yaxşı ki müəllim olmuşam

 

Müəllimlik bir tanrı sənətidir

 

Bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşədir müəllimlik. O, hər şeydən əvvəl bir Tanrı sənətidir (Pluton). Həm sadəcə sənət deyil, bir missiyadır. İnsana insanlığa birbaşa xidmətdir. Dinimizdə  müəllimlik o qədər yüksək müqəddəs tutulur ki, uca Yaradan da özünü müəllim adlandırır ("Bəqərə" surəsi 31-ci ayə).

Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllimlik peşəsinin müqəddəsliyini vurğulayırdı. O deyirdi ki, "Müəllimlik sənəti şərəfli bir sənətdir. Mən dünyada müəllimdən yüksək ad tanımıram".

Mənə elə gəlir ki, əsl müəllimlik bir vergidir, Allah bunu əvvəlcədən insanın alnına yazır. onu ilahi bir işığı daşıyıb yaymağa məhkum edir.

Mənim müəllimliyə lap uşaqlıqdan həvəsim vardı. Hələ ibtidai siniflərdə oxuyanda bazar günləri həyətimizdə özümdən balacaları başıma toplayar, daşlardan "parta" düzəldər, həyət darvazasını "yazı taxtası" edər, uşaqları daşların  üstündə oturdub, onlara "dərs keçərdim". Sinif müəllimim Mürsəl müəllim kimi. Hətta "dərslərimdə" onun sözlərini olduğu kimi təkrar edərdim.  Sonralar başa düşdüm ki, bu, bir uşaq marağı deyilmiş. Sən demə, Allah elə o vaxtlardan mənim alın yazımı yazırmış.

Orta məktəbi bitirib ali məktəbə qəbul imtahanlarına hazırlaşırdım. İxtisas seçimində ailə üzvlərim israrla "nüfuzlu" ixtisasları seçməyimi istəyirdilər. Lakin mən özümü müəllimlikdən başqa, heç bir peşədə təsəvvür edə bilmirdim. Ona görə tərəddüd etmədən müəllimliyi seçdim. Düz 50 il öncə indiki ADPU-nun filologiya fakültəsinə qəbul oldum.

Müəllim sarıdan bəxtim həmişə gətirdi. Qismətimdən mükəmməl müəllimlərim oldu. Orta məktəbdə Mürsəl müəllim, Heydər müəllim, Həqiqət müəllim, Sayad müəllim, Əbülfət müəllim kimi müəllimlərdən dərs aldım. Ali məktəbdə isə Afat Qurbanov, Mürsəl Həkimov, Əbdüləzəl Dəmirçizadə, Həsən Mirzəyev, Məmmədsəlim Tahirli, Məmmədbağır Həyatzadə, Adilə Bəşirova İsmayıl Şıxlı kimi tanınmış pedaqoqlarım oldu.

Onlar mənim uğurlu günlərimə gedən yolumun mayakı, özgüvən cəsarət simvolum, ruhumun memarı, sabahımı yaradanlar oldular. İlham mələyimə ruh verdilər, ruh halıma xoşbəxlik gətirdilər, gücüm, qüvvətim olub, könlümdə taxt qurdular.

Müəllimlərim mənə təkcə elm öyrətmədilər, həm əsl müəllimliyin sirlərini öyrətdilər. Öyrətdilər ki, müəllimlik cəmiyyətin, bütün insanların diqqət mərkəzində olan peşədir. "Sosial inkişafın tərəqqinin hərəkətverici qüvvəsi, ölkənin ərazi bütövlüyünün Vətənin müdafiəsinin ən təsirli silahı təhsildir"sə (Ə.Səncər), təhsildə əsas sima müəllimdir. Müəllim hər bir millətin, xalqın inkişafında həlledici şəxsdir. Millətin gələcək taleyi onun əlindədir. Çünki o, insanların fikir düşüncələrinin, həyata baxışlarının formalaşmasında, dəyişməsində müstəsna rol oynayır. Bütün cəmiyyətin şüurunda dəyişiklik yaratmaq gücünə qabiliyyətinə malikdir. O, zəngin mənəvi keyfiyyətlərin daşıyıcısı, yüksək əqidə amal sahibi, öz peşəsinin vurğunu, maarif, fəzilət, sevgi qapılarını insanların üzünə açandır.

Müəllimlərim həm öyrətdilər ki, bu peşə ilə məşğul olan hər bir kəs onun müqəddəsliyini dərk etməli öz peşəsinin şərəfini uca tutmalıdır. Müəllim nüfuzu yalnız özü üçün deyil, arxadan gələn xələfləri üçün qazanmalı qoruyub saxlamalıdır. O, mənəvi keyfiyyətlərindən, akademik biliyindən peşə qabiliyyətlərindən tutmuş danışığına, insan hadisələrə ədalətli münasibətinə, geyiminə, oturub-duruşuna kimi hər şeyə diqqət etməlidir. Həyata baxışı, səmimiyyəti, başqalarına qarşı diqqəti ilə fərqlənməli, fərqli fikir mövqelərə hörmətlə yanaşıb, tolerantlıq nümayiş etdirməlidir.  Hamıya nümunə olmaq onun borcudur. Çünki müəllim o kəs deyil ki, ancaq öyrədir, həm o kəsdir ki, hamı ondan öyrənir, nümunə götürür. Ona görə müəllimin didaktik, perseptiv, suqqestiv (təlqin), kommunikativ, təşkilatçılıq qabiliyyəti ilə yanaşı, insani keyfiyyətləri, erudisiya empatiyası  da yüksək olmalıdır.

