VII Bakı
Beynəlxalq Memarlıq
Müsabiqəsinin yekunları
elan olunub
Oktyabrın 2-də VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin
yekunlarına həsr edilmiş təntənəli
mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Bakı Media Mərkəzinin
rəhbəri Arzu Əliyeva da iştirak edib.
2013-cü ildən etibarən artıq 7-ci dəfədir ki, Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin
keçirildiyini deyən
Azərbaycan Memarlar İttifaqının İdarə
Heyətinin sədri Elbay Qasımzadə ilk müsabiqədə 20 ölkədən 100-dən çox
layihənin təqdim olunduğunu xatırladıb.
O, fikirlərinə belə
davam edib: “Bu ənənəni davam etdirməyi qərara aldıq və hər iki ildən bir təkrarladıq. Müsabiqədə iştirak
edənlərin sayı
ildən-ilə artırdı.
Budəfəki müsabiqədə
40-a yaxın ölkədən
270 layihə təqdim
olunub. Bu müsabiqə Beynəlxalq
Memarlar İttifaqının
5 ən nüfuzlu müsabiqələrindən biridir.
Münsiflər heyəti
hər zaman 5 nəfərdən ibarət
olub. Onlardan 4-ü Beynəlxalq Memarlar İttifaqı səviyyəsində
tanınmış və
təqdim olunmuş xarici ekspertlərdir. Yeddi nominasiya üzrə keçirilən
müsabiqə kifayət
qədər mötəbərdir".
Mədəniyyət naziri Adil Kərimli
Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi
çərçivəsində dünyanın bir çox tanınmış
memarlarının iki ildən bir paytaxtımızda toplaşaraq
ən vacib məsələlərin həllində
birgə iştirak etdiklərini və bu sahənin inkişafına öz töhfələrini verdiklərini
bildirib.
“Prezident İlham
Əliyev memarlığın
inkişafına dayanıqlı
və hərtərəfli
dəstək göstərir.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycan mədəniyyətinin hamisidir.
Mehriban xanım Əliyeva mədəniyyətin
vacib sahələrindən
biri kimi memarlığa da xüsusi diqqət yetirir, mədəni irsin qorunması, bərpası və onun gələcək nəsillərə çatdırılması
işinə öz töhfəsini verir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva və Bakı Media Mərkəzinin
rəhbəri Arzu xanım Əliyeva da mədəniyyət sahəsində layihələri
həm yaxından dəstəkləyir, həm
də bütövlükdə
mədəniyyət xadimlərinin,
memarların ən yaxın dostlarıdırlar",
- deyə nazir qeyd edib.
Sonra müsabiqənin
münsiflər heyətinin
üzvləri Azərbaycan
Memarlar İttifaqının
ali mükafatı - akademik Mikayıl Hüseynov xatirə medalı ilə təltif olunublar.
Daha sonra müsabiqənin yekunları elan olunub. Hər nominasiya üzrə üç yerin qalibi təltif
edilib.
525-ci qəzet $g 2025.- 4 oktyabr (¹180).- S.13.