UNEC üçün prioritet:
milli dildə yüksək
keyfiyyətli təhsil
modeli
Azərbaycan Dövlət İqtisad
Universitetində (UNEC) milli dildə
təhsil verən, beynəlxalq standartlara uyğun səriştələrə
malik məzunlar yetişdirən
keyfiyyətli təhsil
modeli tətbiq edilir. Bu model çərçivəsində
ana dilində yüksəksəviyyəli
təhsil təmin olunmaqla yanaşı, tələbələrin xarici
dildə sərbəst
ünsiyyət və peşəkar bacarıqlara
yiyələnməsi əsas
hədəflərdən biri
kimi müəyyənləşdirilib.
UNEC rektoru, professor Ədalət
Muradov deyir ki, rəhbəri
olduğu universitet
milli dildə yüksəkkeyfiyyətli
təhsil verməklə,
tələbələrinin müasir
bilik və bacarıqlara yiyələnməsini
hədəfləyir: "Məqsədimiz
milli dildə təhsili
qorumaqla, beynəlxalq təhsil standartlarına uyğunluğu özündə
birləşdirən keyfiyyətli
təhsil modelini tətbiq etməkdir. Bu yanaşma tələbələrə
ana dilində keyfiyyətli
təhsil almaqla yanaşı, onların qlobal əmək bazarında rəqabətqabiliyyətli
mütəxəssis kimi
yetişməsinə zəmin
yaradacaq".
Ədalət Muradovun sözlərinə
görə, müasir
dövrdə seçdiyi
sahə üzrə peşəkar mütəxəssis
olmaq, uğurlu karyera qurmaq və beynəlxalq əmək imkanlarından
faydalanmaq üçün
xarici dili, xüsusilə ingilis dilini bilmək artıq zərurətə
çevrilib. Bu baxımdan,
xarici dilin tədrisi UNEC-də bacarıq kimi deyil, təhsilin ayrılmaz hissəsi kimi qəbul edilib.
Universitetin maddi-texniki bazası
müasir tələblərə
uyğunlaşdırılıb, keyfiyyətli təhsil mühiti yaradılıb, elmi-tədqiqatların istiqamətləri
genişləndirilib. Ölkədə
ilk dəfə rəqəmsal
universitet modelinə keçid, tədris prosesinin tamamilə rəqəmsallaşdırılması, müəllimlərin reytinqinin
müəyyənləşdirilməsi məhz UNEC-də həyata keçirilib.
UNEC-də qiymətləndirmə
ilə əlaqədar
yeni mərhələyə qədəm qoyulub. Bu mərhələdə əsas
məqsəd obyektivliyi,
şəffaflığı tam təmin etməkdir. İnformasiya və kommunikasiya texnologiyalarının
UNEC-də tətbiqi isə təkcə modern təhsilə keçidi deyil, eyni zamanda,
idarəetmə sisteminin
şəffaflığını təmin edib. Ölkədə ilk dəfə
olaraq məhz UNEC-də 7 gün 24 saat fəaliyyət göstərən, eyni zamanda, zəngin fonda malik, müasir resurslarla təchiz edilən elektron kitabxana yaradılıb.
Azərbaycan Dövlət İqtisad
Universiteti artıq dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşmaq mərhələsindədir.
UNEC Azərbaycan təhsil
sistemində və universitet modelinin tanıtımında ciddi yeniliklərə imza atmaqla kifayətlənməyən,
öz missiyasını
daha irəli götürmək istəyən
bir təhsil brendidir.
UNEC sürətli islahatlar aparılan və inkişaf edən Azərbaycan iqtisadiyyatını
lazımi kadrlarla təmin edən əsas mənbədir. Son
zamanlar müəllim və tələbələrdə
öyrətmək və
oxumaq həvəslərinin
yeni metodlarla müşayiət
olunması, universitetin
reytinqinin hər il artması ictimaiyyət tərəfindən yüksək
dəyərləndirilir.
UNEC-in nüfuzunun günü-gündən
daha da artması bu universiteti seçənlərin sayını
ildən-ilə artırır.
