Şərqdə ilk dövlət
nəşriyyatı - “Azərnəşr”
“AZƏRNƏŞR”-100
Zəngin
tarixə və mədəniyyətə malik xalqımızın
elmi, ictimai-siyasi, təhsil və mədəni səviyyəsinin
yüksəlməsində, xalqın savadlanmasında Azərbaycan kitabının
böyük rolu olmuşdur və məlumdur ki, kitabın ərsəyə gəlməsi,
poliqrafiya prosesində
çap olunub oxucuya çatdırılması
nəşriyyatın, mətbəənin
əməyidir. Ölkəmizdə
bu sahədə mühüm rol oynayan nəşriyyatlardan
biri və ən birincisi Azərbaycan Dövlət Nəşriyyatı - “Azərnəşr”dir.
Qeyd etmək yerinə düşər
ki, Şərq dünyasında
bir çox ilklər Azərbaycandan başladığı kimi,
rəsmi kitab nəşri
ilə məşğul
olan ilk dövlət nəşriyyatı da ölkəmizdə
fəaliyyətə başlayıb.
“Azərnəşr”in 100 il öncə
fəaliyyətə başlaması
respublikamızın ictimai-siyasi,
təhsil və bir çox sahələrində böyük
hadisə hesab edilirdi. Kitabının sahəvi quruluşunda, seriyalarla kitab buraxılışında,
tədris kitablarının
yaranmasında və
kitab tipologiyasının formalaşmasında
bədii-texniki tərtibatın
keyfiyyətinin yaxşılaşmasında
“Azərnəşr” böyük
rol oynamış, bu sahənin məktəbinə çevrilmişdir.
Dünya klassiklərinin
ən gözəl əsərlərini, elmin və texnikanın qabaqcıl nailiyyətlərinə
aid dünya alimlərinin
dəyərli kitablarını
ilk dəfə “Azərnəşr”
doğma dilimizdə nəşr etmişdir.
Ötən əsrin ilk illərində
Bakıda gizli şəkildə fəaliyyət
göstərən “Nina”, “Orucov
qardaşları” və
digər özəl mətbəə-nəşriyyatlar fəliyyət göstərsə
də, onlar daha çox qəzet nəşri ilə məşğul olublar, kitab sahəsindəki
fəaliyyətlərindən geniş bəhs edə bilmərik. Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq
fəaliyyəti dövründə
kitab nəşrinə xüsusi
diqqət göstərsə
də, bolşevik işğalı bunu gerçəkləşdirməyə fürsət verməmişdi.
Lakin maarifə, irfana,
cəmiyyətin savadlanmasına
üstünlük verən
AXC hökuməti mətbuatı
milli mədəniyyətimizin mühüm tərkib hissəsinə çevirə
bilmişdi.
Kitab nəşri tariximizlə bağlı bir sıra araşdırmalarda
Şərqdə ilk rəsmi
dövlət nəşriyyatı
kimi fəaliyyətə
başlayan “Azərnəşr”in
yaranma tarixi 1920-ci il göstərilir. “Kommunist”
qəzetinin o vaxtkı
səhifələrində Azərbaycanda
poliqrafiyanın mərkəzləşmiş
təşkilinə və
inkişaf etdirilməsinə
1920-ci ilin may ayından
başlandığı qeyd
edilir. Mənbələr
göstərir ki, nəşriyyatın
yaradılması Azərbaycan
SSR İnqilab Komitəsinin sədri
Nəriman Nərimanovun
diqqətində olan ən vacib məsələlərdən
biri olmuş, 1920-ci il
iyunun 9-da mətbuat və dövlət nəşriyyatı şöbəsi
- “Azərmərkəzimətbuat” yaradılması haqqında
8 paraqrafdan ibarət
40 saylı dekret imzalamışdır. Dekretin
birinci paraqrafında deyilir: “Bütün komissarlıqların və
idarələrin, partiya
və sovet təşkilatlarının nəşriyyat
fəaliyyətini mərkəzləşdirmək
məqsədilə Xalq
Maarifi Komissarlığının
yanında Azərbaycan
Mətbuat şöbəsi
və Dövlət Nəşriyyatı - “Azərmərkəzimətbuat”
təsis edilsin. Nəriman Nərimanov nəşriyyatda ilk növbədə,
elmi-kütləvi ədəbiyyatın,
dərsliklərin və
dərs vəsaitlərinin
nəşrinin həyata
keçirilməsinə çalışır
və buna nail olur. Bununla da “Azərmərkəzimətbuat”ın
- “Azərnəşr”in əsası
qoyulur və ilk müdiri Ağababa Yusifzadə olur.
