzakirə
edildi
Noyabrın 28 -də Azərbaycan Respublikasının Qəbələ
şəhərində Azərbaycan Respublikasının
baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan
Respublikasının baş nazirinin müavini Mher Qriqoryanın
sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyasının və
Ermənistan Respublikası ilə Azərbaycan Respublikası
arasında dövlət sərhədinin delimitasiyası və
sərhəd təhlükəsizliyi məsələləri
üzrə Komissiyanın 12-ci görüşü
keçirilib.
Oxu.Az xəbər verir ki, komissiyaların 12-ci
görüşü tərəflərdən birinin ərazisində
- Azərbaycanın Qəbələ şəhərində
keçirilir.
Görüş zamanı tərəflər 16 yanvar
2025-ci il tarixində keçirilmiş 11-ci
görüşün yekunları üzrə əldə
olunmuş, delimitasiyası üzrə kompleks işlərin
dövlət sərhədinin şimal sahəsindən
başlayaraq Azərbaycan Respublikasının, Ermənistan
Respublikasının və Gürcüstanın sərhədlərinin
qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində,
şimaldan cənuba, Azərbaycan Respublikasının və
Ermənistan Respublikasının İran İslam
Respublikası ilə sərhədinə qədər
başlanması barədə, razılaşmanı qeyd
etmişlər.
Tərəflər delimitasiya tədbirləri ilə
bağlı təşkilati və texniki məsələlər
üzrə ətraflı fikir mübadiləsi
aparmışlar.
Həmçinin delimitasiya işlərinin həyata
keçirilməsi qaydasına dair müvafiq təlimat layihələri
müzakirə olunmuşdur.
Azərbaycan Respublikasının baş nazirinin
müavini Şahin Mustafayev və Ermənistan
Respublikasının baş nazirinin müavini Mher Qriqoryan
qarşılıqlı maraq doğuran məsələlər
üzrə ayrıca fikir mübadiləsi aparmışlar.
Tərəflər növbəti görüşün
tarixini iş qaydasında, Ermənistan Respublikasının
şəhərlərindən birində, müəyyən etmək
barədə razılığa gəlmişlər.
525-ci qəzet .- 2025.- 29 noyabr (№218).- S.2.