UNEC də təhsil almaq, bu universitetin
tələbəsi olmağı
hədəfləyənlərin sayı çoxdur. İldən ilə də bu say artır.
UNEC-də təhsilin idarəetməsi sistemi tamamilə rəqəmsallaşdırılıb.
Tədrisin təşkilində
EDUMAN sistemi tətbiq olunur. Eləcə də 2015-ci ildən sənəd dövriyyəsi
kağız daşıyıcılar
üzərindən deyil,
Elektron Sənəd Dövriyyəsi Sistemi vasitəsilə aparılır.
Tədrisin demokratikləşdirilməsi
və himanistləşdirilməsi
məqsədilə 100 hibrid
auditoriya yaradılıb.
Tələbələr 53 ixtisas
fənni üzrə mühazirə dərslərini
istər distant, istərsə
ənənəvi formada
dinləyə bilərlər.
13 qeyri-ixtisas fənni
üzrə isə mühazirələr yalnız
distant formada aparılır.
Tələbələrin təhsil
sənədlərini daha
rahat və operativ şəkildə əldə etmələri
üçün 2019-cu ildən
"Bir Pəncərə Xidməti"
fəaliyyətə başlayıb.
Bu xidmətin yaradılmasında
əsas məqsəd tələbələrə vahid
mərkəzə müraciət
edərək təhsil
haqqında arayışları,
transkriptləri, eləcə
də digər sənədləri qısa
müddətdə əldə
etməkdir. Eyni zamanda tələbələrin
məmnunluğunu təmin
etmək, onların əlavə vaxt itkisinin qarşısını
almaq, müraciətlərin
idarə olunmasına nəzarəti daha da gücləndirməkdən ibarətdir.
"Bir pəncərə" vasitəsilə tələbələr
onlara lazım olan təhsil arayışının hazırlanması
üçün şəxsi
elektron kabinetlərindən
günün 24 saatı
sistemə müraciət
edə bilərlər.
UNEC2B Platformasına əsasən 2017-ci ildən başlayaraq UNEC öz məzunlarına 3 illik zəmanət verir. İşə qəbul edilmiş UNEC məzununun iş prosesində işəgötürən
tərəfindən zəif
bacarığı aşkarlandığı
halda həmin zəif tərəflərin
aradan qaldırılması
üçün öz
vəsaiti hesabına
UNEC həmin məzununa
əlavə təlim təşkil edir. İşə qəbulla bağlı müsahibədə
işəgötürən UNEC tələbəsinin zəif
bacarıqlarını aşkarlayarsa,
həmin tələbə
məzun olana qədər aşkarlanmış
zəif bacarıqların
aradan qaldırılması
üçün UNEC tərəfindən
zəruri tədbirlər
həyata keçirilir.
Azərbaycan Dövlət İqtisad
Universitetində maliyyə
ixtisası üzrə
təhsil alan, Prezident təqaüdçüsü
Şükür Elyazovun
sözlərinə görə,
UNEC tələbələrə maliyyə sahəsində güclü nəzəri biliklər verməklə yanaşı, ingilis dilində təhsil imkanı da yaradır. Bu, tələbələrin beynəlxalq
səviyyədə düşünmə
bacarığını artırır:
"Bu universiteti seçməyimin
əsas səbəbi isə həm yüksək akademik səviyyəsi, həm də gələcəkdə
beynəlxalq karyera üçün yaxşı
baza yaratmasıdır".
UNEC-də keçirilən imtahan sessiyalarında şəffaflıq hər
zaman ön plana çəkilir.
İmtahanların obyektiv
və ədalətli keçirilməsini təmin
etmək, qiymətləndirmədə
biliyi yeganə meyar götürmək
UNEC-in iş prinsipidir.
Bu şəffaflığı qorumaq üçün tətbiq olunan imtahan metodu ildən-ilə daha da təkmilləşdirilir. İmtahan
sessiyasının şəffaf
təşkilinə dair
yeniliklər, müxtəlif
layihələr həyata
keçirilir. Tətbiq
olunan yeniliklərdən
biri də yazılı imtahanlarda elektron vasitələrdən
istifadə olunmasıdır.
