Regionların inkişafı Prezidentin daimi diqqətindədir
Pərvanə SULTANOVA
pervane525@mail.ru
Prezident
İlham Əliyevin Azərbaycanın
bölgələrinə mütəmadi
səfərləri regionların
sosial-iqtisadi inkişafına
təkan verməklə
yanaşı, aparılan
işlərlə yerində
tanış olmaq baxımından da mühüm
əhəmiyyət daşıyır.
Bu gün həm azad olunmuş ərazilərdə yüksək
səviyyədə bərpa-quruculuq
işləri aparılır,
uzun illərin yurd həsrətindən sonra doğma torpaqlarına qayıdan insanlar üçün layiqli həyat şəraiti təmin edilir, həm də digər bölgələrimizin sosial-iqtisadi
inkişafı diqqətdədir,
infrastrukturun modernləşməsi,
yenilənməsi, yeni müəssisələrin
açılması, iş
yerlərinin yaradılması
istiqamətində ardıcıl
işlər davam etdirilir.
Dövlət başçısı regionlara hər səfərində yeni obyektlərin
açılışlarında və təməlqoyma mərasimlərində iştirak
edir, görülən
və həyata keçiriləcək işlərlə
yerindəcə tanış
olur, tapşırıq
və tövsiyələrini
verir.
Prezident
bununla bağlı bildirib: “Mənim də bölgələrə
səfərlərim həm
nəzarət üçün
bir vasitədir, yəni verdiyim tapşırıqlar necə
yerinə yetirilir, eyni zamanda, növbəti
tapşırıqlar, tövsiyələr
verilir ki, bizim bəyan etdiyimiz bütün hədəflər
- ilk növbədə, insanların
rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən
sosial infrastrukturla bağlı işlərin
aparılması bölgələrdə
təmin edilsin. Bir sözlə, Azərbaycan bölgələrinin ümumi
inkişafı həm
sosial xarakter daşıyır, eyni zamanda, ölkəmizi gücləndirir”.
Dövlət başçısının regionlara səfərləri
bölgələrin yüksəlişinin
davamlı sosial-iqtisadi
inkişaf strategiyasının
mühüm tərkib
hissəsi olduğunu bir daha təsdiqləyir.
Prezident
İlham Əliyev oktyabrın
28-də Sabirabad, İmişli,
Cəbrayıl və Zəngilan rayonlarına səfər edib. Dövlət başçısı
Sabirabad və İmişlidə bir sıra yeni müəssisələrdə
olub. Belə ki, Prezident Sabirabad Sənaye Məhəlləsində
“Humix” Məhdud Məsuliyyətli Cəmiyyətinin
aqrokimyəvi vasitələrin
istehsalı müəssisəsinin
fəaliyyəti, “Azera
Toxumçuluq” Məhdud
Məsuliyyətli Cəmiyyətinin
toxum istehsalı müəssisəsinin, “Taşobası”
Məhdud Məsuliyyətli
Cəmiyyətinin pambıq
emalı zavodunun, “Fırtına Su Sistemləri” Məhdud Məsuliyyətli Cəmiyyətinin
su filtrlərinin istehsalı müəssisəsinin
fəaliyyəti ilə
tanış olub.
İmişlidə isə “Promalt” Məhdud Məsuliyyətli
Cəmiyyətinin arpa
emalı müəssisəsinin
açılışında iştirak edib.
Dövlət başçısının bu regionlara səfəri
bir daha onu göstərir ki, azad edilmiş ərazilərin bərpası
prioritet təşkil etsə də, heç bir region dövlətin diqqətindən
kənarda qalmır. Məqsəd bütün regionların yüksək
inkişafına nail olmaq,
vətəndaşlarının rifahının təminidir.
Prezident
həmin gün Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin
açılışında iştirak edib. Xatırladaq ki, Horovlu kəndi 1993-cü ildə
Ermənistan tərəfindən
işğal edilmişdi.
2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu kəndi işğaldan azad edib. Bu kəndin
təməlini Prezident
İlham Əliyev 2023-cü ilin mayında qoyub. Ümumi sahəsi 248 hektar olan Horovlu kəndində
334 fərdi ev inşa edilib və hər biri müasir kommunikasiya şəbəkəsi
ilə təmin olunub.
