Gəncliyə dövlət qayğısının
Azərbaycan nümunəsi
Gənclik həyatın yüksək dağdan axıb gələn şəlaləyə bənzər elə
bir coşqun
çağıdır ki, həmin vaxtda insan qaynar bulaq kimi aşıb-daşır, daim irəli getmək, qəlbindəki hər arzu-
istəyə çatmaq
üçün can atır. Ali təhsil almaq, ürəyəyatan və
yaxşı maaşlı
işdə işləmək,
qurub-yaratmaq, ailə, ev-eşik, maşın sahibi olmaq normal düşüncəli gənclərə
yaxşı mənada
rahatlıq verməyən
hədəflərdir. Gənclik
çağı insan
ömrünün əsasən
15 ilini təşkil etsə də, insanın gələcəkdə
daha sakit və rahat, firavan və xoşbəxt yaşaması
üçün bu mərhələdə düzgün
seçim etməyin faydası çox böyükdür. Çünki
gənclərin gələcək
həyatının yaxşı
və ya pis olması onların bu seçimi necə aparmalarından asılıdır.
Lakin gənclik nə qədər enerjili, qüvvəli və çalışqan olsa
da, onun öz məqsədlərinə çatıb
həyatda layiqli yer tutması üçün dövlət
qayğısı son dərəcə
vacib amildir. Şükürlər olsun
ki, vətənimiz Azərbaycanda
qurulmuş və ildən-ilə inkişaf edib güclənən müstəqil dövlətimiz
bu istiqamətdə də nümunəvi siyasət həyata keçirir.
Azərbaycanın dövlət müstəqilliyinin
yeni bərpa olunduğu
ilk illərdə respublikamızda
gənc qüvvələrin
düzgün formalaşdırılmasına
böyük ehtiyac vardı. 1993-cü ildə
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı
ilə müstəqil
dövlətimizin uğurlu
gənclər siyasətinin
möhkəm və sağlam bünövrəsi
qoyuldu. Ulu öndərin
vaxtilə vurğuladığı
kimi, dövlət müstəqilliyini qazanmaq
nə qədər çətindirsə, onu əldə saxlamaq ondan da çətindir. Çünki dünyada mövcud olan 3000 xalqdan yalnız 200-ə yaxınına azad, müstəqil dövlət
qurmaq nəsib olub. Ümummilli liderimiz Azərbaycan xalqının mili ruhuna, özünüdərk,
özünütəşkil, özünütəsdiq üçün
mübarizlik, qorxmazlıq
göstərmək kimi
keyfiyyətlərinə, eləcə
də müstəqillik
istəyinə dərindən
bələd idi. Müdrik dövlət başçımızın ən
böyük arzusu Azərbaycan gənclərini
fiziki cəhətdən
sağlam və qüvvətli, optimist düşüncəli,
mükəmməl tərbiyəli,
yüksək savadlı,
hərtərəfli dünyagörüşlü,
cəmiyyətin avanqardı
ola biləcək şəxsiyyətlər
kimi görmək istəyirdi. O, gəncləri
ölkəmizi bol-bol uğurlara, iqtisadi, sosial və hərbi sahədə inkişafa, xalqımızı
xoşbəxt gələcəyə
aparacaq qüvvə kimi qiymətləndirirdi.
Lakin həmin dövrdə
respublikamızda gənc
qüvvələrin inkişaf
üçün səfərbər
edilməsinə, onların
təşkilat halında
birləşməsinə cox ciddi ehtiyac vardı.
Dahi rəhbər gənclər siyasətinin
ilk təşəbbüsçüsü
və yaradıcısı
oldu. Onun təşəbbüsü və
qərarı ilə
1994-cü ildə Azərbaycanda
Gənclər və İdman Nazirliyi yaradıldı. Belə bir addım respublikada pərakəndə
formada mövcud olan və təşkilatlanmağa
ciddi ehtiyac duyan gənclərin böyük sevincinə səbəb oldu. Yeni nazirliyin qarşısına
gənclərlə bağlı
işlər aparması,
gəncləri cəmiyyəti
irəlilətmək üçün
real qüvvə kimi təşkilatlandırması ən
vacib məqsədlər
kimi qoyulmuşdu. Bu nazirliyin yaranması həqiqətən respublikamızda
gənc fəalların
böyük hissəsinin
bir araya gəlməsi və onların təşkilatlanması
ideyasını gerçəkləşdirdi.
