Azərbaycançılıq: bu günümüz
və gələcəyimiz
AZƏRBAYCANÇILIQ İDEYASI TƏK VƏTƏN, TƏK
MİLLƏT, TƏK DÖVLƏT, TƏK BAYRAQ DEMƏKDİR
Azərbaycançılıq
ideologiyası kimliyindən
asılı olmaya bütün fərqli etnikləri bir arada birləşdirən bir ideologiyadır. Azərbaycançılıq bir
növ həmrəylik
missiyasını özündə
ifadə edir. Azərbaycançılığın digər tarixi missiyası dünya azərbaycanlılarının, müxtəlif ölkələrdə
yaşayan soydaşlarımızın
birlik və həmrəyliyinin təmin
olunmasından ibarətdir.
Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısında göstərdiyi böyük
xidmətlərdən biri
də milli dövlətçiliyimizin möhkəmləndirilməsi
baxımından çox
əhəmiyyətli olan
azərbaycançılıq ideyasını irəli sürməsidir. Bu ideologiyanın sağlam təməllər üzərində
formalaşmasında Heydər
Əliyevin böyük
rolu var. Heydər Əliyev hələ sovet Azərbaycanına rəhbərlik
etdiyi zaman dövrün mövcud reallıqları çərçivəsində
xaricdəki azərbaycanlı
diasporunun təşəkkül
tapmasına mümkün
dəstəyi göstərirdi.
1993-cü ildən başlayaraq Ümummilli lider Heydər Əliyev xarici səfərləri zamanı
həmvətənlərimizlə görüşlərində onları
vahid ideya-azərbaycançılıq
ideyası ətrafına
toplamağa çalışır
və bunun üçün böyük
səylər göstərirdi.
Lakin bu, asanlıqla başa gəlmirdi. Belə ki, azərbaycanlıların
Vətənə bağlılığına,
dilini, dinini, milli adət və ənənələrini
daim qoruyub saxlamaq kimi gözəl
xüsusiyyətlərinə baxmayaraq, onların bir-biri ilə əlaqələri zəif,
mütəşəkkilliyi yox dərəcəsində
idi. Cəmiyyətdə
özünü göstərən
milli özünüdərk
prosesinin ləngliyi, milləti öz ətrafında birləşdirəcək
aparıcı ideologiyaya
ehtiyac olduğunu göstərirdi.
Cəmiyyətin milli birliyinin təmin edilməsi məqsədilə ona milli-mənəvi dəyərlərə
əsaslanan, dünyanın
sivil dövlətlərinin
inkişafına səbəb
olmuş ümumbəşəri
fəlsəfi baxışlara
söykənən ideologiyanın
əsaslarının və
strateji inkişaf prinsiplərinin təqdim olunması Ümummilli liderimizin xalqı qarşısında ən
böyük xidmətlərindən
idi. Əgər cəmiyyətə vaxtında
təqdim olunmuş bu ideologiya olmasaydı,
hərc-mərclik, deqradasiya
meylləri güclənər
və nəticə etibarilə milli dövlətçiliyimizin məhvolma
təhlükəsi yaranardı.
Dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlılar
arasında ideya birliyinin yaradılması və bu ideologiyanın
əsaslarının hazırlanması
prosesi 1993-cü ildə
Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə gəlişindən başlayaraq
həyata keçirildi.
İlk vaxtlar ölkə daxilində mövcud olan problemlər, siyasi xaos, iqtisadi tənəzzül, müharibənin
davam etməsi və s. ciddi nailiyyətlər qazanmağa
imkan verməsə də, aparılmış
ardıcıl və məqsədyönlü siyasətin
nəticəsi olaraq,
90-cı illərin sonlarında
bu sahədə əsaslı dönüş
yaratmaq mümkün oldu. Məhz bu dövrdən etibarən dünyanın hansı ölkəsində
yaşamasından asılı
olmayaraq, bütün soydaşlarımız Ümummilli
lider Heydər Əliyev tərəfindən
irəli sürülmüş
azərbaycançılıq ideologiyası ətrafında
birləşməyə başladılar.
