Dövlət Suverenliyi Günü - Azərbaycanın
bütövləşdiyi gün
Bu gün Azərbaycanda ilk dəfə Dövlət Suverenliyi Günü qeyd edilir. Azərbaycan
Prezidenti İlham Əliyev
19 sentyabr 2024-cü ildə
bununla bağlı sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, Ermənistan
1990-cı illərin əvvəllərindən
başlayaraq Birləşmiş
Millətlər Təşkilatının
Nizamnaməsinin tələblərini
kobud şəkildə
pozaraq Azərbaycan Respublikasına qarşı
işğalçılıq siyasəti həyata keçirib və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq
səviyyədə tanınmış
ərazisinin 20 faizini işğal edib. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında
azərbaycanlılara qarşı
etnik təmizləmə
aparılıb, insanlıq
əleyhinə cinayətlər
və hərbi cinayətlər nəticəsində
şəhər və
kəndlərimiz viran
edilib, ölkəmizin
təbii resursları talan olunub, dövrümüzün
ən dəhşətli
faciələrindən olan
Xocalı soyqırımı
törədilib.
Ermənistanın yeni işğalçılıq planlarına, növbəti
hərbi təcavüz
cəhdinə və ardıcıl təxribatlarına
cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış
44 günlük Vətən
müharibəsi nəticəsində
Azərbaycan Silahlı
Qüvvələri Ermənistan
ordusunu darmadağın
edib və tarixi Zəfər qazanıb. Azərbaycan öz torpaqlarını 30
illik işğaldan azad edərək ərazi bütövlüyünün
bərpasına və
BMT Təhlükəsizlik Şurasının
qətnamələrinin yerinə
yetirilməsinə nail olub.
2023-cü
il sentyabrın 19-da Azərbaycanın
Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların
qarşısının alınması
və Ermənistan silahlı qüvvələrinin
qalıqlarının tərksilah
edilərək torpaqlarımızdan
çıxarılması, həmin ərazilərdə
Azərbaycan Respublikası
konstitusiya quruluşunun
bərpa edilməsi məqsədilə antiterror əməliyyatına
başlanıb. Cəmi
23 saat davam etmiş və sentyabrın 20-də başa
çatmış əməliyyat
nəticəsində rəşadətli
Azərbaycan Ordusu qarşısına qoyulmuş
bütün vəzifələri
yüksək peşəkarlıqla
yerinə yetirib. Beləliklə, növbəti
parlaq Qələbə
nəticəsində Azərbaycan
Respublikasının suverenliyi
tam bərpa edilib.
Sərəncamda vurğulanıb ki, 2023-cü il sentyabrın 20-də Azərbaycan
Respublikasının bütün
ərazisində qanunun
aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının
dövlət suverenliyinin
bərpa edildiyini nəzərə alaraq hər il sentyabrın 20-si
Azərbaycan Respublikasında
Dövlət Suverenliyi
Günü kimi qeyd edilsin.
Bu gün Azərbaycan üçün mühüm
əhəmiyyət kəsb
edən tarixi və şərəfli bir gündür. Hər bir xalq
üçün öz
taleyinə sahib çıxmaq,
müstəqil dövlətini
yaratmaq, suverenliyə
nail olmaq mühüm əhəmiyyət kəsb
edir.
Suveren dövlət beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, özünün daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən
asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlətdir. Həmçinin suveren dövlət müasir dövlət anlamına gəlir. Əgər bu gün kimsə
"müasir dövlət"
terminini işlədirsə,
bu, siyasi müstəvidə suveren dövləti ifadə edir. Çünki bəşəriyyətin hazırkı
yaşam tərzi məhz suveren dövlətin meydana çıxmasından sonraya
təsadüf edir və onun mahiyyətindən
qaynaqlanır. Suveren dövlətin meydana çıxması ilə
suveren dövlətlər
sistemi yaranıb və müasir beynəlxalq münasibətlər
təşəkkül tapıb.
Azərbaycan müstəqilliyinin ilk illərində çətin
sınaqlarla, daxili siyasi-iqtisadi böhranla, işğalla üzləşdi,
ərazi bütövlüyü,
suverenliyi pozuldu. Amma ölkəmiz öz gücünə bütün
bunları dəf edə, dövlətçiliyini
möhkəmləndirə, ərazi bütövlüyünü
və suverenliyini tam təmin edə bildi. Bu, təbii ki, güclü siyasi iradə, qətiyyət, əzmkarlıq nəticəsində
başa gəldi. Eyni zamanda, dövlətimizin
iqtisadi inkişafı
da mütləq vurğulanmalıdır.
