Böyük Qayıdış: ali məqsədlər, əsaslı uğurlar

 

"Bu proqram çərçivəsində həyata keçirilən genişmiqyasli quruculuq işləri real nəticələr verməkdədir"

 

İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra əsas hədəf 30 il işğal altında qalan, ermənilər tərəfindən tamamilə dağıdılıb yerlə-yeksan edilən ərazilərimizin yenidən qurulması bərpasıdır. Azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına hədəflənib. Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün əsas hədəf 140 min keçmiş məcburi köçkünün qayıdışının təmin edilməsidir.  Aarabağda aparılan tikinti-quruculuq işləri Prezident İlham Əliyevin nəzarətindədir. Prezident mütəmadi olaraq quruculuq işləri aparılan ərazilərdə olur, inşa olunacaq yeni yaşayış binalarının, xəstəxana, məktəb, bağça, digər mühüm obyektlərin təməlqoyma mərasimində iştirak edir. Əhalinin yaşayışı üçün tam hazır olan kənd qəsəbələrin, bölgənin inkişafı üçün böyük əhəmiyyət kəsb edən obyektlərin açılışını edir.

İşğaldan azad olunmuş ərazilərə 10 mindən çox şəxs köçürülüb evlərlə təmin edilib. İndiyədək ölkənin 63 şəhər rayonu ərazisində məskunlaşmış 2615 ailə olmaqla 10 233 nəfərin Füzuli, Cəbrayıl, Zəngilan, Laçın, Şuşa, Ağdərə Xocalı rayonlarına köçürülməsi təmin olunub. Bütövlükdə isə 30 minə yaxın insan orada yaşamaqla inşaat, dövlət işlərində digər sahələrdə müxtəlif vəzifələrdə çalışırlar.

Millət vəkili Fatma Yıldırım bildirib ki, hazırda ölkəmizin qarşısında duran əsas vəzifələrdən biri işğaldan azad olunan ərazilərə Böyük Qayıdışı tam təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin rəhbərliyi bilavasitə nəzarəti ilə Qarabağa Şərqi Zəngəzura Böyük Qayıdışla bağlı bütün zəruri tədbirlər görülür. Dövlətimizin başçısı mütəmadi olaraq işğaldan azad olunmuş ərazilərə səfər edir burada görülən işlərlə yerindəcə tanış olur. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində reallaşdırılacaq layihələrin əhatə dairəsinin kifayət qədər geniş olduğunu diqqətə çatdıran deputat əlavə edib ki, hazırda bu ərazilərdə yaşayış evləri, sosial, nəqliyyat, iqtisadi infrastrukturlar sürətlə bərpa olunur. Ərazilərin bərpası, quruculuq işləri ən müasir texnologiyalar əsasında həyata keçirilir.

Fatma Yıldırımın sözlərinə görə, Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfər təkcə torpaqlarımızın işğaldan azad edilməsi ilə yekunlaşmadı. Bu Zəfər Azərbaycan xalqına yeni üfüqlər açdı Qarabağa Böyük Qayıdış prosesini reallığa çevirdi. Fevralın 18-19-da Prezident İlham Əliyevin birinci xanım Mehriban Əliyevanın Ağdam Xankəndi şəhərlərinə səfərləri, həyata keçirilən layihələr görülən işlərlə tanışlıq bu qayıdışın əhəmiyyətini bir daha sübut edir. Qarabağ Şərqi Zəngəzurun bərpası, sadəcə, bir infrastruktur layihəsi deyil, bu, Azərbaycanın tarixi, mədəni sosial inkişafı üçün strateji əhəmiyyət daşıyan bir prosesdir. Bu ərazilərdə aparılan quruculuq işlərinin böyük hədəfləri var: "Düşmən tapdağında 30 ilə yaxın qalan torpaqlarımızda indi həyat sürətlə canlanır, bərpa olunur. Bərpa prosesində müasir infrastrukturun yaradılması xüsusilə diqqət mərkəzindədir. Xankəndidə Ağdamda açılan yeni hotellər, təhsil mədəniyyət ocaqları, yaşayış kompleksləri digər obyektlər göstərir ki, Qarabağ artıq müasir Azərbaycanın inkişaf simvoluna çevrilib. Yenidənqurma işləri Qarabağda iqtisadi canlanmaya da səbəb olur, yerləri açılır, yerli xarici sərmayə cəlb olunur. Bütün bunların fonunda Qarabağda ekoloji təmiz enerji layihələrinin həyata keçirilməsi yaşıl enerji zonası konsepsiyası bölgənin təbii ehtiyatlarının qorunmasına xidmət edir. Prezident İlham Əliyevin Xocalının Ballıca kəndinin sakinləri ilə səmimi görüşü, insanların əhvali-ruhiyyəsi xalqımızın Qarabağ torpağına qədər bağlı olduğunu təsdiqləyir. Bütövlükdə, Qarabağa qayıdış tarixi Zəfərimizin parlaq tərənnümüdür".

