Məktəblərdə elektron jurnala keçid
Təhsil
sisteminə innovasiya gətirəcək idarəetmədə
çeviklik və dəqiqlik təmin olunacaq
Məlum
olduğu kimi, yeni tədris ilindən etibarən Bakı şəhərində
yerləşən ümumtəhsil müəssisələrində
elektron jurnalların tətbiqinə başlanılıb. Bütün proseslər yalnız "Rəqəmsal
məktəb" platforması
üzərindən aparılır.
Yeni platformada şagirdlər dərslərini
və cədvəllərini
izləyə, valideynlər
övladlarının qiymətləri
ilə maraqlana, direktorlar isə şagirdlərin şəxsi
işlərini idarə
edə bilirlər. Müəllimlər isə
elektron jurnalda qiymətləri qeyd edə bilirlər. Beləliklə də, artıq elektron jurnallar ənənəvi jurnalları əvəz edir.
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərovanın
sözlərinə görə,
məktəblərdə kağız
jurnaldan elektron jurnalla keçid son illər tətbiq edilən ən mühüm yeniliklərdən biridir:
"Elektron jurnala keçid doğrudan da çox zəruri
idi. Bu, müəllimlərin işini
çox asanlaşdırıb.
İllərdir ki, müəllimlərin vaxtının
çoxu kağız
jurnalları doldurmağa
gedirdi. Dünənə
kimi müəllimlər
saatlarla kağız jurnalları doldurmaq, səhvləri düzəltmək
və qeydləri yeniləməyə çox
vaxt sərf edirdilər. İndi isə müəllimlərin
işi yüngülləşib.
Elektron jurnal vasitəsilə bu işlər daha sürətli və operativ şəkildə həyata keçirilir. Üstəlik, bütün
qeydlər sistemli və şəffaf şəkildə saxlanıldığı
üçün müəllim
həm öz işini daha asan təqdim edə bilir. Üstəlik, müəllimlər
kağız daşıyıcıların
daşınması, qorunub
saxlanılması kimi
yüklərdən də
azaddırlar".
Günay Əkbərova
deyir ki, elektron jurnalın tətbiqi müəllimlərlə
yanaşı, valideynlər
üçün də
böyük üstünlüklər
təşkil edir, onların tədris prosesinə birbaşa nəzarət etməsinə
imkan yaradır. Belə ki, valideynlər
övladlarının qiymətlərini
və nəticələrini
elektron jurnal vasitəsilə real öyrənmə imkanı
əldə edirlər.
Hətta işləyən
valideynlər də işdə olan zaman da telefon
və ya kompüter vasitəsilə
övladının təhsil
göstəriciləri barədə
məlumat əldə
edə bilirlər. Bu da valideynlərin
övladlarının təhsil
göstəriciləri barədə
vaxtında məlumat əldə etmək imkanı yaradır: "Qeyd edim ki,
elektron jurnal vasitəsilə davamiyyət
və nəticələr
üzrə statistik məlumatların toplanması
daha asan olacaq. Bununla da hansı məktəbdə
və ya hansı fəndə çətinliklərin olduğunu
aşkarlamaq daha rahat olacaq. Nəticədə
bu, qərarvermə prosesini daha da sürətləndirəcək
və təhsilin idarə olunmasını daha çevik və operativ edəcək. Şəffaflıq
həm də təhsildə qeyri-şəffaf
halların qarşısını
almaqda mühüm rol oynayır".