Əsində 30 il bəzən
uzun müddət kimi görünsə də, əldə edilən tarixi nailiyyətlərlə müqayisədə
bu, qısa zaman kimi görünür. Təkcə bir faktı qeyd etmək kifayət edir ki, son 80 ildə dünyada heç bir dövlət Azərbaycanın etdiyini bacarmayıb. Prezident
İlham Əliyev bu günlərdə Xocavənd
rayonunda yerli sakinlərlə görüşündə
bu barədə deyib: "Bu gün bütün dünya Azərbaycan xalqını
haqlı olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün - heç bir ölkə son 80 il ərzində
belə mütləq,
tam və ədalətli
qələbə qazanmayıb.
Bununla fəxr edirik. Fəxr edirik, necə ki, müharibədə döyüşmüşük,
vuruşmuşuq, eləcə
də sülh şəraitində qurub-yaradırıq".
Ümumiyyətlə, dövlət başçısının qeyd
etdiyi kimi, son beş ilin tarixi
Zəfər tarixidir, şanlı tariximizdir.
2020-ci il 27 sentyabrdan başlayaraq
Azərbaycan özünün
qürur tarixini yazdı. İkinci Qarabağ müharibəsində
əldə edilən böyük Zəfərdən
sonra torpaqlarımızın
bir hissəsində hələ də Ermənistanın qanunsuz silahlı birləşmələri,
separatçılar, terrorçular
qalırdılar. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata
zidd olaraq Ermənistan üç il
ərzində öz silahlı qüvvələrini,
canlı qüvvəsini
və texnikasını
ərazimizdən çıxarmırdı.
Baxmayaraq ki, rəsmi Bakı dəfələrlə
həm Ermənistan rəhbərliyi ilə təmaslarda, eyni zamanda, beynəlxalq tədbirlərdə bu məsələni qaldırırdı.
Ermənistan tərəfi
öhdəliklərini yerinə
yetirmək əvəzinə
ərazilərimizə 2021-ci ildə bu ölkədə
istehsal olunmuş minalar yerləşdirirdi. Laçın sərhəd-buraxılış
məntəqəsi qurulmayana
qədər Ermənistandan
Qarabağ bölgəsinə
qanunsuz olaraq gətirilən bu minalar müxtəlif yerlərdə basdırılırdı.
Məqsəd isə
terror aktları törətmək,
daha çox insanın həyatına
son qoymaq idi.
Lokal
antiterror əməliyyatı keçirilməzdən əvvəl
də erməni silahlı birləşmələrinin
törətdikləri terror aktı nəticəsində
2 nəfər mülki
olmaqla, 6 Azərbaycan vətəndaşımina terrorunun
qurbanı oldu. Azərbaycan dərhal lazımi addımlar ataraq, lokal xarakterli
antiterror tədbirlərinə başladı. Qısa müddət ərzində
qarşıya qoyulan bütün vəzifələr
yerinə yetirildi, terrorçular cəzalandırıldı
və bir daha Ermənistana göstərildi ki, onların
istənilən təxribatına
layiqli cavab veriləcək.
Azərbaycan Prezidenti sentyabrın
20-də xalqa müraciətində
bildirdi ki, sentyabrın
19-da təxminən saat
13:00 radələrində antiterror tədbirlərinin başlanması
və uğurla başa çatması nəticəsində Azərbaycan
öz suverenliyini bərpa etdi: "Antiterror
tədbirləri nəticəsində
bizim hərbçilərimiz
böyük qəhrəmanlıq,
şücaət, peşəkarlıq
göstərdilər. Ağır
relyef şəraitində,
düşmən tərəfindən
uzun illər böyük mühəndislik
işləri nəticəsində
istehkamların mövcudluğu
şəraitində, düşmən
mövqelərinin təpələrdə,
əlverişli yerlərdə
yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz bir
daha qeyd etdiyim kimi, qəhrəmanlıq,
peşəkarlıq göstərdilər
və qısa müddət ərzində
bütün istiqamətlər
üzrə əhəmiyyətli
dərəcədə hərbi
uğurlar əldə
edilər. Ermənistan
dövlətinin Azərbaycan
ərazisində qanunsuz
yerləşdirilmiş və
Ermənistan dövlətinin
öhdəliyinə baxmayaraq,
bu günə qədər çıxarılmamış
ordunun böyük hissəsi tamamilə məhv edildi".
Dövlət başçısı bəyan etdi ki, əməliyyat başlamazdan
əvvəl bütün
hərbi birləşmələrimizə
bir daha ciddi tapşırıq verildi ki, aparılan
antiterror tədbirləri nəticəsində
Qarabağ bölgəsində
yaşayan erməni əhalisi zərbə altına düşməməlidir
və mülki əhali qorunmalıdır:
"Biz həm yüksək
dəqiqliyə malik silahlardan
istifadə edərək
buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı
nəticəsində mülki
vətəndaşlar tamamilə
özlərini sığortalanmış
vəziyyətdə hiss edilər.