1996-cı ilin fevral ayının 2-də müstəqil
dövlətimizin ilk Gənclər
Forumu keçirildi və bu əlamətdar
gün Azərbaycan tarixinə Gənclər Günü kimi yazıldı. 1997-ci il fevral
ayının 1-də Ulu öndərimiz
Heydər Əliyev I Gənclər Forumundan sonrakı bir il ərzində görülmüş
işlərlə əlaqədar
forum iştirakçıları ilə görüş keçirdi. Həmin görüş zamanı geniş və açıq müzakirə
üçün tribuna
gənclərin ixtiyarına
verildi. Görüşdə
gənclərlə bağlı
görülmüş işlər
barədə geniş
müzakirə getdi. Sabahı gün, fevral ayının 2-də
Ümummili Liderimiz Heydər Əliyevin Sərəncamı ilə
Azərbaycanda 2 fevral Gənclər Günü
elan edildi. Ölkəmizdə
bu günün xüsusi şəkildə
və yüksək səviyyədə qeyd edilməsi Ulu öndərin
adı ilə bağlıdır. Hər
il Gənclər Gününün
bayram kimi keçirilməsi dünya
şöhrətli dövlət
xadimi Heydər Əliyevin Azərbaycan və hətta dünya gənclərinə
misilsiz hədiyyəsidir.
Gənclər günü
MDB ölkələrində, eləcə də Şərqi Avropada ilk dəfə olaraq Azərbaycanda qeyd edilib. Dünya üzrə isə 1999-cu ildə BMT-nin qərarı ilə avqust ayının 12-sinin Ümumdünya Gənclər
Günü kimi qeyd olunması qərara alınıb.
Ulu Öndərimiz müasir
Azərbaycan gənclərini
Azərbaycanın gələcəyi
hesab edərək onlara böyük ümidlər bəsləyirdi.
Hərtərəfli dünyagörüşə
malik, qabaqcıl elmi və texnoloji bilikləri mükəmməl
öyrənmiş, fiziki
və mənəvi cəhətdən sağlam
gənclərə inanmağı
və etibar etməyi məsləhət
görürdü. İdarə
və təşkilatlarda,
eləcə də özəl şirkət və sair müəssisələrdə
onlara məsul işlər tapşırılmasını
istəyirdi.
Ümummilli liderimiz 2002-ci il aprelin 9-da
"Gənclər siyasəti
haqqında" Azərbaycan
Respublikası Qanununu imzaladı. Bu qanunu hazırladıb təsdiq etməkdə Ulu öndərin
əsas məqsədi
respublikamızda gənclər
siyasətini uğurla
həyata keçirmək
üçün möhkəm
qanunçuluq bazasını
formalaşdırmaq idi.
Ümummilli liderimiz, həmin qanunçuluq bazasına zəruri əlavə kimi, gənclərin sosial və iqtisadi yönümlü problemlərinin
həllinə kömək
edən, istedad, qabiliyyət və bacarıqlarının üzə
çıxarılmasına şərait yaradan və onların inkişafına dəstək
verən digər fərman və sərəncamlar da imzaladı.
Bu qanunda, eləcə
də fərman və sərəncamlarda, həmçinin dövlət
proqramlarında respublika
gəncləri cəmiyyəti
irəli aparan aparıcı qüvvə
kimi göstərilirdi.
Gənclər siyasətinin
düzgün yerinə
yetirilməsi dövlətin
və cəmiyyətin
qarşısına əsas
məqsəd kimi qoyulurdu. Ulu Öndərin Azərbəaycan gənclərindən
tələbi, istəyi
isə belə idi: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi
haqqında düşünməlidir".
Gənclər siyasəti hərtərəfli
dövlət siyasətinin
tərkib hissəsi olmaqla gənclərimizin ahəngdar inkişafının
və uğurlu gələcəyinin əsas
təminatçısı kimi
çıxış edir.
Dövlətimiz tərəfindən
gənclərə onların
ictimai qrup və birliklərinin təşkilatlanması, ictimai-siyasi
və iqtisadi fəallıqlarının daha
da artırılması üçün
hər cür diqqət, qayğı və köməklik göstərilir. Bu səbəbdən
yeni nəsil sayılan
müasir gənclərimiz
Ümummilli liderimizin yüksəltdiyi azərbaycançılıq
məfkurəsinə öz
sədaqətini və
sadiqliyini nümayiş
etdirirlər. Onlar
milli maraqları qorumaqla
bərabər, həm
də dünyanın yenilikçi və qabaqcıl gənclər birlikləri ilə inteqrasiya yolunu üstün tuturlar. Gənclərimiz dövlətimizin
beynəlxalq nüfuzunun
daha da artırılmasında,
zəngin mədəni
irsimizin qorunaraq düzgün təbliğ
edilməsində, dəyərli
ümumdünya təsrübəsindən
istifadə etməklə
milli vətəndaş cəmiyyətinin
möhkəmlənməsində və inkişaf etdirilməsində mühüm
rol oynayırlar. Eyni zamanda dövlətimiz
tərəfindən aparılan
gənclər siyasətinin
ana xəttini gənclərin
Vətənə və
torpağa güclü
sevgisi təşkil edir. Xalqa sədaqətli
və etibarlı olması ilə bərabər, dövlətçiliyimizə
dərin hörməti,
ordumuzun gücünə,
qüdrətinə və
qələbəsinə şəksiz
inamı gənclərimizin
müqəddəs borcu
kimi qəbul olunur.