Siyasi şərhçi Taleh Əliyev deyir ki, Qarabağın bütün ərazilərində infrastruktur layihələri böyük həcmdə reallaşdırılıb: "Xüsusilə Füzuli, Zəngilan Laçında üç beynəlxalq aeroport istifadəyə verilib. İlk magistral yol kimi Zəfər Yolu Füzulidən Şuşaya qədər çəkilib. Eyni zamanda dağların qoynunda Gəncə istiqamətindən Kəlbəcər oradan da Laçın istiqamətinə yollar abadlaşdırılıb. Xocalı aeroportunda da yenidənqurma layihələri aparılır. Füzuli şəhərində ilk yaşayış kompleksi inşa edilib. Cəbrayıl şəhəri ilk yaşayış məntəqəsi kimi formalaşdırılıb. Zəngilanın Ağalı kəndində "ağıllı kənd" layihəsi Böyük Qayıdış Proqramının uğurlu başlanğıcı kimi həyata keçirilib. Bu gün demək olar ki, işğaldan azad olunmuş Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarının bütün ərazilərində quruculuq qayıdış proqramları icra olunur. Hazırda Qubadlı Zəngilan şəhərlərindən başqa, digər rayon mərkəzlərinə köç prosesi başlanıb. Yaxın zamanda Ağdam şəhərinə köçlərin həyata keçirilməsi planlaşdırılır. Beynəlxalq tərəfdaşlar arasında ən çox dəstək Türk dövlətlərindən, xüsusilə qardaş Türkiyədən gəlir. Çətin relyefli dağlarda tunellərin yolların tikintisində Türkiyə şirkətləri yaxından iştirak edib. Qazaxıstan, Özbəkistan Qırğızıstan müəyyən rayonlarımızda məktəb mədəniyyət mərkəzləri inşa etməklə mənəvi dəstək simvolu olan layihələr həyata keçiriblər. Bu obyektlərin açılışında həmin dövlətlərin başçıları da şəxsən iştirak ediblər. Bundan başqa, Tatarıstan Cəbrayıl bölgəsində "Araz Vadisi" iqtisadi layihələrində iştirak edir. Azərbaycan Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonunun bərpasına başlayarkən elan etmişdi ki, bu region yaşıl iqtisadi zona olacaq. Bu, həm yaşayış məntəqələri, həm sənaye müəssisələri, həm kənd təsərrüfatı sahələri üçün yaşıl texnologiyalar əsasında qurulacaq. Bu baxımdan inkişaf etmiş ölkələrin, tərəfdaş dövlətlərin təkcə maliyyə deyil, həm yeni texnologiyaların ölkəyə gətirilməsi baxımından dəstəyi böyük əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan-Ərəb ölkələri əməkdaşlığı, eləcə Azərbaycan-Çin birgə layihələri buna bariz nümunədir. İkinci Qayıdış Proqramının artıq qazandığımız təcrübə əsasında daha yüksək səviyyədə həyata keçiriləcəyi gözlənilir. Bu mərhələdə məskunlaşma artdıqca, xarici tərəfdaşların beynəlxalq təşkilatların Qarabağa investisiya yatırmaq birgə layihələr icra etmək istiqamətində maraqları daha da artacaq".

Millət vəkili Kamran Bayramovun dediyinə görə, Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər genişmiqyaslı quruculuq işləri artıq öz real nəticələrini verməkdədir: "Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti infrastruktur layihələrinin ardıcıl uğurlu icrası bu bölgələrin sürətlə dirçəlməsinə həyatın yenidən canlanmasına zəmin yaradıb. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər genişmiqyaslı quruculuq işləri artıq öz real nəticələrini verməkdədir. Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonlarında tikinti infrastruktur layihələrinin ardıcıl uğurlu icrası bu bölgələrin sürətlə dirçəlməsinə həyatın yenidən canlanmasına zəmin yaradıb. Hazırda azad olunmuş bir çox ərazilərdə keçmiş məcburi köçkünlər məskunlaşıb. Bununla yanaşı, bu bölgələrdə dövlət qurumlarının yerli nümayəndəlikləri fəaliyyət göstərir, müxtəlif sahələr üzrə mütəxəssislər - müəllimlər, həkimlər, mühəndislər, sahibkarlar, turizm işçiləri ictimai xidmət əməkdaşları daimi əsaslarla burada çalışır yaşayır. Ümumilikdə, 50 minə yaxın insan artıq bu ərazilərdə həyatına davam edir ki, bu da Böyük Qayıdış prosesinin yalnız başlanğıc mərhələsi olmaqla yanaşı, real davamlı uğurların əyani təsdiqidir. Bu məskunlaşma inkişaf strategiyası Azərbaycanın gələcək üçün yaratdığı sabitlik, sosial ədalət vətəndaş rifahı modelinin bir parçasıdır".

Millət vəkili əlavə edib ki, bu gün Azərbaycan xalqının sarsılmaz iradəsini Qarabağa Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında aydın şəkildə görürük. Hər zaman irəlini hədəfləyən, strateji baxışla gələcəyə hesablanmış addımlar atan Azərbaycan bu gün təkcə regionda deyil, qlobal miqyasda da etibarlı tərəfdaş, təşəbbüskar dövlət kimi tanınır: "Qarabağ Şərqi Zəngəzurda həyata keçirilən bərpa inkişaf proqramları, "Böyük Qayıdış" çərçivəsində reallaşan sosial layihələr, beynəlxalq sülh əməkdaşlıq təşəbbüslərindəki fəal iştirak ölkəmizin artan nüfuzunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən məqsədyönlü siyasət Azərbaycanın dayanıqlı inkişafını təmin etməklə yanaşı, onu yeni dövrün çağırışlarına cavab verən güclü müasir dövlət kimi formalaşdırır".

 

Sevinc QARAYEVA

525-ci qəzet. - 2025.- 19 sentyabr(№169).- S.14.