Dövlət başçısı səfər zamanı Cəbrayıl şəhər
məscidinin təməlini
qoyub. İşğaldan
əvvəl Cəbrayıl
rayonunda 5 məscid,
40-dan çox ziyarətgah,
20-dən artıq tarixi-memarlıq
abidəsi olub. İşğal dövründə
digər ərazilərimizdə
olduğu kimi, bu rayondakı tarixi-dini abidələrimiz
də ermənilər
tərəfindən məhv
edilib. Torpaqlarımızın
işğaldan azad edilməsindən sonra Qarabağın və Şərqi-Zəngəzurun tarixi-dini
və mədəni abidələrinin bərpası,
yenilərinin inşası
istiqamətində Azərbaycan
dövləti tərəfindən
mühüm işlər
görülüb. Bu xüsusda
2017-ci ildə Cocuq Mərcanlı kəndində
inşa edilən, Şuşa məscidinin bənzəri olan məscidi qeyd etmək olar.
Dövlət başçısı, həmçinin Cəbrayıl
şəhərində ikinci
və üçüncü
yaşayış komplekslərinin
təməlini qoyub. Hacıqabul-Bəhrəmtəpə-Ermənistan
Respublikası ilə dövlət sərhədi
avtomobil yolunun 197-ci kilometrindən Cəbrayıl
rayonu ərazisində
inşa olunan “Şəfəq” Günəş
Elektrik Stansiyasına gedən avtomobil yolunun açılışında
iştirak edib, eyni zamanda, Cəbrayıl
rayonunun Şahvəlli
kəndində hər
birinin gücü 50 meqavat olan “Şəms”
və “Üfüq” Günəş Elektrik stansiyalarının təməlini
qoyub.
Prezident
Zəngilan rayonunun Ağalı kəndinin
2-ci mərhələsinin və
Məmmədbəyli kəndinin
açılışlarında iştirak edib. Ağalı kəndinin ikinci mərhələsində
istifadəyə veriləcək
evlərin sayı 103 ədəddir. Dövlət
başçısı azad
edilmiş ərazilərə
səfərləri zamanı
sakinlərlə görüşür,
onlara mənzillərinin
açarlarını şəxsən
təqdim edir. Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşən
Prezident, kəndə köçən sakinlərə
mənzillərin açarlarını
təqdim edib. Görüş zamanı ölkə başçısı
bildirib ki, Horovlu kəndi Vətən müharibəsinin ilk həftəsində
erməni işğalından
azad edilib və əslində, bizim Zəfər yürüşümüz bu
bölgələrdən başlayıb:
“Cəbrayıl, Füzuli
istiqamətində irəli
gedən bizim əsgər və zabitlərimiz düşmənin
bir neçə müdafiə xəttini yara bilmiş, beləliklə, gələcək
Zəfər yürüşümüzü
şərtləndirmişlər. Allah şəhidlərimizə rəhmət
eləsin. Onların əziz xatirəsi daim bizim qəlbimizdə
yaşayır, yaşayacaq.
Düz beş il bundan əvvəl bu ərazi işğaldan azad edildi və
bu şanlı tarix hər zaman bizim qəlbimizdə yaşayacaq. Bir neçə
gündən sonra biz tarixi Zəfərimizin beşinci ildönümünü
qeyd edəcəyik. 8 Noyabr - Zəfər Günü bizim tariximizdə olan ən parlaq səhifədir. Beş il bundan əvvəl tarixi Zəfərimiz bütün dünyaya səs salıb.
Azərbaycan xalqı mərd
xalqdır, qəhrəman
xalqdır, iradəli xalqdır, öz torpağına bağlı
olan xalqdır. Biz sübut etdik ki, işğalla barışmaq
fikrində deyildik, halbuki bunu dəfələrlə
bəyan etmişdik. Döyüş meydanında
300-dən çox şəhər,
qəsəbə, kənd
azad edildi və Ermənistan kapitulyasiya aktına imza ataraq təslim
olmağa məcbur oldu”.
Dövlət başçısı deyib ki, o gündən bu yana quruculuq
işləri ilə məşğuluq. Bu gün
bütün Qarabağ
və Şərqi Zəngəzur tikinti meydançasıdır. Artıq
50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda
yaşayır, çalışır,
təhsil alır: “Onlardan təqribən 20
mini keçmiş köçkünlərdir
ki, öz vətəninə,
doğma torpağına
qayıdıblar. Qalanlar
isə müxtəlif
işlərdə işləyən
vətəndaşlardır. “Böyük Qayıdış”ın
əyani sübutu bu gün gözünüzün
önündədir. Belə
gözəl şərait
yaratmaqla Azərbaycan dövləti bir daha öz siyasətini
göstərir. İşğal
dövründə ovaxtkı
köçkünlərlə çoxsaylı görüşlərimdə
mən demişdim ki, torpaqlar işğaldan azad olunandan sonra şəhərlərimiz,
kəndlərimiz yenidən
qurulacaq, əvvəlkindən
daha gözəl olacaq. Bugünkü gün bu sözlərin
əyani sübutudur.