Lakin “Azərnəşr” adı
ilə rəsmi fəaliyyəti 1925-ci ildən
götürülüb.
lll
Mətbuat sarayının tikilib
istifadəyə verilməsinə
qədər “Azərnəşr”
Morskoy (indiki Bülbül prospekti) və Krasno-Xristovski (indiki Şeyx Şamil) küçələrinin
tinində yerləşmiş
və fəaliyyət
göstərmişdir. Tarix
üzrə fəlsəfə
doktoru Leyla Abasovanın
zəngin faktlara əsaslanan “Azərbaycan Dövlət Nəşriyyatı
- “Azərnəşr”in yaranması
və fəaliyyəti”
adlı monoqrafiyasında
göstərilir ki, 1920-ci ildə
“Azərnəşr” də
əski əlifbada bir neçə dərslik nəşr olunub. Rəşad Qafur: “Birinci dərəcənin sinfinə
məxsusdur” (1920), Harun Əl
Rəşid: “İkinci
dərəcəli məktəblərə
məxsusdur” (1920), Cəmo
Cəbrayılbəyli “Heyvanat
dərsləri” və
sair. 1924-1925-ci illərdə
məktəblər üçün
müxtəlif dərsliklər
nəşr etmiş, uşaq ədəbiyyatı,
bədii ədəbiyyat,
təbliğat-təşviqat, hərbi, xüsusilə də ayrı-ayrı elm sahələri üzrə
kitabların nəşrinə
nail olmuşdur. 1923-1933-cü illər ərzində 1840
adda 11587,4 min nüsxə Azərbaycan
dilində, 363 adda 1423,8 min nüsxə
rus dilində, 3431
adda, yəni 19499,5 min nüsxə
ümumi tirajla kitab nəşr olunmuşdur.
1927-ci il noyabrın 8-də Bazarnı
(indiki Azərbaycan) və Zeytuyev küçələri arasında
(indiki Sabir bağının
yanı) Azərbaycan Dövlət Nəşriyyatının
yeni tikiləcək binasının
- Mətbuat sarayının
bünövrəsi qoyulur.
Təməlatma mərasimində
Maarif Komissarı Ruhulla Axundov çıxış edərək,
yeni binanın əhəmiyyətindən
bəhs edir.
1933-cü
ildə “Azərnəşr”in
şərəfinə tikilmiş
Mətbuat sarayı
tam şəkildə istifadəyə
verilir. O vaxta qədər ölkəmizdə
kitab ticarəti ilə
məşğul olan xüsusi müstəqil dövlət dövlət
müəssisəsi olmadığına
görə, “Azərnəşr”in
yanında kitab ticarəti
ilə məşğul
olan xüsusi idarə də yaradılır. Hazırda
bu tarixi bina Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin reysterində
yerli əhəmiyyətli
memarlıq abidəsi statusi altında qeydiyyata alınışdır.
Həmin tarixdən
1995-ci ilədək “Azərnəşr”
bu binada fəaliyyət göstərib.
Bu illər ərzində
onlarla seriyada müxtəlif elm sahələrinə
dair saysız-hesabsız
kitablar çap olunub. “Azərnəşr”
yarandığı gündən
2001-ci ilə qədər
müstəqil dövlət
müəssisəsi kimi
fəaliyyət göstərmiş,
ölkəmizdə keyfiyyət
və kəmiyyət etibarilə ümumi kitab məhsulunun 50 faizə qədərini əhatə
etmişdir. İndiyədək
milyonlarla tirajla on minlərlə adda kitab nəşr
olunub. Vaxtilə respublikamızda fəaliyyət
göstərən “Maarif”,
“Gənclik”, “Yazıçı”,
“İşıq” kimi nəşriyyatlar “Azərnəşr”in
müvafiq redaksiyalarının
bazası əsasənda
yaradılmışdır.
O binada vaxtilə “Azərnəşr”lə yanaşı, “Gənclik” nəşriyyatı, “26-lar mətbəəsi”
və digər müvafiq sahələr fəaliyyət göstərirdi.