Təhsil eksperti
Kamran Əsədovun dediyinə görə,
"Təhsil haqqında"
qanunun 13-cü maddəsində
və "Elektron Təhsil haqqında" Dövlət Proqramında
qeyd olunub ki, təhsil müəssisələrinin fəaliyyətində
rəqəmsal idarəetmə
və informasiya sistemlərinin tətbiqi proseslərin səmərəliliyini,
şəffaflığını artırmalıdır. Eyni
zamanda, müəllimlərin
pedaqoji fəaliyyətində
rəqəmsal texnologiyaların
istifadəsi müasir
dövrün tələbi
kimi qəbul edilir. Bu kontekstdə,
kağız jurnalların
tamamilə dövriyyədən
çıxarılması həm
qanunvericiliyin ruhuna, həm də təhsil sisteminin dayanıqlı inkişafına
uyğun bir addımdır: "Artıq
ölkə üzrə
3000-dən çox məktəb
tam şəkildə elektron idarəetməyə
keçib. Hesab edirəm ki, təhsil sistemində son illərdə aparılan ən mühüm islahatlardan biri məktəblərdə
kağız jurnalların
istifadəsinin dayandırılması
və elektron jurnala keçiddir. Əminəm ki, elektron jurnal sisteminin tətbiqi bir sıra müsbət
dəyişikliklərə gətirib çıxaracaq.
Ən birincisi müəllimlərin illərdir
ki, əziyyət çəkdiyi, yorucu gündəlik kağız
sənədləşdirmə yükü xeyli azalacaq. Bu yükdən
azad olduqları üçün onlar bütün vaxtlarını
pedaqoji fəaliyyətə
və tədrisin keyfiyyətinin artırılmasına
yönəldəcəklər. Əvvəllər dəqiqələrlə
jurnal yazmalı olduqları halda indi bir neçə
dəqiqəyə jurnal
işlərini yekunlaşdıracaqlar.
Bundan sonra elektron sistem vasitəsilə məlumatların
arxivləşdirilməsi məsələsi
də çox rahat və asan
olacsq. Üstəlik, ekoloji baxımdan da minlərlə kağız jurnaldan imtina resursların və ətraf mühitin qorunmasına xidmət edir. Dünya təcrübəsində,
xüsusən də Estoniya, Finlandiya, Sinqapur kimi ölkələrdə
məktəb idarəçiliyinin
rəqəmsallaşdırılması təhsil sisteminin səmərəliliyinin və
şəffaflığının əsas komponentlərindən
biri hesab edilir".
Kamran Əsədov
vurğulayıb ki, bu sistemə yeni keçildiyi üçün sözsüz
ki, ilk başlarda
müəyyən çətinliklər
olacaq: "Təbii ki, ektron jurnal
sisteminə keçid
bir sıra çətinliklər də
yaradacaq. Xüsusən
də bölgələrdə.
Ölkənin bəzi
ucqar və region məktəblərində
internet infrastrukturunun zəifliyi, İKT avadanlığının
çatışmazlığı, müəllim və texniki heyətin rəqəmsal bacarıqlarının
müxtəlif səviyyədə
olması keçid prosesinin əsas problemləridir. Elektron sistemlərdə informasiya
təhlükəsizliyi, şəxsi
məlumatların qorunması
və texniki nasazlıqlar zamanı alternativ həll mexanizmləri vacib məsələlərdir".
Ekspert hesab edir ki, bu
sistem planlı və hərtərəfli
şəkildə həyata
keçirilərsə, Azərbaycanda
təhsil idarəçiliyinin
müasir standartlara cavab verməsi, müəllim və şagirdlərin gündəlik
fəaliyyətinin yüngülləşməsi
istiqamətində müəyyən
irəliləyişlər əldə
olunacaq. Eyni zamanda təhsildə şəffaflıq və keyfiyyətin artması baxımından da irəliləyişlərin olması
mümkündür: "Elektron
jurnalların tətbiqi
nəticəsində zamanla
ölkənin təhsil
sistemi çevik, dayanıqlı və rəqabətqabiliyyətli olacaq,
dünya təhsil məkanına inteqrasiya sürətlənəcək".
Təhsil eksperti
Rizvan Fikrətoğlunun
fikrincə, "Rəqəmsal
məktəb" platformasının
tətbiqi təhsil sistemində yeni bir mərhələnin başlanğıcıdır. Bu
sistemin tətbiqi təhsildə elektronlaşmanı,
innovativ yanaşmanı
gücləndirəcək. Bu da hazırkı
dövr üçün
olduqca əhəmiyyətlidir.