Bu gün də onlar bu
ideya ətrafında sıx birləşib azərbaycançılığı qoruyub saxlamaqdadırlar.
Bu gün
Ümummilli lider Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyev də dünya azərbaycanlılarının
təşkilatlanması məsələsini
daim diqqət mərkəzində saxlayır
və bu sahədə dövlət
siyasətini uğurla
həyata keçirir.
Ötən müddətdə
İlham Əliyev xarici ölkələrə
səfərlərində dünyanın
müxtəlif bölgələrində
məskunlaşmış həmvətənlərimizlə
görüşüb, diaspor
quruculuğu işinin
vəziyyəti ilə
yaxından maraqlanmış,
bu sahədə mövcud olan problemlərin aradan qaldırılması üçün
lazımi tədbirlər
görüb.
İlham Əliyev
bildirib ki, Azərbaycançılıq ideyasının
birləşdirici dəyər
kimi bütün dünyada yaşayan azərbaycanlılar arasında
yayılması, dilimizin,
mədəniyyətimizin, mütərəqqi
adət-ənənələrimizin, tariximizin yaşadılması
və inkişaf etdirilməsi Prezident Heydər Əliyevin ideyası idi: "Düşünürəm ki,
bütün dünyada
yaşayan soydaşlarımızın
mədəni-mənəvi birliyinin
mühüm şərti
olaraq bu ideya bu gün
də, gələcəkdə
də bizim siyasətimizin əsasını
təşkil edəcəkdir".
Millət vəkili
Musa Qasımlı deyir ki, əsası
Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan
azərbaycançılıq ideyası tək vətən, tək millət, tək dövlət, tək bayraq deməkdir. Azərbaycançılıqda milli
birlik, köklərinin
müxtəlif olmasına
baxmayaraq, bütün
azərbaycanlıların tək
dövlət, tək bayraq, tək vətəndə birləşməsi,
bir, bərabər olmasıdır: "Azərbaycançılıq
ideologiyası çox
güclü bir ideologiyadır. Vətən
müharibəsi də
sübut etdi ki, ölkədə xalq-ordu birliyinin kökündə də məhz həm o güclü azərbaycançılıq
ideologiyası dayanır.
Bu ideologiya altında xalq, millət olaraq bir yumruq olmağı
bacardıq. Hesab edirəm ki, bu ideologiya Azərbaycan
xalqının bu günü və gələcəyidir. Bu ideologiya altında biz daha güclü
və qüdrətli dövlətə çevrilirik.
Azərbaycançılıq dünyadakı bütün
azərbaycanlıları dövlətimiz,
vətənimiz, bayrağımız
ətrafında birləşdirən
bir məfkurədir".
Millət vəkili
Fatma Yıldırımın
dediyinə görə,
Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu azərbaycançılıq ideologiyası
bu gün də müstəqil Azərbaycanın siyasi düşüncə sisteminin
bünövrəsini təşkil
edir. Bu güclü ideologiya minlərlə insanı birləşdirib bütün,
bötöv millət
edir: "Azərbaycançılıq
yalnız bir siyasi konsepsiya deyil, eyni zamanda
milli varlığımızın,
kimliyimizin və birliyimizin əsas mənəvi dayağıdır:
"Bu gün azərbaycançılıq
ideologiyası təkcə
ölkə sərhədləri
ilə məhdudlaşmır.
Milyonlarla insanı əhatə edir və birləşdirir. Hesab edirəm ki, bu ideya
dünya azərbaycanlıları
üçün də
əsas ideoloji platformaya çevrilib. Heydər Əliyev azərbaycançılıq ideologiyasını
dilimizin, tariximizin, mədəniyyətimizin qorunması
və gələcək
nəsillərə ötürülməsi
kimi fundamental dəyərlər üzərində
qurdu. Heydər Əliyev dəfələrlə
qeyd edirdi ki, hər bir
azərbaycanlı harada
yaşamasından asılı
olmayaraq, öz millətinə və dövlətinə bağlı
olmalıdır. O, buna
nail oldu. Bu gün minlərlə,
milyonlarla insan Azərbaycançılıq ideologiyası
altında birləşib.