Məlumatlata görə
bina hazırda fəaliyyətsizdir. Çox
istərdik ki, Mehdi Hüseyn
küçəsi 61, dalan
2, ev 3 ünvanında
şəxsi evdə fəaliyyət göstərən
“Azərnəşr” 100 illiyi
ərəfəsində öz
evinə dönsün.
Qeyd edək ki, 4 mərtəbədən ibarət
Mətbuat sarayında
təkcə biz deyil, bir çox mətbuat orqanı və ya nəşriyyatlar
da fəaliyyət göstərə
bilər.
lll
“Azərnəşr” tarixən
tərcümə ədəbiyyatının
məktəbi olub. Bu barədə tədqiqatçıların
əsərlərində geniş
bəhs olunub. Nəşriyyatın fəaliyyətə
başladığı ilk günlərindən
tərcümə redaksiyasının
əsası qoyulub.
1925-1933-cü illərdə “Azərnəşr”də 12
tərcüməçi ştatı
olub və bu ştatlarda Əhməd Cavad. Yusif Vəzir Çəmənzəminli, Cəfər
Cabbarlı, Məmməd
Səid Ordubadi, Xəlil İbrahim, Nigar Rəfibəyli və bir çoxları müqtədir tərcüməçilər
kimi yetişib və çalışıblar.
Başda Qorki, Tolstoy, Puşkin, Dostoyevski olmaqla, bütün rus yazıçılarının
əsərləri və
poeziyası, həmçinin
dünya klassikləri
- Şekspirin, Şillerin,
Hötenin, Firdovsinin, Rəşad Nuri Güntəkinin,
Fransın, Rablenin, De Servantesin və başqalarının əsərləri
ən mükəmmə
şəkildə doğma
dilimizə çevrilib
yüksək tirajla çap olunub. “Azərnəşr”in direktoru,
görkəmli ziyalı
Azər Mustafazadə ömrünün son günlərinədək
tərcümə işi
ilə məşğul
olurdu.
lll
XX əsr Azərbaycanın görkəmli ziyalılarının,
ictimai-siyasi və mədəniyyət xadimlərinin,
yazıçı və
şairlərinin bir çoxunun əmək və yaradıcılıq
yolu “Azərnəşr”dən
keçmişdir. Bura sanki
bir elm, mədəniyyət,
təhsil mərkəzi
olub. Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli,
Ömər Faiq Nemanzadə, Vəli Xuluflu, Məmməd Səid Ordubadi, Ahmet Triniç, Əhməd Cavad və daha
neçə-neçə böyük
ziyalılarımız “Azərnəşr”də direktor,
baş redaktor, redaktor və tərcüməçi kimi
çalışmış, özləri də yazıb-yaratmış, kitabları
nəşr olunaraq, oxucuya çatdırılmışdır.
Ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə
ölkəmizdə kitab nəşri
zirvə nöqtəsinə
çatmışdır. Azərbaycan
ədəbiyyatının təkamülü
hesab edilən həmin dövrdə yaranmış bədii əsərlər, maraqlı
romanlar, povestlər, şerlər, dünya ədəbiyyatı incilərindən
tərcümələr “Azərnəşr”in
qrifi ilə yüksək tirajlarla çap olunaraq oxuculara çatdırılırdı.
1975-ci ildə SSRi Ali Soveti Rəyasət Heyətinin qərarı ilə “Azərnəşr”in
50 illik yubileyi dövlət səviyyəsində
qeyd edilmiş, Sovet Sosialist Respublikaları arasında
ilk dəfə olaraq “Xalqlar dostluğu” ordeninə layiq görülmüşdür.
Ulu öndərin ikinci dəfə hakimiyyətə
gəlişindən sonra
onun siyasi və dövlətçilik
fəaliyyətini əhatə
edən “Müstəqilliyimiz
əbədidir” çoxcildliyi
tam 46 cilddə özünün
sağlığında “Azərnəşr”
tərəfindən nəfis
tərtibatda çap olunub geniş oxucu kütləsinə çatdırılmışdır. Cənab Prezidentin
2023-cü ilin “Heydər
Əliyev İli” elan edilməsi
ilə əlaqədar
müvafiq sərəncamından
sonra və kollektivimiz gələn tələbləri nəzərə
alaraq “Müstəqilliyimiz
əbədidir” külliyyatının
təkrar nəşrinə
başladı.
