Gənclər Kitabxanasından Milli musiqi Gününə töhfə

 

18 sentyabr ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Bu gün Azərbaycan peşəkar musiqi sənətinin banisi, Şərqdə ilk operanın müəllifi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 18 sentyabr tarixli Fərmanı ilə bu gün ölkə miqyasında qeyd edilir. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında biblioqrafik icmal ənənəvi sərgi hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, ənənəvi sərgidə musiqi tariximiz, musiqi korifeylərimiz haqqında kitablar nümayiş olunur.

Kitabxananın rəsmi saytında yerləşdirilən https://ryl.az/funds/biblioqrafik-icmal biblioqrafik icmalda Milli Musiqi Günü haqqında Ümummilli Lideri Heydər Əliyevin Fərmanı, Musiqi Gününün təsis edilməsi haqqında qısa məlumat yer alıb. Həmçinin görkəmli şəxsiyyətlərin dəyərli fikirləri, şair, publisist Əli Nəcəfxanlının “Milli musiqimizin atası”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman QəniyevinMusiqimizin zəfər təranələriadlı məqalələrinin tam mətni öz əksini tapıb. Materialda Milli Musiqi Günü haqqında kitabların biblioqrafik icmalı, dövri mətbuatda çap olunan əsərlərin siyahısı yerləşdirilib.

18 sentyabr həm görkəmli Azərbaycan bəstəkarı dirijoru Müslüm Maqomayevin doğum günüdür. Bununla əlaqədar olaraq Gənclər Kitabxanasında dahi bəstəkar haqqında tanıtım videoçarxı Müslüm Maqomayevin anadan olmasının 140 illiyi ilə əlaqədarKlassik musiqimizin Müslüm zirvəsiadlı məlumat bülleteni hazırlanıb.

Kitabxana əməkdaşları tərəfindən hazırlanmış videomaterialda dünyaşöhrətli bəstəkarın həyat yaradıcılığı haqqında məlumat verilir, Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən bəhs edilir. Təqdim olunanKlassik musiqimizin Müslüm zirvəsiadlı məlumat bülletenində Müslüm Maqomayevin 110 120 illik yubileylərinin keçirilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamları, şair - publisist, Əməkdar jurnalist Əli NəcəfxanlınınÜzeyir bəyin mənəvi qardaşı, məsləkdaşı tale ortağı”, "Azərbaycan" qəzetinin şöbə redaktoru İradə ƏliyevanınKlassik musiqimizin baniləri”, Əməkdar incəsənət xadimi, professor Zemfira QafarovanınAzərbaycan professional musiqisinin klassiki görkəmli bəstəkar Müslüm Maqomayevin 130 illiyinəadlı məqalələrin tam mətni, Müslüm Maqomayevin müəllifi olduğu onun haqqında qələmə alınan əsərlərin, dövri mətbuatda məcmuələrdə dərc edilən məqalələrin biblioqrafi təsviri yer alır.

Klassik musiqimizin Müslüm zirvəsiadlı məlumat bülleteni kitabxananın rəsmi saytında https://ryl.az/funds/melumat-b%C3%BClleteni yerləşdirilib.

 

525-ci qəzet. - 2025.- 19 sentyabr(¹169).- S.11.