Eyni zamanda bu platforma məktəbləri
köhnə ənənələrdən
yeni ənənələrə
daşıyacaq. Yeni və müasir tədris sisteminin formalaşmasına şərait
yaradacaq: "Müasir
təlim texnologiyalarının
tədris prosesində
tətbiqi, interaktivlik
və əlçatanlıq
üçün proseslərin
təkmilləşdirilməsi dövrün tələbidir.
Artıq zaman özü bunu tətəb edir. Elektron sistemə keçid şəffaflığın
artırılması baxımından
da böyük üstünlüklər təşkil
edir".
Rizvan Fikrətoğlunun
dediyinə görə,
rəqəmsal platformada
şagird, valideyn, müəllim və məktəb rəhbəri
üçün fərdi
kabinetlər mövcuddur.
Bu da böyük
üstünlükdür. Bu,
hər bir istifadəçi qrupunun ehtiyaclarına uyğun fərdi funksionallıq təqdim edir. Platformada hər qrupun əldə edə biləcəyi faydalı resurslar var: "Platformanın bir çox üstün tərəfləri
var. Ən önəmlisi təhsilin rəqəmsallaşdırılması baxımından çox bir çox üstünlüklərə malikdir.
Məsələn, elektron
jurnal vasitəsilə
müəllimlər qeydiyyat
və hesabat işlərini daha sürətli həyata keçirmək imkanı aldə ediblər. İzləmə imkanı
olduğu üçün
qiymətləndirmədə manipulyasiya ehtimalı azalacaq. Valideynlər və məktəb rəhbərliyi real vaxtda qiymət və davamiyyət məlumatlarına baxa biləcəklər. Eyni zamanda elektron sistem vasitəsilə avtomatik olaraq şagirdlərin göstəricilərini
təhlil etmək imkanı yaranacaq. Bu da çox
böyük üstünlüklərdən
biridir".
Ekspert hesab edir ki, elektron
jurnal təhsil sisteminə müasirlik və innovasiya gətirəcək, idarəetmədə
çeviklik və dəqiqlik təmin olunacaq: "Təhsil sistemində rəqəmsallaşdırma
müəllimlərin, şagirdlərin
və valideynlərin rəqəmsal savadlılığına
müsbət mənada
təsir edir. Şagirdlərin akademik uğurları daha obyektiv qiymətləndirilir,
şəffalıq təmin
olunur. Bununla yanşı, valideyn-məktəb
əlaqəsi güclənir.
Zamanla biz bu sistemə keçidin üstünlükləri,
yeniliklərin şahidi
olacağıq. Rəqəmsal
platformaya keçid sayəsində irəliləyişlərin,
təhsildə yeni bir dövrün başladığını görəcəyik".
Təhsil ekspertinin
sözlərinə əsasən,
ölkədə internetin
və texniki imkanların bərabər
paylanılmaması, müəllimlərin
hazırlıq səviyyəsinin
eyni olmaması platformanın fəaliyyətində
müəyyən problemlər
yarada bilər. Bu, təbiidir. Ancaq zamanla bu
da aradan qalxacaq: "Bəzi məktəblərdə internet
və ya texniki avadanlıq çatışmazlığı var. Bu, Platormanın
işində müəyyən
ləngimələrə səbə
ola bilər. Çıxış yolu kimi, sistemin oflayn rejimdə fəaliyyət göstərilməsi
məsələsi diqqətdə
olmalıdır. Bu keçid ilk mərhələdə müəyyən
texniki və insani çətinliklər
yaratsa da, uzunmüddətli baxışda
təhsil sisteminin səmərəliliyini və
şəffaflığını artıracaq bir addımdır".
Sevinc QARAYEVA
525-ci qəzet.
- 2025.- 1 oktyabr (№177).- S.15.