Bu gün ölkəmizdə
bir sıra rəhbər vəzifələrdə,
o cümlədən hökumətdə,
orduda, özəl şirkətlərdə, digər
müəssisə, idarə
və təşkilatlarda
çalışan minlərlə
gəncimiz öz vəzifə borclarını
ləyaqətlə və
şərəflə yerinə
yetirirlər. Həmin
gənclər yüksək
təşkilatçıq və
idarəetmə bacarığı,
gərəkli qabiliyyəti
ilə seçilirlər.
Azərbaycan müstəqillik qazandıqdan
sonra elmin, təhsilin, təlim-tərbiyənin
ən yeni dünya standartlarına uyğun inkişafı gənclərimizin
layiqincə formalaşmasına
yaşıl işıq
yandırdı. Bunun başlıca
səbəbi ölkəmizdə
iqtisadi, texniki və hərbi sahədə qazanılan uğurlarla bağlıdır.
Gəncliyin sosial vəziyyətinin davamlı
yaxşılaşmasının bir mühüm səbəbi də gənclərimizə dövlət
tərəfindən ayrılan
böyük diqqət
və qayğının
ildən-ilə artırılmasıdır.
Qəlbində Vətənə
məhəbbət, torpağa
sevgi yaşadan, dövlətçiliyimizə və
qanunlarımıza, dövlət
rəmzlərinə hörmət
bəsləyən, hərtərəfli
bilik və bacarıqlara yiyələnən
savadlı və dünyagörüşlü gənclər
ölkəmizin sabahkı
qurucuları və idarəedənləridir.
Xarici ölkələrdə
təhsil alan gənclərimizin vəzifəsi,
təkcə həmin ölkələrin ali təhsil ocaqlarında oxumaq deyil, həm
də orada, Azərbaycanı layiqincə
təmsil etmək, dövlətimizin parlaq siyasi xəttini və milli maraqları, eləcə də adət və ənənələrimizi layiqli
səviyyədə təbliğ
etmək olmalıdır.
Ümummilli Liderimiz Heydər Əliyevin başlatdığı
uğurlu gənclər
siyasəti onun ən layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən misilsiz
müvəffəqiyyətlə davam etdirilməkdədir. Cənab Prezidentin ali siyasi iradəsinin,
atdığı məqsədyönlü
addımların nəticəsi
olaraq Azərbaycan gənclərinin ölkəni
durmadan irəli aparacaq böyük qüvvəyə çevrilməsi
yüksək səviyyədə
təmin edilib.
Respublika gənclərinə böyük diqqət və qayğı ilə yanaşılmasının
aydın göstəricisi
olan səmərəli
layihələr qısa
müddətdə hazırlanaraq
həyata keçirilib.
Azərbaycan Prezidenti cənab İlham Əliyev
2005-ci ilin 30 avqustunda imzaladığı Sərəncamla
"Azərbaycan Gəncliyi
Dövlət Proqramı"nı
(2005-2009-cu illər) təsdiq
edib. 2007-ci ilin respublikamızda "Gənclər
ili" elan edilməsi
Azərbaycan tarixində
çox əlamətdar
hadisəyə çevrilib.
Prezident İlham Əliyev
tərəfindən "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə "Dövlət
Proqramı"nın təsdiqi
barədə Sərəncam
imzalanması ilə ölkəmizin yeni uğurlarının
təməli qoyuldu.
Bu proqram müvəffəqiyyətlə
genişləndirilərək davam etdirildi və hər il minlərlə gəncimiz dünyanın qabaqcıl və nüfuzlu ali təhsil ocaqlarında oxumaqdadır.
Azərbaycanda gənclərə
Prezident Mükafatının
verilməsi onlara dövlət qayğısının
daha bir nümunəvi ifadəsidir.
Bu gün Azərbaycanın
dünyanın ən qabaqcıl idman ölkəsinə çevirilməsi
də respublikada gənclərə olan qayğıkeş münasibətin
təzahürüdür.
Təqdirəlayiq haldır ki, indi ölkəmizi hərtərəfli
inkişafa aparan yolda uğurla addımlayan gənclərimiz
ölkəmizin tərəqqisinə
öz töhfələrini
verməkdədirlər. Əminik ki, onlar Azərbaycanı mədəni və sosial-iqtisadi cəhətdən
sürətlə irəli
aparmaqla ölkəmizin
dünyada yüksələn
nüfuzunun daha da artması, qabaqcıl ölkələri
içərisində layiqli
yerini həmişəlik
tutması üçün
bundan sonra da və hər
zaman ürəkdən,
yorulmadan çalışacaqlar.
Zakir BAYRAMLI
Şair-publisist,
Azərbaycan Yazıçılar və
Jurnalistlər birliklərinin
üzvü
525-ci qəzet. - 2025.-
7 oktyabr (№181).- S.15.