Qarabağda meşələrin bərpası: ekosistem yenidən qurulur

 

İşğaldan azad edilən rayonların ərazi planlaşdırma sənədlərinə uyğun olaraq Zəngilan, Cəbrayıl, Ağdam Füzuli rayonlarında ümumilikdə 132 hektar yeni yaşıllıq sahəsi salınıb. Meşə fondu ərazilərinin minalardan partlamamış hərbi sursatlardan təmizlənməsi planları nəzərə alınmaqla Cəbrayıl, Zəngilan, Qubadlı Füzuli rayonları ərazisində ümumilikdə 286 hektar meşə fondu sahəsində əkin səpin işləri icra olunub.

Ekologiya təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyir ki, 2025-ci ilin payız əkin mövsümündə 240 hektar meşə fondu sahəsində əkin səpin işlərinin aparılması nəzərdə tutulur. Bununla bağlı, hazırda ərazilərdə torpaq hazırlığı işləri davam etdirilir.

Onun sözlərinə görə, Laçın Qubadlı yasaqlıqlarının bazasında təxminən 40 min hektar ərazidə ikinci yeni milli park yaradılacaq. "Böyük Qayıdış" proqramına uyğun olaraq 2027-2030-cu illər üçün dövlət proqramına əsasən tədbirlər planı hazırlanır. Azad olunan ərazilərdə əsas məsələlərdən biri təhlükəsiz bərk tullantıların idarə edilməsi ilə bağlı fəaliyyətdir. Kəlbəcər, Laçın, Ağdərə Xocalı rayonlarının ərazilərini əhatə etməklə salınması təklif olunan yeni milli parkın ilkin xəritə-sxemi hazırlanıb. Bu məsələ Prezidentin aidiyyəti xüsusi nümayəndəlikləri ilə razılaşdırılıb. Hazırda bu istiqamətdə zəruri sənədləşdirmə işləri davam etdirilir.

Ermənistan 30 ildən çox işğalı altında saxladığı Qarabağda böyük ekoloji terror əsdirib. Bu illər ərzində böyük meşə zolaqları qırılaraq ya yandırılaraq məhv edilib. İşğal illərində, xüsusilə Vətən müharibəsi zamanı mənfur düşmən tərəfindən meşələrin yandırılması Qarabağın təbiətinə böyük zərbə vurub. Eyni zamanda, bəzi ərazilərdə torpaqlarımızın flora ilə zəngin olan üst qatı yandırılıb məhv edilib.

İşğaldan azad edilən ərazilərdə aparılan monitorinq qiymətləndirmələrə əsasən, 260 311 hektar meşə fondu sahəsində sıx meşə ilə örtülü 54 327 hektar yaşıllığın, eləcə meşə fondu torpaqlarına aid olmayan ərazilərdə isə 1 milyonadək müxtəlif cinsli ağac kolların məhv edildiyi müəyyən edilib. Məhv edilən meşə qeyri-meşə sahələrində aparılmış monitorinqlər zamanı, ağac cinslərindən əsasən palıd, çinar, sərv, akasiya, ağcaqayın, göyrüş, fısdıq, cökə qoz, alma, ərik, armud, tut digərlərinə ciddi ziyan dəyib. Ot bitkilərindən isə İtikənarlı süsən, Kamilla süsəni, Kuznetsov əsməsi, Komarov birəotu, Qarabağ dağ laləsi, Sağsağan gülxətmisi, Şoranyer qarğasoğanı digər bitkilərə böyük həcmdə zərərin vurulduğu müəyyən edilib.

İşğal dövründə məhv edilmiş yaşıllıqların meşə sahələrinin bərpası məqsədilə mina təhlükəsizliyi məsələləri nəzərə alınmaqla, nazirlik tərəfindən ilkin mərhələdə 2022-2026-cı illərdə 1400 hektara yaxın ərazidə yeni yaşıllıqların salınması meşəbərpa tədbirlərinin həyata keçirilməsi planlaşdırılıb.