1990-cı
ilin 20 Yanvar hadisələrini də
ilk dəfə “Azərnəşr”
gizli şəkildə
“Qara Yanvar” adlı kitabı rus dilində nəşr edərək dünyaya çatdırmışdır.
Nəşriyyatımız bütün
dövrlərdə fəaliyyətində
milli dəyərlərə, dövlətin siyasətinin
təbliğinə, xüsusilə
vətən tarixinə,
Qarabağ probleminə,
qondarma erməni soyqırımının ifşasına
aid nəşrlərə xüsusi
diqqət yetirib.
Müstəqillik illərində “Azərnəşr”
əhəmiyyətli nəşrlərdən
biri də qondarma erməni soyqırımını puça
çıxardan 4 dildə
(rus, ingilis, fransız, alman) 17 adda kitabın
çap edilməsidir.
Kollektivi mühüm bir seriya üzərində
işləməyi öhdəsinə
götürmüşdü. Direktor, böyük ziyalımız, rəhmətlik
Azər Mustafazadə və baş redaktor Əlövsət Ağalarovun rəhbərliyi
və gərgin əməyi ilə başa gələn həmin kitabların müəllifləri alman, ingilis,
erməni və digər xalqların tədqiqatçıları idilər.
Bu kitablar 2015-ci ildə
- qondarma erməni soyqırımının 100 illiyi
ərəfəsində yüksək
tərtibatda nəşr
olunaraq bütün beynəlxalq kitab sərgilərində
nümayiş olundu.
lll
Düz
30 il Qarabağ problemindən,
işğalın xalqımıza
gətirdiyi faciələrdən,
Xocalı soyqırımından,
bu məzmunda şairlərin şeirlərindən,
bədii əsərlərdən
ibarət kitablar çap etdik. 2020-ci ildən isə qələbə və zəfər kitabları çap edirik. Bu qüruru bizə yaşatdığı üçün
uca Yaradana, müqəddəs şəhidlərimizə
və Müzəffər
Ali Baş Komandanımıza
minnətdarıq. “Azərnəşr”
44 günlük Vətən
müharibəsinə, Qarabağ
mövzusuna xüsusi diqqət yetirir və bu sahədə
müstəsna fəaliyyətini
davam etdirir. Ziyadxan Əliyev “Şuşa təsviri incəsənətdə”, Taleh
Cəfərov “Türk
xalqları və dövlətinin tarixi”, Fazil Zeynalov “Şuşa müqəddəs
Azərbaycan şəhəri”,
“Xocavənd şəhidlərinə
həsr olunmuş: Vətən sizə minnətdardır”, Azərbaycan
mətbuatının 150 illiyinə
həsr olunmuş “150
ilin söhbəti” və onlarla maraqlı kitabları nəşr olunub. Son günlər dünya şöhrətli alim Rafiq Əliyevin
“Qeyri-səlis Məntiq”
və tarix elmləri doktoru, professor Mehman Süleymanovun Asiyanın sonuncu böyük fatehi Nadir şah Əfşarın həyat və hərbi fəaliyyətindən
bəhs edən “Nadir şah” romanı da yüksək keyfiyyətdə
nəşr olunmuşdur.
2001-ci ildən Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin tabeliyində
fəaliyyət göstərən
“Azərnəşr”in kollektivi
2008-ci ildən Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin
dövlət başçısı
kimi işə başladığı gündən
bütün siyasi və dövlətçilik
fəaliyyətini “İnkişaf
- Məqsədimizdir” adlı
çoxcildlikdə ən
yüksək poliqrafik
keyfiyyətdə nəşr
edir. Hazırda
146-cı cildi nəşrə
hazırlayırıq.
Kollektivimiz böyük Qələbəmizin
5 illiyi ərəfəsində
böyük ruh yüksəkliyi ilə çapa hazırladığı
“Zəfər”. Tam və
Qəti Qələbə”
kitabı 44 günlük
Vətən müharibəsinin
anbaan zəngin məlumatlarını özündə
əks etdirir. Bu kitab gələcək nəsillər
üçün vətənpərvərlik,
dövlətçilik dərsidir.
Rəsmiyyə QARAYEVA
“Azərnəşr”in redaktoru
525-ci qəzet 2025.- 29 oktyabr (¹ 197).- S.14.