Azərbaycan
dramaturqu, nasir, maarifçi Süleyman Sani Axundovun xatirəsi
anılıb
Görkəmli yazıçı-dramaturq, pedaqoq,
ictimai xadim Süleyman Sani Axundovun anadan olmasının 150 illik
yubileyi münasibətlə Cəfər Cabbarlı adına
Respublika Gənclər Kitabxanasında biblioqrafik icmal və
virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan bildirilib ki, bildirir ki, biblioqrafik icmalda
Süleyman Sani Axundovun həyat və
yaradıcılığı, görkəmli şəxslərin
onun haqqında söylədikləri dəyərli fikirlər,
akademik Rafael Hüseynovun “Həyat qədər təbii”,
professor Fazil Qaraoğlunun “Tarixdə iz buraxanlar: Süleyman Sani
Axundov” adlı məqalələrinin tam mətni təqdim
edilib.
Kitabxananın rəsmi saytında
https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilən materialda
Süleyman Sani Axundovun müəllifi olduğu, Azərbaycan və
rus dillərində dərc edilən kitabların, onun
haqqında qələmə alınan nəşrlərin
biblioqrafik təsviri, qısa annotasiyası, dövrü mətbuat
nümunələrinin siyahısı sərgilənir.
Kitabxana əməkdaşları tərəfindən
hazırlanan virtual kitab sərgisində ədibin
“Seçilmiş əsərləri”, “Qaraca qız”, “Nurəddin”,
“Uşaqlıq həyatımdan xatirələr” kitabları ilə
yanaşı “Ədəbiyyatdan əbədiyyətə”,
“Şuşa mədəniyyətinin inciləri: Süleyman Sani
Axundov”, “Mülkədar oğlunun “qorxulu nağıllar” kimi
ömrü…” kimi məqalələrin tam mətni təqdim
edilib.
525-ci qəzet .- 2025.- 22 oktyabr (¹ 192).- S.12.