Örnək ömür yolu

 

Bu günlərdə uzun illər müxtəlif məsul vəzifələrdə çalışmış, ömrünü dövlətçiliyin ictimai sabitliyin qorunmasına möhkəmlənməsinə, qanunçuluğun ədalətin təmin olunmasına həsr etmiş dəyərli insan Xanlar Abbasovun 80 illik yubileyi doğmaları dostları tərəfindən yüksək səviyyədə qeyd edilib.

 

Xanlar müəllimin zəngin həyat hekayəsi var. Gənc yaşlarında əmək fəaliyyətinə başlayan, sovetlər dönəmində 4 il "Qəhrəman şəhər" adlanan Sevastopolda hərbi xidmət keçəndən sonra Vətəninə qayıdan X.Abbasov bir müddət sovet partiya orqanlarının dövlət  mühafizə xidmətində, sonra Bakı şəhər Baş Milis İdarəsində çalışıb. Belə çətin məsuliyyətli sahədə fəaliyyət göstərməklə yanaşı, paralel olaraq o, ali təhsil alıb, xidmət illərində intizamı prinsipiallığı ilə fərqlənib.

 

Dövlət müstəqilliyimizin bərpasından sonra Xanlar Abbasov Xüsusi Dövlət Mühafizə Xidmətinə işə dəvət alıb fəaliyyətini burada davam etdirib. Onun bu məsul qurumdakı peşəkar fəaliyyəti, üzərinə düşən vəzifənin öhdəsindən yüksək səviyyədə gəlməsi hər zaman layiqincə qiymətləndirilib.

 

Xanlar müəllimin yüksək insani keyfiyyətləri özünü təkcə peşəkar fəaliyyətində deyil, onun həyatdakı mövqeyində, dövlətə dövlətçiliyə sadiqliyində, eyni zamanda ətrafındakılara münasibətində həmişə özünü aydın birmənalı şəkildə büruzə verib. Bu illər ərzində uğur nailiyyətləri qədər çox olsa da, o, həmişə sadəliyi təvazökarlığı ilə seçilib.

 

Xanlar Abbasovun uzunmüddətli səmərəli fəaliyyəti respublikamızın rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib, dövlətə dövlətçiliyə vicdan sədaqətlə xidmət etdiyinə görə Ulu öndər Heydər Əliyevin fərmanı ilə o, 1998-ci ildə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

 

Bugünkü həyatımızada dostluğun etimadın qədər dəyərli məsuliyyətli bir xüsusiyyət olduğu hər kəsə yaxşı bəllidir. Dostları yaxınları Xanlar müəllimi həm dostluqda, həm işgüzar münasibətlərdə etibarlı sadiq bir insan kimi tanıyır sevirlər.

 

Xanlar müəllimi eyni zamanda ailə dəyərlərinə daim sadiq olan, valideynlik babalıq borcunu ləyaqətlə yerinə yetirən bir insan kimi tanıyırıq. O, sözün əsl mənasında ailəsinə bağlı nümunəvi ata nəvələrinin sevimli babasıdır. Onun şərəfli həyat yolu bütövlükdə gənc nəsil üçün əsl örnəkdir.

 

Uzun ömür zəngin həyat yolu yalnız yaşın üstünə yaş gətirmir, həm insana dərin həyat təcrübəsi müdriklik qazandırır. Bu baxımdan Xanlar müəllimin həyat hekayəsini onun öz dilindən böyük maraqla dinləməyə dəyər, çünki bu həyat hekayəsinin hər sözünün arxasında zəngin həyat təcrübəsi böyük uğurlar dayanır.

 

Xanlar müəllim təqaüdə çıxdıqdan sonra da fəal ictimai fəaliyyətini davam etdirməkdədir. Onun həyat təcrübəsi, müdrik məsləhətləri bu gün yaxın ətrafı üçün dəyərli bir məktəbdir.

 

Xanlar müəllimin bu yubileyi təkcə yaşın yox, həm bütöv bir şərəfli ömür yolunun, görülmüş işlərin qazanılmış hörmət nüfuzun  ifadəsidir. Çoxsaylı dostları adından Xanlar müəllimi bir daha səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailəsi doğmaları ilə birlikdə firavan xoş illər arzulayırıq.

 

Rövşən AĞAYEV

 

Natiq İSAYEV

 

525-ci qəzet  2025.- 14 oktyabr (№186).- S.15.