Bu gün sizin həyatınızda yeni dövr
başlayır. Siz uzun illər - 30 il ərzində ağır şəraitdə köçkün,
qaçqın həyatını
yaşamısınız, mənəvi
əzablar çəkmisiniz.
Xüsusilə işğalın
ilk mərhələsində köçkünlərin mütləq
əksəriyyəti çadır
şəhərciklərində yerləşmişdir. Ona görə
bugünkü reallıq,
bugünkü gün,
o cümlədən ədalətin
təntənəsidir. Ədalətə
inanmaq və onu təmin etmək lazımdır. Bax, bizim xalqımız
həm ədalətə
inanıb, həm də onu təmin
edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq
və bu gün gözəl həyat qururuq”.
Prezident
İlham Əliyev oktyabrın
28-də Zəngilan rayonunun
Məmmədbəyli və
Ağalı kəndlərinin
sakinləri ilə görüşüb, sakinlərə
mənzillərin açarlarını
təqdim edib. Ağalı kəndi Böyük Qayıdışın
ilk ünvanıdır. Ağalıda
"Ağıllı kənd"
layihəsinin təməli
2021-ci ilin aprelində
dövlət başçısı
tərəfindən qoyulub.
2022-ci il iyulun 19-dan etibarən
Ağalı kəndinə
mərhələlərlə köç başlayıb.
Dövlət başçısı sakinlərlə görüş
zamanı bu məqama toxunaraq deyib: “Bu gün “Böyük Qayıdış”ın
növbəti mərhələsidir.
Bilirsiniz ki, biz “Böyük
Qayıdış” Proqramının
başlanğıcını da Zəngilan rayonunda qoyduq. Birinci kənd - Ağalı kəndində artıq üç il yarımdır
ki, insanlar yaşayır
və çox gözəl şərait yaradılmışdır və
gözəl də saxlanılır. Mən indi Ağalının içi ilə keçdim və yeni binalarla tanış olarkən gördüm ki,
bütün həyətyanı
sahələr sanki gözəl bir bağa çevrilib. Biz buranı keçmiş köçkünlərə təhvil
verəndə qupquru bir yer idi.
Necə ki, indi Məmmədbəyli kəndində
də hələ ki,
o qədər də çox ağac yoxdur. Ancaq illər
keçdikcə vətəndaşlar
özləri qurub-yaradırlar,
əkib-becərirlər. Dövlət
nə lazımdırsa
edib, sizi gözəl şəraitlə
təmin edib və əminəm ki, siz burada rahat
yaşayacaqsınız. Siz
buna layiqsiniz”.
Ermənilər 30 ilə yaxın
işğal müddətində
Azərbaycan ərazilərini
viran qoydular, tamamilə dağıtdııar,
9 şəhəri və
yüzlərlə kəndi
yerlə-yeksan etdilər.
İslam dininə məxsus
67 məsciddən 65-ni tam dağıdıb,
digərlərində isə
donuz saxlamaqla dünya müsəlmanlarını
təhqir etdilər.
Bu gün Azərbaycan
öz doğma torpaqlarını yenidən
qurur və bərpa edir. Qısa müddət ərzində Azərbaycanın
sıfırdan apardığı
işlər miqyasına
görə bəlkə
də heç bir dövlətin bacarmayacağı işlərdir.
Amma təkcə miqyas
deyil, eyni zamanda, bütün bərpa-quruculuq işləri
yüksək keyfiyyətlə,
müasir standartlar tətbiq ediıməklə
aparılır. Bu da Azərbaycan
vətəndaşı üçün
layiqli həyatını
təmin etməkdən
irəli gəlir.
Dövlət başçısının dediyi kimi, ermənilər
dədə-baba torpaqlarımızı
viran qoyub, biz isə qurub-yaradan xalqıq: “Biz düşməni
torpaqlarımızdan qovmuşuq.
İndi də doğma
torpağımızda qurub-yaradırıq,
şərait yaradırıq,
binalar, məscidlər
tikirik, tarixi abidələri bərpa edirik. Yəni biz - bu torpaqların sahibləri qayıtmışıq
və burada əbədi yaşayacağıq”.
525-ci qəzet 2025.- 30 oktyabr (¹198).- S.5.