Burada bir haşiyə çıxaraq təəssüflə qeyd etmək istərdim ki, indi müəllimə olan ənənəvi hörmət aşınmaya məruz qalıb. Bu gün müəllimin nüfuzu əvvəlki nüfuz deyil, xeyli zəifləyib. Bu mənada Kolumbiya Universitetinin professoru Jak Barze haqlı olaraq deyib ki, "Müəllimlik itirilmiş sənət deyil, lakin müəllimə hörmət itirilmiş ənənədir". A.Eynşteyn isə deyirdi ki, "Müəllimə qarşı laqeyd olan ölkə intihar edir deməkdir". İndi əsas vəzifələrdən biri "itirilmiş ənənənin" bərpası, müəllim nüfuzunun yüksəldilməsi olmalıdır. Çünki müəllimin nüfuzu onun mənəvi statusudur, digərlərinə təsir etmək qüvvəsidir, təlim-tərbiyədə müstəsna amildir. Onu da qeyd edim ki, müəllim nüfuzunun yüksəldilməsi müəllimin özündən daha çox asılıdır. Çoxillik təcrübəmdən görmüşəm ki, zamandan geri qalmayan, daim oxuyub öyrənən, dərin bilik, mənəviyyat nümunəsi olan müəllimin nüfuzu həmişə yüksək olub.

Müəllimlik peşəsinin şərəfli olduğu qədər məsuliyyətli çətin olması barədə dahi Üzeyir bəy Hacıbəyov vaxt ilə yazırdı: "Müəllimlik vəzifəsi çox çətin ən məsuliyyətli bir vəzifədir... Müəllimliyi özü üçün Sibir əzabı bilən müəllim yaxşıdır özünü bu sənətdən kənar etməklə, zəhmətdən cavabdehlikdən qurtarsın, qəlbində tərbiyə təlimə bir şövq həvəs yoxsa, heç bu işə girməsin bu sənəti əhl adamlara tərk ilə özünə başqa bir kəshi-ruzi vasitəsi axtarsın".

Qayıdaq söhbətimizin davamına. Nəhayət, tələbəlik illəri başa çatdı, müəllim kimi fəaliyyətə başladım. Bütün ömrüm müəllimlik etməklə keçdi. danım, fəaliyyətimin ilk aylarında çətinliklərim  az olmadı. Amma öz müəllimlərimin, həmkar yoldaşlarımın məktəb rəhbərlərinin təklif, tövsiyə məsləhətlərini nəzərə almaqla qısa müddətdə işləri qaydasına sala bildim. Həm öz işimi, həm fənnimi çox sevdim. Məktəb ikinci evim, sinif isə geniş bir ailəm oldu.

Təlim-tərbiyə şəxsiyyətlərarası münasibətlər vasitəsi ilə başlayır bitir. Türklər demişkən, "gönüllere girilmeden kafalara girilmiyor". Əsl müəllim şagirdlərinin şüurunun gələcəyinin memarıdır. V.Suxomlinskinin təbirincə desək, o, "ürəyini uşaqlara verməyi" bacarmalıdır. L.N.Tolstoy deyərmiş ki, öz işini sevən müəllim yaxşı müəllimdir, uşaqları fənnini sevən müəllim isə əla müəllimdir. Onu da bilirdim ki, uşaqlar arasında çox çalışqan zəkalı olanlar da olacaq, dəcəl tənbəl olanlar da. Amma mən fərq qoymadan onların hamısı ilə dost, yoldaş sirdaş oldum, qəlblərinə yol tapmağa çalışdım. İş prosesində onların ruh halını, hiss maraqlarını nəzərə aldım.

Əsas vəzifəm sistemləşdirilmiş bilik, bacarıq vərdişlərin mənimsədilməsi ilə yanaşı, xalq dövlət qarşısında öz məsuliyyətini dərk edən, milli ənənələrə demokratiya prinsiplərinə, insan hüquq azadlıqlarına hörmət edən, vətənpərvərlik azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil yaradıcı düşünən vətəndaş şəxsiyyət formalaşdırmaq; milli-mənəvi ümumbəşəri dəyərləri qoruyan inkişaf etdirən, geniş dünyagörüşünə malik olan müasir təfəkkürlü insan yetişdirmək oldu. Fikrimcə, müəllimliyin insanlıq fəlsəfəsinin mahiyyəti elə budur.