Ekologiya təbii sərvətlər nazirinin müavini Vüqar Kərimovun dediyinə görə, Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə həmin torpaqlarda ekoloji problemlər yaranmış, biomüxtəlifliyə ciddi ziyan dəymiş, yaşıllıqlar vəhşicəsinə məhv edilmiş, yandırılmış, yaxud təbii sərvətlərimiz qəddarcasına talan edilib. Azərbaycan ərazilərində törədilən ekoloji terror əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının kəsilməsi çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri yüz minlərlə əhalinin təhlükə altında qalması Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüzdür. Milli Ordumuzun əzmi sayəsində işğaldan azad edilən bütün Azərbaycan torpaqlarında təbii ekostemin bərpası da bu gün dövlətimiz qarşısında duran təxirə salınmaz vəzifələrdən biridir: "Ermənistanın işğalı zamanı dağıdılmış ekoloji tarazlığı bərpa etmək üçün Azərbaycanda, xüsusilə Qarabağda həyata keçirilən ağacəkmə təşəbbüsləri diqqətəlayiqdir. Qeyd etmək lazımdır ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası artırılması, su ehtiyatlarından dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Təsadüfi deyildir ki, işğaldan azad edilmiş Qarabağ Şərqi Zəngəzur, eləcə Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub. Azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl enerji növlərinin yaradılması yaşıl enerjinin dünya bazarlarına nəqli Azərbaycanın enerji siyasətinin prioritetidir".

Azərbaycanın işğaldan azad edilən ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yas?ıl artım konsepsiyasının tərkib hissəsi kimi işğaldan azad edilmiş ərazilərin "yas?ıl enerji" zonasına c?evrilməsi burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata kec?irilir.

İşğaldan azad edilən ərazilərdə ekoloji baxımdan mütərəqqi həllərin tətbiqi, enerji istehlakında qənaət imkanlarının genişləndirilməsi, pilot layihələrin həyata keçirilməsi, müasir texnologiyaların sınaqdan keçirilməsi, həmçinin monitorinq uçot mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı qərarlar qəbul edilib.

Millət vəkili Fatma Yıldırım deyib ki, 30 ildən artıq davam edən münaqişə nəticəsində Azərbaycanın Qarabağ bölgəsi həm sosial-iqtisadi, həm ekoloji baxımdan ciddi zərər görüb. Xüsusilə, meşə örtüyünün azalması, torpaq eroziyası, biomüxtəlifliyin pozulması su ehtiyatlarının tükənməsi regionun ekoloji balansını pozub. Hazırda bu ərazilərdə meşələrin bərpası təkcə ətraf mühitin deyil, həm iqtisadi inkişafın sosial sabitliyin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir: "Münaqişə dövründə Qarabağdakı təbii sərvətlər, o cümlədən meşələr nəzarətsiz şəkildə istismar edilmiş, yanğınlar, kəsimlər bəzən mina təhlükəsi nəticəsində geniş meşə sahələri məhv olub. Əldə olunan rəsmi məlumatlara peyk təsvirlərinə əsasən, bəzi bölgələrdə meşə örtüyü 30-50 faiz azalaraq torpağın eroziyaya məruz qalmasına səbəb olmuşdur".

İşğalaqədər Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında 43 min hektara yaxın xüsusi mühafizə olunan 2 dövlət təbiət qoruğu, 4 dövlət təbiət yasaqlığı olub. Postmüharibə dövründə onların yenidən bərpası nəzərdə tutulub. Erməni işğalçıları 30 il ərzində Avropanın yeganə təbii çinar massivindən ibarət olan Bəsitçay qoruğundakı ağacların yarıdan çoxunu kəsərək məhv ediblər. Həmçinin Qaragöl qoruğunun da böyük bir hissəsi qurudulub. Yasaqlıqların ərazisində olan meşə sahələrinin minlərlə hektarının kəsildiyi qeydə alınıb. Artıq bundan sonra həmin ərazilərdə davamlı tədbirlərin görülməsi zərurəti yaranıb.

Ekologiya Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması onun təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir: "On milli parkla kifayətlənmirik. Ölkə ərazisində yeni milli parkların yaradılması ilə bağlı tədqiqatlar aparılır. Nəinki milli parklar, həmçinin digər kateqoriyalı təbiət ərazilərinin yaradılması ilə bağlı işlərimiz var. Zaqatala qoruğunun nəzdində Zaqatala Biosfer Rezervatının yaradılması, həmçinin palçıq vulkanları kimi unikal təbiət komplekslərinin mühafizəsi məqsədilə məhz Bakı Abşeron yarımadasında Palçıq Vulkanları Qrupu Dövlət Təbiət Qoruğunun bazasında geoparkın yaradılması yaxın gələcəkdə həyata keçirəcəyimiz layihələrdən biridir. Eyni zamanda, mühafizə olunan ərazilərdən kənar ərazilərdə nadir nəsli kəsilməkdə olan flora növlərinin mühafizəsi məqsədilə ötən ildən etibarən Bakı Bakıətrafı ərazilərdə 10 mikrorezervat yaradılıb. Burada məhz "Qırmızı kitab"a düşmüş sayı kritik həddə azalmaqda olan bitki növləri qorunur".

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2025.- 8 oktyabr (№182).-S.15.