“Fermerlərin bazara birbaşa
çıxış imkanları məhduddur”
"Bu gün fermerlərin üzləşdikləri ən
böyük problemlərindən biri onlara bazara birbaşa
çıxış imkanlarının olmamasıdır.
Sözügedən problem səbəbindən onlar məhsullarını
bazara çıxara bilmirlər. Onların bu çarəsiz vəziyyətindən
istifadə edən iş adamları fermerlərin
yetişdirdiyi məhsulu ucuz qiymətə alıb
istehlakçılara daha baha qiymətə satırlar. Yəni,
fermerlərlə müqayisədə iş adamları
onların məhsulundan daha çox qazanc əldə edir".
Bunu 525.az-a açıqlamasında iqtisadçı
ekspert Natiq Cəfərli bildirib. O qeyd edib ki, bu sahədə
çalışan minlərlə fermer torpağı becərir,
məhsul yetişdirir, amma öz əməyinin
qarşılığını layiqincə ala bilmir. Araya girən
vasitəçilərin qiymətləri manipulyasiya etməsidir.
Nəticədə, fermer ucuz satır, istehlakçı isə
baha alır, qazanan isə yalnız alverçi iş
adamları olur:
"Fermerlərin istehsal etdiyi məhsul
istehlakçıya çatana qədər bir neçə əldən
keçir. Bu prosesdə əsasən iri alverçilər,
topdansatışçılar və bazar nəzarətçiləri
iştirak edir. Fermerlər kənddə məhsulu satmaq məcburiyyətində
qalır, çünki məhsulu bazara çatdırmaq
üçün nəqliyyat vasitəsi yoxdur".
Sevinc Qarayeva
525-ci qəzet .- 2025.- 5 sentyabr (¹ 159).- S.6.