Ona görə əsas məqsədim parlaq gələcəyə sahib uğurlu vətənpərvər gənclər yetişdirmək,  onlara əsl insan olmağın yolunu öyrətmək oldu. Çoxillik pedaqoji fəaliyyətim dövründə şagirdlərimə ancaq dərs anlatmadım, onlara həyati dəyərləri, sevgini insanlığı öyrətdim. Bilikli, həm milli-mənəvi keyfiyyətlərə ümumbəşəri dəyərlərə sahiblənmiş gənclər yetişdirməyə səy etdim. Şagirdlərimin həyatına şəfqət, inam gözəl əxlaq toxumları səpməyə çalışdım. Xalq Vətən sevgisini hər bir gəncin ürəyinə hopdurnağa səy göstərdim. Onların analitik, yaradıcı tənqidi təfəkkürlərinin inkişafına çalışdım. Bunu əsas vəzifəm borcum saydım.     

Pedaqoji fəaliyyətim ərzində həmişə öyrətməyi sevdim, amma təhsil kurikulumlarının mənimsənilməsini daha yaxşı təmin etmək, şagirdlərimi əsl vətəndaş kimi formalaşdırmaq üçün yeni pedaqoji texnologiyaları öyrənməyi, özümün peşə-ixtisas ümumi mədəni səviyyəmi yüksəltməyi unutmadım.  Beynəlxalq yerli təcrübələrin, müasir təhsil çağırışlarının öyrənilməsi gündəlik qayğılarım oldu. Oxuyub öyrənmədiyim günləri ömrümdən saymadım. Çünki "Diplomum var, müəlliməm", - deməklə müəllimlik olmur.

Fəaliyyətim ərzində müasir təhsilin çağırışlarına cavab verən təcrübələrinin öyrənilərək yayılmasını çox faydalı hesab etdim. Ona görə   həmişə qabaqcıl təcrübəni, həm öz təcrübəmi həmkarlarımla bölüşdüm, məsləhət tövsiyələrimi onlardan əsirgəmədim. Yeni işə başlayan onlarla gənc müəllimin himayəçisi oldum. Təhsil Nazirliyinin qrifi ilə metodik tövsiyələrim işıq üzü gördü. Çoxu pedaqoji mövzuda olan 300-dən çox məqaləm dərc edildi. Dörd kitabımdan ikisi 125 yaşlı doğma məktəbimin tarixinə, burada formalaşmış müsbət mütərəqqi təcrübəsinin ümumiləşdirilməsinə yayılmasına həsr edildi. Öz təcrübəm isə ETN-nin sərəncamı ilə öyrənilərək ölkə miqyasında yayıldı. Bu barədə zaman-zaman mətbuat səhifələrində yazılar dərc olundu, kitablarda geniş məlumatlar verildi.

Müəllimlik missiyamı həyata keçirmək üçün uzun bir yol keçdim. Bu illərdə fəailiyyətim təkcə məktəblə məhdudlaşmadı. Regionun, eləcədə ölkənin içtimai həyatında fəal iştirak etdim. Azərbaycan müəllimlərinin qurultaylarından tutmuş respublika səviyyəli digər çoxsaylı pedaqoji tədbirlərin fəal iştirakçılarından, həmçinin I-XI siniflər üzrə "Azərbaycan Respublikasının ümümtəhsil məktəbləri üçün Azərbaycan dili üzrə təhsil proqramı (kurikulumu)" hazırlayan işçi qrupunun üzvlərindən biri oldum. "İlin ən yaxşı müəllimi" müsabiqəsinin, pedaqoji mühazirələrin respublika turunun, müxtəlif layihələrin, digər çoxsaylı müsabiqə baxışların da  qalibi oldum. Çoxlu təltiflərə, yerli beynəlxalq dərəcəli sertifikatlara layiq görüldüm.

2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycan təhsilinin inkişafında xidmətlərimə görə "Əməkdar müəllim" fəxri adı ilə təltif olundum.

Düz 45 il müəllimlik etdim. İndi geri dönüb baxanda görürəm ki, yüzlərlə gəncin yetişməsində, Vətənə layiqli övlad kimi cəmiyyətdə öz yerini tutmasında mənim payım var.  Bununla fəxr edir sevinirəm.

Bu illərdə yaşım sinifdən-sinfə adlayan şagirdlərimin yaşı ilə birgə artdı. Həyatdakı ən qiymətli hədiyyəm şagirdlərimin uğurları, ən gözəl bayramım onların uğurlarına sevindiyim günlər oldu. Ruhum onların sevgisi ilə qidalandı.

İndi öz keçmiş şagirdlərimin yaddaşında yaşayıram. Onların yaddaşında mənim müəllimlik illərim, mənim yaddaşımda onların uşaqlıq gənclik çağları daşlaşıb qalıb.

yaxşı ki müəllim olmuşam. yaxşı ki bir müəllim ömrü yaşamışam!

 

İmran VERDİYEV

Əməkdar müəllim

 

525-ci qəzet. - 2025.- 3 oktyabr (№179).-S.11.