Zəngilanın doğum günü

 

Lətif ŞÜKÜROĞLU

Tarix üzrə fəlsəfə doktoru

 

Xalqın yaddaşına həkk olunmayan tarix neçə illər yaşadılsa da, nəhayətdə silinib getməyə məhkumdur. Müəyyən mənada onu suya yazılmış yazı ilə müqayisə etmək olar. Çünki olub-bitənləri, hətta olacaqları da ədalət həqiqət meyarı ilə ölçən xalq ruhunu oxşamayan, ona zorla sırınan heç nəyi qəbul etmir, tez, ya gec layiq olduğu qiyməti verir. Atalarımız necə dəqiq deyib, "xalqın gözü tərəzidir". Mayası saflıq, dürüstlük qədirbilənlikdən yoğrulan xalqın ruhu, yaddaşı da saf, ayna kimi olub.

 

Uzağa getməyək, bolşevik işğalı ilə gerçəkləşən sovet dönəmi ilə bağlı dəyərlərin mütləq əksəriyyəti o dövlətin süqutu ilə unudulub getdi. Çünki yaddaşlara məcburi yeridilmişdi, yalanın qorxunun məhsulu idi. Ancaq əksinə, Şərqin ilk müstəqil dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin unutdurulmasına, xalqın yaddaşından silinməsinə 70 il ərzində qədər cəhdlər göstərilsə , bu, mümkün olmadı. Qədirbilən xalq ilk fürsətdə öz müstəqil dövlətini bərpa etdi varisi olduğu Cümhuriyyətə, onun illərlə, ən ağır şərtlər altında qoruyub yaşatdığı dəyərlərinə sahib çıxdı. Bu mənada xalqın taleyinə, yaddaşına yazılan tarix onu yaradanlar əbədiyaşardır. Məqamı çatanda xalq onları haqq etdikləri mərtəbəyə, hətta zamanın fövqünə yüksəldir. Bir toplumun qan yaddaşı belə yaranır.

 

Bu da bir həqiqətdir ki, Azərbaycan xalqı yaddaşına yazdıqlarını yaşatmağı da bacarıb bu gün bacarır. Min illərə dayanan tariximizdə xalq neçə dastanlar, rəvayətlər, nağıllar qoşub, bayatılar, nəğmələr söyləyib, qəlbinin döyüntülərini, duyğusunu ana laylasına, hikmətini, öyüdünü ata məsəlinə çevirib. Xalq yaddaşına yazdıqlarını həm məhəbbətlə tərənnüm edib, sazında, sözündə yaşadıb tarixləşdirib, əbədi ruhuna hopdurub. Bununla daim diri tutduğu yaddaşını nəsillərə əmanət edib.

 

Xalqımızın yaddaşına əbədi yazılan belə gün hadisələrdən biri. 2020-ci ilin 20 oktyabr günü. Vətən müharibəsinin 24-cü günü olan həmin tarixdə Azərbaycan Silahlı Qüvvələrinin fədakar əsgər zabitləri Zəngilan şəhərini 27 illik erməni işğalından azad etdi. 1993-cü il oktyabr ayının 29-dan düşmən tapdağında olan Zəngilan rayonu ayrılmaz parçası olduğu Vətənə qovuşdu. Eyni bir ayın həm təqvim, həm mahiyyət etibarı ilə fərqli günləri, 29 20 oktyabr. O günlərdə taleyimizə yazılanlar da, yaşananlar da tam fərqli idi. 1993-cü ilin oktyabrında yaşanan işğal adlı bəlanın gətirdiyi fəlakətlər, ölüm-qan, dərd, nisgil yazıq ki, rüsvayçılıq. 27 il sonra, 2020-ci ildə isə azadlığın bəhrəsi olan həyat, dirçəliş, sevinc baş ucalığı. Birincidə acı məğlubiyyət, varlığımızı sarsıdan, neçə ömrü amansızlıqla məhv edən dəhşətli hadisələr, ikincidə Zəfər, geri qayıdan həyatın nəfəsi, yandırılacaq ocaqların istisi, köksümüzü qabardan iftixarın qəlblərə dolan sonsuz sevinci. Bu siyahını bir qədər uzatmaq olar. Ancaq mahiyyət iki sözlə ifadə edilə bilərsə, buna ehtiyac qalmır. Məğlubiyyət Zəfər. Yer-asiman fərqi. 2020-ci ilin 20 oktyabrından 27 il əvvəl həmin tarixi gün yaşadıqlarımız arasındakı fərq.

