Fətəli xan Xoyskinin 150 illik yubileyi ilə bağlı AMEA-nın Tədbirlər planı hazırlanacaq
AMEA-nın Rəyasət Heyətinin iclasında Prezident İlham Əliyevin “Fətəli xan Xoyskinin 150 illik yubileyinin keçirilməsi haqqında”
17 sentyabr 2025-ci il tarixli Sərəncamının
icrasından irəli gələn məsələlər
haqqında müzakirələr
aparılıb.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli qeyd edib ki, Sərəncamda
Azərbaycan Milli Elmlər Akademiyasına AR
Mədəniyyət Nazirliyi
və AR Elm və Təhsil Nazirliyi ilə birlikdə görkəmli siyasi və dövlət xadimi Fətəli xan Xoyskinin 150 illiyinə dair Tədbirlər planının hazırlanıb
həyata keçirilməsi
tapşırılıb.
2025-ci il ərzində Prezident İlham Əliyev tərəfindən
Akademiyanın 80 illik yubileyi, eləcə də bir sıra
görkəmli elm xadimlərinin yubileyləri
ilə bağlı müvafiq sərəncamların
imzalandığını və
tapşırıqların verildiyini
deyən akademik İsa Həbibbəyli göstərilən diqqət
və qayğıya görə AMEA-nın kollektivi adından dövlət başçısına
minnətdarlığını bildirib.
AMEA rəhbəri vurğulayıb
ki, 2025-ci ildə Azərbaycanın görkəmli
siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən
biri və ilk Baş naziri
Fətəli xan İsgəndər xan oğlu Xoyskinin 150 illiyi tamam olur.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Fətəli
xan Xoyski parlaq zəkası, geniş dünyagörüşü
və siyasi təcrübəsi ilə
XX əsrin əvvəllərində
Azərbaycan xalqının
azadlığı və
istiqlaliyyəti uğrunda
cəsarətlə mübarizə
aparmışdır.
Akademik İsa
Həbibbəyli dövlət
başçısının Sərəncamında da qeyd olunduğu kimi, Fətəli xan Xoyskinin Azərbaycan
Xalq Cümhuriyyətində
demokratik dövlət
idarəçiliyinin təşkili,
iqtisadiyyatın, mədəniyyətin,
təhsilin, səhiyyənin
inkişafı, ordu quruculuğu, eləcə də Azərbaycanın müstəqilliyinin xarici dövlətlər tərəfindən
tanınması və
diplomatik münasibətlərinin
yaradılması işinə
layiqli töhfələr
verdiyini bildirib.
AMEA rəhbəri diqqətə
çatdırıb ki,
bu Sərəncam Azərbaycanın görkəmli
siyasi və dövlət xadimi, Azərbaycan xalqının
azadlığı və
istiqlaliyyəti naminə
hərəkatının parlaq
nümayəndələrindən biri Fətəli xan Xoyskinin həyat
və yaradıcılığının
müstəqilliyimizin verdiyi
geniş imkanlar işığında, elmi
prinsiplər əsasında
tədqiq və təbliğ olunması zərurətini ortaya qoyur.
Bu günə
kimi Fətəli xan Xoyskiyə həsr olunmuş yalnız silsilə məqalələrin işıq
üzü gördüyünü
deyən akademik İsa Həbibbəyli bu nəhəng şəxsiyyətin həyat
və fəliyyətini
əks etdirən sanballı nəşrin olmadığını, dövlət
başçısının Sərəncamından irəli
gələrək, AMEA-nın
Tarix və Etnologiya İnstitutu tərəfindən ilk dəfə olaraq fundamental monoqrafiyanın hazırlandığını söyləyib.
Sərəncamın icrasını
təmin etmək məqsədilə, Rəyasət
Heyəti tərəfindən
Tədbirlər planının
hazırlanmasına dair
müvafiq tapşırıq
verilib.
Sevinc
525-ci qəzet. - 2025.- 1 oktyabr (№177).-
S.10.