Beləliklə də,
UNEC yeni texnologiyalarla təhsildə
keyfiyyəti artırmağa
davam edir.
Tələbələrin məmnunluğunu
artırmaq və imtahanlarda şəffaflığı
təmin etmək məqsədilə yazılı
imtahanları elektronlaşdırdıq.
Bu il ilk dəfə olaraq
yazılı imtahanlarda
elektron vasitələrdən
istifadə olunub. Bunun
üçün universitetdəki
bütün imtahan zallarında xüsusi skayner qurğuları yerləşdirilir. Bu qurğular
vasitəsilə tələbələr
tərəfindən kağızlarda
yazılan imtahan suallarının cavabları
kompüterin yaddaşına
köçürülür. Məlum olduğu kimi, cavab vərəqlərinin
yoxlanılması müəllimlər
tərəfindən həyata
keçirilir. İmtahan
bitən kimi kompüterin yaddaşına
köçürülən cavab vərəqlərinin
elektron variantı PDF formatında müəllimlərin
şəxsi kabinetinə
göndərilir. Müəllimlər
şəxsi kabinetlərinə
daxil olub cavabları elektron formada oxuyub, yoxlayıb qiymətləndirirlər.
Beş ayrıca sualın cavabından ibarət olan hər bir cavab
fərqli müəllimə
göndərilir. Cavab
vərəqlərini yoxlayan
zaman müəllim bilmir
ki, cavablar hansı tələbənindir. Müəllimlər
yoxladıqları cavab
vərəqinin hansı
tələbəyə məxsus
olmasından xəbərsiz
olurlar. Qiymətləndirmə
mərhələsi başa
çatandan sonra proqramın köməkliyi
ilə o qiymətlər
cəmlənir. Artıq
tələbə öz
şəxsi kabinetində
cəm qiyməti görür. Tələbə
də bilmir ki, onun cavab vərəqini
hansı müəllim
yoxlayıb. Proses tamamilə
şəffaf şəkildə
həyata keçirilir.
UNEC-də imtahan sessiyası zamanı tələbələrə biliklərini
nümayiş etdirmək
üçün bütün
şərait yaradılıb.
Onlar da bu şəraitdən yararlanaraq
çox sərbəst
və rahat şəkildə sualları
cavablandırırlar. Tələbələrə,
ümumilikdə imtahan
prosesinə kənar müdaxilə yoxdur. Yəni imtahanda iştirak edən nəzarətçi və
məsul şəxslər
yalnız öz vəzifələrini yerinə
yetirirlər. İmtahanların
gedişatında obyektivlik
və şəffaflıq
təmin olunur, sessiya normativ sənədlərə uyğun
və qərəzsiz keçirilir.
Obyektivliyin və şəffaflığın
təmin olunması istiqamətində görülən
işlər isə tələbələr tərəfindən
yüksək qiymətləndirilir.
Prosesin obyektiv və şəffaf keçirilməsi tələbələrdə
ruh yüksəkliyi yaradır, biliklərinə
düzgün qiymət
verildiyi üçün
də onlar imtahanlara həvəslə
hazırlaşırlar. Tələbələr
semestr imtahanlarında
nizam-intizamın, şəffaflığın
təmin edildiyini, imtahan prosesi zamanı heç bir neqativ halla
qarşılaşılmadığını
deyirlər. Oxuyan, il boyu hazırlaşan, nizam-intizamlı tələbələr
stress, həyəcan, sıxıntı
keçirmədən rahat
şəkildə imtahana
gəlir və sualları cavablandırır,
qiymətlərini alırlar.
Heç bir kənar müdaxilə və ya hər
hansı bir xoşagəlməz halla qarşılaşmadan.
Sevinc QARAYEVA
525-ci qəzetş - 2025.- 11 sentyabr (№162).- S.15.