 

20 oktyabr günü Zəngilan şəhərinin yenidən doğulduğu tarixdir. Artıq 3 ildir, başı üzərində Azərbaycan Bayrağı dalğalanan Zəngilanın mübarək mövludu rəsmi "Zəngilan Şəhəri Günü" kimi qeyd edilir. Azərbaycanın daha neçə şəhər, qəsəbə kəndinin düşmən tapdağından qurtarıldığı neçə belə müqəddəs gün ötən beş ildə tariximizdə daimi yaşamaq hüququ qazanmaqla xalqımızın qan yaddaşına çevrilib.

 

Bu gün erməni işğalından azad edilmiş digər rayon mərkəzlərimiz, şəhərlərimiz kimi, Zəngilanın da yenidən qurulma şərəf tarixi yazılır. Şəhər mərkəzi rayonun daha bir kəndi yaxın günlərdə öz doğma sakinlərini, 32 il məşəqqətli üzücü məcburi köçkünlük həyatı yaşamış övladlarını qəbul edəcək. Yurda dönüş həsrəti ilə yaşayan daha neçə yüz insanın intizarına son qoyulacaq. Əlbəttə, layiqli geri dönüş üçün hələ çox işlər görülməli, çox zəhmətlər çəkilməlidir. Çünki erməni vandalları Zəngilanın da bütün yaşayış məskənlərini dağıtmış, talamış, daşı-daş üstündə qoymamışlar. Vəhşiliyin kulminasiyası isə məzarlıqların dağıdılması olmuşdur. Goreşən xislətli düşmən mərhumların baş sinə daşlarını sındırmış, qəbirləri qazıb, əzizlərimizin ruhunu narahat qoymuşdur. İki il yarım keçsə , müqəddəs yurda səfərdə şahidi olduğum o ürəkparçalayan mənzərələri indiyədək unuda bilmirəm. O günün dözülməz ağırlığı, dərdi varlığımı elə sarsıdıb ki, təəsüratlarımı bölüşmək üçün neçə dəfə cəhd etsəm , heç alınmayıb. Elə bil o rəhmətliklər əlimdən, qolumdan tutur, "dağılmış məzarımızı bərpa etmədən yazacaqsan", deyirlər.

 

Bu suala cavab verəcəyimi bilmirəm. Əminəm ki, mənim kimi o cavabı axtaran neçə nəfər eyni fikirdədir. Ümid edək ki, bir çox suallar kimi, bunun da cavabını daha neçə il gözləməli olmarıq. Məsələnin mənəvi tərəfini nəzərə alıb, öz doğmalarının məzarını bərpa etmək istəyən insanlara anlayışla yanaşılar...

 

Özəl günün mübarək, doğma Zəngilan deyir, ixtiyarsız olaraq 1968-ci ili yada salıram. Həmin il Zəngilan ilk dəfə şəhər adına layiq görülmüşdü. Ancaq ona o gözəl adı daşımaq cəmi 25 il qismət oldu. Çünki o vaxt neçə güclü havadarına arxalanan onlardan ciddi dəstək görən düşmənin qarşısında Azərbaycan tək zəif idi. Bu günsə Azərbaycan qalib, güclü qüdrətlidir. Bu, yeni tarixi yazılan Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Ağdam, Kəlbəcər şəhərləri kimi, Zəngilanın da ikinci şəhər gününün əbədi olacağına ən yaxşı qarantdır.

 

525-ci qəzet  2025.- 18 oktyabr (№190).- S.10.