Vətəndən uzaqda
olmalarına baxmayaraq,
onlar vətənlərinə,
dövlətlərinə bağlılıqlarını
nümayiş etdirirlər.
Azərbaycana sevgilərinin
sonsuz olduğunu, hər zaman vətənin, dövlətin,
millətin yanında olduqlarını bəyan edirlər".
Fatma Yıldırım
vurğulayıb ki, bu ideologiyanın davamı olaraq Prezident İlham Əliyevin rəhbərliyi
ilə bu gün Azərbaycan regionda söz sahibi olan, güclü
və nüfuzlu bir dövlətə çevrilib. Dövlətimizin
başçısı azərbaycançılıq
dəyərlərini XXI əsrin
çağırışlarına uyğun şəkildə
inkişaf etdirərək,
siyasi, iqtisadi və mədəni sahələrdə milli maraqlarımızı qətiyyətlə
qoruyur: "Azərbaycançılıq
ideologiyası milli həmrəyliyin təmin olunmasında, vətənə
sədaqət hissinin gücləndirilməsində və
dövlətçilik ənənələrinin
qorunmasında mühüm
rol oynayan əsas təməldir. Bu ideologiyanın yaşadılması və
gələcək nəsillərə
ötürülməsi hər
bir azərbaycanlının
vətəndaşlıq borcudur.
Bizi birləşdirən
bu dəyəri, Azərbaycançılıq ideologiyasını
yaşatmaq və gələcək nəsillərə
ötürmək hər
bir vətəndaşın
ən vacib missiyası, məqsədidır.
Hər kəs bu məqsədi layiqincə yerinə yetirməlidir".
Millət vəkili
Azər Badamovun sözlərinə əsasən,
dövlətimizin daha
da güclənməsində
azərbaycançılıq ideologiyasın mühüm
rol oynadı: "Azərbaycançılıq ideyasının
bütün millətimiz
və dövlətimiz
üçün ideoloji
sistemə salınması
Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər daim azərbaycançılıq ideologiyasının
real müstəqilliyə
nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub-saxlamaq
və möhkəmləndirmək
üçün milli
dəyər olduğunu
bildirirdi: "Heydər
Əliyev azərbaycançılığı
vahid sistem və konsepsiya halına gətirərək,
onu dövlət idarəçiliyinin əsasına
çevirdi. Məhz Heydər Əliyevin fəaliyyəti ilə azərbaycançılıq ideologiyası
mahiyyətcə real məzmun daşıyaraq reallığa çevrildi.
Biz bu ideologiyanı
qorumalı gələcək
nəsillər ötürməliyik.
Bu ideologiya altında bu gün minlərlə gənc yetişir. Bu gün Vətənə
bağlı, vahid məfkurə-azərbaycançılıq ideologiyası əsasında
tərbiyə olunan gənclərimiz ölkəmizin
inkişafı üçün
bütün gücünü
səfərbər edib.
Gənclərimiz dövlətimizin
gələcəyidir və
bu gün dövlət strukturları
onlara etibar edilir. Onlar bu
gün dünyada bayrağımızı dalğalandırırlar,
sərhədlərimizi ayıq-sayıq
qoruyurlar. Ölkəmizdə
bilikli, bacarıqlı,
vətənpərvər gənc
nəslin yetişməsi
onu deməyə əsas verir ki, Azərbaycanın gələcəyi etibarlı
əllərdədir və
qazandığımız müstəqillik
əbədi olacaq. Çünki gənclər
çox güclü bir ideologiya Azərbaycançılıq ideologiyası
ətrafında sıx
birləşib irəliləyirlər.
Azırbaycançılıq ideologiyası gənclər
üçün mayak
rolunu oynayır".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 18 oktyabr (№190).- S.24.