Eyni zamanda, göstəriş verilmişdir
ki, mülki infrastruktura
da heç bir zərbə dəyməməlidir,
ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır. Bir daha demək istəyirəm ki, ordumuzun,
bütün Silahlı
Qüvvələrimizin peşəkarlığı,
texniki imkanları bizə bu vəzifəni
şərəflə yerinə
yetirməyə şərait
yaratdı və bir daha Azərbaycan
əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm
də yüksək mənəvi keyfiyyətlər
göstərdilər".
2023-cü
ilin 15 oktyabrında isə bütün xalqımızın gözlədiyi
tarixi an baş verdi. Prezident Xankəndi şəhərində
Azərbaycan Respublikasının
Dövlət Bayrağını
ucaltdı.
"Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi
meydanında Azərbaycan
Bayrağı qaldırıldı.
Bu münasibətlə bütün
Azərbaycan xalqını
ürəkdən təbrik
edirəm.
Düz
20 il bundan əvvəl
Azərbaycan xalqı mənə böyük etimad göstərərək
prezident seçkilərində
Prezident vəzifəsinə
seçmişdir. O vaxt
doğma xalqıma müraciət edərək
söz vermişdim ki,
Azərbaycan xalqının
və Azərbaycan dövlətinin milli maraqlarını
müdafiə edəcəyəm,
Azərbaycanın ərazi
bütövlüyünü qoruyacağam. Konstitusiyaya və "Qurani-Kərim"ə
əl basaraq and içmişdim. Şadam
ki, son 20 il ərzində verdiyim
bütün vədlər,
qarşıma qoyduğum
bütün vəzifələr
icra edildi", - dövlət başçısı
Xankəndidən xalqa
müraciətində bəyan
etdi.
Bu gün Azərbaycan öz suverenliyini tam təmin etmiş ölkə olaraq Dövlət Suverenliyi Günün böyük qürurla qeyd edir. Eyni zamanda,
bu il Azərbaycanda
"Konstitusiya və Suverenlik" ili elan olunub, bu çərçivədə
müxtəlif tədbirlər
keçirilib.
Milli Məclisin deputatı Fatma
Yıldırım "525"ə deyib ki, Azərbaycan dövlətçiliyinin müasir
tarixində 20 sentyabr xüsusi bir səhifədir: "Bu günün
tarixi əhəmiyyəti
ondadır ki, artıq
Azərbaycan xalqı Xankəndidə, Xocalıda,
Xocavənddə və
Ağdərədə də
öz azadlığının,
milli birliyinin və dövlət müstəqilliyinin
gücünü simvolizə
edən üçrəngli
bayrağını ucaldıb.
Ermənistanın və
qondarma qurumun silahlı tör-töküntüləri
məhv edilib, torpaqlarımız birdəfəlik
işğaldan təmizlənib.
Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində
və 2023-cü ilin lokal antiterror əməliyyatında
tarixi Zəfərə
imza atdı. 15 oktyabr 2023-cü ildə Prezident İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət
bayrağını ucaldaraq
xalqımıza verdiyi
bütün vədlərin
gerçəkləşdiyini bəyan etdi. Onun tarixi çıxışında
səsləndirdiyi sözlər
yaddaşımıza əbədi
həkk olundu: "Hər gün, hər saat biz bu müqəddəs anı yaxınlaşdırırdıq.
Mən xalqıma söz vermişdim ki, Azərbaycan bayrağı
bütün işğaldan
azad ediləcək torpaqlarda qaldırılacaq
və bu gün gəldi". Bu bəyanat təkcə bir siyasi liderin
hesabatı deyil, həm də dövlət başçısının
20 illik qətiyyətli
fəaliyyətinin tarixi
yekunu idi.
Bu gün Qarabağ yalnız qələbənin
deyil, həm də quruculuğun rəmzinə çevrilib.
Xankəndidə Qarabağ
Universitetinin yaradılması,
yeni məktəb və
infrastruktur layihələrinin
açılışı, Ağdərədə Novruz
tonqallarının alovlandırılması,
Xocalıda soyqırımı
memorialının təməlqoyması
və müasir sənaye müəssisələrinin
istifadəyə verilməsi,
Xocavənddə qədim
abidələrin bərpası
- bütün bunlar işğaldan azad edilmiş torpaqlarımızın
sürətlə dirçəlişə
qədəm qoyduğunu
göstərir. Artıq
Qarabağ bölgəsi
təkcə Azərbaycan
üçün deyil,
region üçün də
yeni inkişaf mərkəzinə
çevrilməkdədir. Bu, Prezident İlham Əliyevin
müdrik siyasətinin,
dövlətin gücünün
və xalqın iradəsinin təntənəsidir".
Pərvanə SULTANOVA
525-ci qəzet. - 2025.- 20 sentyabr(№170).- S.5.